Bizə yazın

Baku

-°C

USD

-

Əməkdar jurnalistin oğlu tərxis olundu

Cəmiyyət 27 Yanvar 2026, 11:20

146

 Əməkdar jurnalist, LAF TV-nin rəhbəri Ləman Əliəşrəfqızının oğlu Rəsul bir illik həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunub.

Citypost.az-ın məlumatına görə, bu barədə Ləman Əliəşrəfqızı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, oğlu hərbi xidmət dövründə intizamı və nümunəvi davranışı ilə seçilərək baş əsgər rütbəsinə yüksəlib, əlavə məzuniyyətlərlə təltif olunub və xidmətini rəsmi məktubla başa vuraraq evə yola salınıb.

Ləman Əliəşrəfqızı övladı ilə qürur duyduğunu qeyd edərək, Rəsula xeyir-dua verib və onun uşaqlıqdan Vətənə xidmət arzusunu bu gün gerçəkləşdirdiyini vurğulayıb. O, paylaşımında “Şükür bu günə” sözləri ilə duyğularını ifadə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cənubi Azərbaycan ədəbiyyatının əhəmiyyəti və vahid milli ədəbi məkanın zərurəti barədə

Azərbaycan ədəbiyyatı coğrafi sərhədlərlə məhdudlaşan bir hadisə deyil. O, tarixi yaddaşın, dilin, mədəni kodların və milli kimliyin daşıyıcısıdır. Bu baxımdan Cənubi Azərbaycan ədəbiyyatı ümumi Azərbaycan ədəbi prosesinin periferiyası yox, onun ayrılmaz və strateji hissəsidir. Bu ədəbiyyat təkcə regional yaradıcılıq sahəsi deyil, milli ədəbi bütövlüyün qorunmasında və gələcək istiqamətinin müəyyənləşməsində əsas sütunlardan biridir.Cənubi Azərbaycan ədəbiyyatı – milli yaddaşın qoruyucusu kimi  uzun müddət: dil məhdudiyyətləri, mədəni təzyiqlər, nəşr və təhsil imkanlarının darlığışəraitində formalaşıb. Bu çətin mühit ədəbiyyatı zəiflətməyib, əksinə ona xüsusi bir missiya yükləyib: o da  kimliyi qorumaq missiyasıdır. Burada ədəbiyyat sadəcə estetik hadisə olmayıb. O: ana dilinin yaşadılması, tarixi yaddaşın ötürülməsi,...

27 Yanvar 2026, 12:18

MEDİA: Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb 

Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.Qeyd edilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir:"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara...

27 Yanvar 2026, 12:05

Kəmaləddin Heydərov yaxın qohumunu vəzifədən AZAD ETDİ

Xəbər verdiyimiz kimi,Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifədən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə "dərman mafiyası"na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.Oxu24.com-un əldə etdiyi məlumata görə,vəzifəsini itirən Mübariz Abduyev Kəmaləddin Heydərovun  həyat yoldaşı Ruhəngiz Heydərovanın əmisi oğludur.Ruhəngiz Heydərovanın əmisi olan Tofiq Abduyevin 5 övladı var.Oxu24.com Abduyevlərin qohumluq əlaqəsi olan şəxsləri ilə bağlı fotofaktı təqdim edir:Onlar əslən...

27 Yanvar 2026, 11:47

İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.Citypost.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.Bildirildi ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda...

27 Yanvar 2026, 11:29

DİN-dən xəbərdarlıq: bank kartlarını hədəf alan 372 saxta link bağlanıb

Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Citypost-a bildirilib ki, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir...

27 Yanvar 2026, 11:26

İşdən ayrılanlara VACİB XƏBƏR 

İş yerini dəyişmək və ya əmək münasibətlərinə xitam verilməsi zamanı işçiləri ən çox maraqlandıran məsələlərdən biri də istifadə olunmamış məzuniyyət günlərinin aqibətidir. Bir çox hallarda əməkdaşlar işdən çıxarkən illik məzuniyyət hüququndan tam yararlana bilmədiklərini bildirir və bunun əvəzində kompensasiya alınıb-alınmayacağı sualını ünvanlayırlar. Qanunvericilik bu məsələ ilə bağlı aydın və konkret müddəalar müəyyən edir.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinə aid əsas məzuniyyətlər üzrə pul əvəzi mütləq şəkildə ödənilməlidir.Eyni zamanda, qanunvericilik müəyyən məhdudiyyətləri də nəzərdə tutur. Belə ki, əmək münasibətlərinə...

27 Yanvar 2026, 11:25