Bizə yazın

Baku

-°C

USD

-

Vəfat edən valideynlərin dəfni üçün müavinət hansı hallarda ödənilir? QANUN 

Hüquq 27 Yanvar 2026, 10:50

140

Valideyn itkisi ailə üçün təkcə ağır mənəvi sarsıntı deyil, eyni zamanda bir sıra sosial və hüquqi məsələləri də gündəmə gətirir. Bu məsələlərin başında isə dəfn xərcləri ilə bağlı dövlət tərəfindən ödənilən müavinət dayanır. Bir çox vətəndaşı maraqlandıran əsas sual da məhz budur: dəfn üçün müavinət hansı hallarda, kimlərə və nə qədər məbləğdə ödənilir?
Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sığortaolunan şəxs və ya əmək pensiyaçısı vəfat etdikdə, onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə dövlət tərəfindən dəfn üçün müavinət təyin olunur.
Əgər vəfat edən şəxs məcburi dövlət sosial sığortaolunan olubsa, bu halda dəfn üçün müavinətin məbləği 600 manat təşkil edir.
Vəfat edən şəxs əmək pensiyaçısı olduğu halda isə müavinətin məbləği daha yüksəkdir. Belə ki, dəfn üçün müavinət pensiyaçının vəfat etdiyi tarixdə qüvvədə olan minimum əmək pensiyasının 3 misli həcmində ödənilir. Hazırda minimum əmək pensiyası 320 manat olduğu üçün bu məbləğ 960 manat təşkil edir.
Mühüm məqamlardan biri də odur ki, dəfn üçün müavinət ailə üzvlərinə deyil, vəfat edən şəxsin dəfni ilə bağlı xərcləri faktiki olaraq çəkmiş şəxsə ödənilir. Bununla yanaşı, müavinət üçün müraciət müddəti ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur. Yəni, vətəndaşlar istənilən vaxt müraciət edərək bu müavinəti ala bilərlər.
Qeyd edək ki, dəfn üçün müavinət sosial müdafiə mexanizminin mühüm tərkib hissəsi olmaqla, ailələrin bu çətin dövrdə maddi yükünün müəyyən qədər azaldılmasına xidmət edir.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəyanətə görə təzminat mümkündürmü?  - QANUN nə deyir?

Nikah həyatında xəyanət hər zaman emosional sarsıntılarla müşayiət olunur. Bu, bir çox qadın və kişi üçün yalnız şəxsi deyil, eyni zamanda hüquqi narahatlıq yarada bilər: “Xəyanətə görə mən pul tələb edə bilərəmmi?”Citypost.az-ın məlumatına görə,hüquqi baxımdan cavab aydındır: xeyr. Azərbaycan qanunvericiliyində xəyanətə görə təzminat tələb etmək hüququ mövcud deyil. Nikahın xəyanət səbəbi ilə pozulması hallarında belə, qanun heç bir təzminat nəzərdə tutmur. Məhkəmələr boşanma zamanı xəyanətin motivini nəzərə almır və mənəvi zərərin ödənilməsi məsələsinə baxmır.Yeganə istisna isə nikah müqaviləsinin mövcudluğu ilə bağlıdır. Əgər tərəflər arasında belə bir müqavilə imzalanıbsa və orada xəyanətə görə təzminat ödənilməsi barədə müddəa göstərilibsə, həmin halda bir...

26 Yanvar 2026, 13:22

Karantin cərimələri: Silmək mümkündürmü?  

Karantin dövrü həyatımızın gündəlik ritmini dəyişdiyi kimi, insanların davranışlarını da ciddi şəkildə məhdudlaşdırmışdı. O vaxt bir çox vətəndaş karantin qaydalarını pozduğuna görə inzibati cərimələrə məruz qaldı. Bəziləri isə tibbi maskadan istifadə etməmək kimi kiçik qanun pozuntuları səbəbindən cərimələndi.Bəs bu cərimələri silmək mümkündürmü?Citypost.az-ın məlumatına görə, hüquqi baxımdan buna müəyyən müddət limiti tətbiq olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh barədə qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməzsə, artıq icra edilmir.Yəni 2020-ci ildə tətbiq olunmuş karantin qaydalarını pozduğuna görə verilmiş cərimələr, həmin qərarın qüvvəyə mindiyi gündən 5 il keçdikdən sonra icra olunmamışsa,...

26 Yanvar 2026, 13:15

Ölən şəxsin kredit borcunun taleyi:Vərəsələrin hüquqi məsuliyyəti

Ailə üzvlərinin itirilməsi ilə yanaşı ortaya çıxan maddi və hüquqi öhdəliklər insanları ən çox düşündürən mövzulardandır. Bu suallardan biri də ölən şəxsin kredit borcunun kim tərəfindən ödənilməli olması ilə bağlıdır.Citypost.az-ın məlumatına görə, hüquqi baxımdan, vəfat etmiş şəxsin kredit borcunun taleyi birbaşa vərəsəlik məsələsi ilə bağlıdır. Əgər ölən şəxsin adına əmlak varsa və vərəsələr bu mirası qəbul edirlərsə, kredit borcu da həmin mirasla birlikdə qəbul edilmiş sayılır. Yəni vərəsələr yalnız əmlaka deyil, eyni zamanda borclara da məsuliyyət daşıyırlar. Lakin şəxsin adında heç bir əmlak yoxdursa və ya mövcud əmlak borcu ödəməyə kifayət etmirsə, vərəsələr öz şəxsi vəsaitləri hesabına bu borcu ödəməyə...

24 Yanvar 2026, 17:14

Miras payımda imtina edən şəxs yenidən pay tələb edə bilərmi? QANUN NƏ DEYİR?

Miras bölgüsü ailədaxili münasibətləri bəzən hüquqi müstəviyə daşıyan ən həssas məsələlərdən biridir. Xüsusən də vərəsələrdən birinin miras payından imtina etməsi sonradan müxtəlif suallar doğurur: imtina edən şəxs fikrini dəyişib yenidən miras payı tələb edə bilərmi? Qanun bu məsələyə necə yanaşır?Citypost.az xəbər verir ki,  Azərbaycan Respublikasının Mülki Məcəlləsində açıq və konkret şəkildə tənzimlənir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən 3 ay müddətində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda, məhkəmə bu müddəti 2 aydan çox olmayaraq uzada bilər. Mirasdan imtina mütləq qaydada notariat orqanında rəsmiləşdirilməlidir.Eyni Məcəllənin 1257-ci maddəsində isə mühüm bir...

23 Yanvar 2026, 10:47

Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?  

Yollarda avtomobillə heyvan vurulması halları əsasən Mülki Məcəllə və “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Qəsdən vurma halı yoxdursa, sürücü cinayət və ya inzibati məsuliyyət daşımır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibinə məxsus mal-qara nəqliyyat vasitəsinə zərər vurarsa, həmin zərər heyvanın sahibi tərəfindən ödənilməlidir. Heyvanın nəzarətsiz qalması və ya qaçması məsuliyyəti aradan qaldırmır.“Yol hərəkəti haqqında” qanuna görə mal-qara asfalt örtüklü yollardan ötürülməməli, qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə yolun hərəkət hissəsinə buraxılmamalıdır. Bu tələblərin pozulması sürü sahibinin məsuliyyətini yaradır.Əgər avtomobillə vurulan heyvanın sahibi müəyyən edilərsə və zərəri könüllü ödəməzsə, hadisə Dövlət Yol Polisi tərəfindən rəsmiləşdirilir və sürücü məhkəməyə...

22 Yanvar 2026, 15:08

Şirkət açmaq və nizamnamə tələbləri: qanun nə deyir?

Azərbaycanda biznes qurmaq istəyən şəxsləri ilk maraqlandıran suallardan biri şirkətin hansı qaydada yaradılması və bunun üçün hansı hüquqi addımların atılmalı olmasıdır. Qanunvericiliyə əsasən, şirkətlərin yaradılması bir neçə üsulla mümkündür və bu proses müəyyən mərhələlər üzrə həyata keçirilir.Citypost.az-ın məlumatına əsasən Azərbaycanda şirkət əsasən iki formada yaradıla bilər. Birinci üsul təsisçi qərarı ilə yaradılma formasıdır ki, bu zaman tamamilə yeni, hər hansı digər hüquqi şəxsin hüquqi varisi olmayan şirkət formalaşır. İkinci üsul isə yenidən təşkil olunma yolu ilə həyata keçirilir. Bu halda birləşmə, qoşulma, ayrılma, bölünmə və ya çevrilmə nəticəsində yaranan yeni şirkət əvvəlki hüquqi şəxslərin varisi hesab olunur.Şirkət açılması prosesi ümumilikdə...

22 Yanvar 2026, 12:16