Bizə yazın

Baku

-°C

USD

-

Sabunçuda moped oğurlayanlar saxlanıldı 

Hadisə 27 Yanvar 2026, 09:53

151

Sabunçu rayonunda oğurluq hadisəsi olub.

Citypost.az xəbər verir ki, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini oğurladığını bildirib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

(Modern.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dərədən meyiti tapıldı

Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir."Report"un  məlumatına görə, rayonun Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığındakı dərədə onun meyiti tapılıb.Aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Faktla bağlı araşdırma aparılır.

27 Yanvar 2026, 10:05

Sabunçuda 16 kq narkotik aşkarlanıb 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, əməliyyatlar zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.Həmin şəxslərdən 16 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılan şəxslər ifadələrimdə narkotikləri sosial şəbəkədə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracaqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 37 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....

26 Yanvar 2026, 18:35

Xəzər rayonunda evdən oğurluq EDİLDİ

Xəzər rayonunda evdən oğurluq edilib.Citypost.az xəbər verir ki, Xəzər rayonunda yaşayan 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7.000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib.Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib.Araşdırma aparılır....

26 Yanvar 2026, 17:24

Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapılıb 

Cəlilabadda evdən meyit tapılıb.Rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti tapılıb.Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri, son vaxtlar isə İmprotex şirkətində mühasib vəzifəsində çalışırdı.3 övlad atası olan Rəşad Salmanov, yaxınlarda övladına nişan edib.Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır....

25 Yanvar 2026, 11:33

Niyaməddin Musayevdən polkovnik qızı ilə bağlı AÇIQLAMA 

Xalq artisti Niyaməddin Musayev qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində işləməsi və polkovnik rütbəsi daşıması xəbərlərinə  münasibət bildirib.CityPost.az  xəbər verir  ki,Oxu24.com-a özəl olaraq açıqlamasında Xalq artisti qızının bir neçə il əvvəl FHN-də işləməsi xəbərini təsdiqləyib."Bəli,qızım orada işləyib.Mən o vaxtı getdim və qızımın işə götürülməsini xahiş etdim. Onlar da xahişimi yerə salmadılar.Yoxladılar,imtahan etdilər və işə götürdülər.Qızım ali təhsillidir.Qanuni şəkildə işə qəbul edilib.Ancaq onun rütbəsindən xəbərim yoxdur",-deyə Niyaməddin Musayev bildirib....

24 Yanvar 2026, 21:59

Mağazaları talayan dəstənin üzvləri SAXLANILDI

Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib.Citypost.az  xəbər verir ki, dəstə üzvləri Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov müəyyən edilərək saxlanılıblar.Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.Faktlar üzrə araşdırmalar davam etdirilir....

24 Yanvar 2026, 11:16