Bizə yazın

Baku

-°C

USD

-

DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat

Cəmiyyət 27 Yanvar 2026, 09:59

143

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları - “Abu Zər əl-Mühacir” dini ləqəbli, 2000-ci il təvəllüdlü İlqar İlham oğlu Quliyev, “Abdurəşid” dini ləqəbli, 2005-ci il təvəllüdlü Amin Elşad oğlu Piriyev və “Abdurrahman əl-Azəri” dini ləqəbli, 2005-ci il təvəllüdlü Elvin Sənan oğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

CityPost.az-ın DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

15 vətəndaşımız deportasiya olundu 

Rusiyadan 15 Azərbaycan vətəndaşı deportasiya olunub. Citypost.az xəbər verir ki, Amur vilayətində məhkəmə icraçıları ölkəyə giriş və işləmək qaydalarını pozduqları üçün deportasiya ediliblər. Azərbaycan vətəndaşları ilə yanaşı, Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan vətəndaşları da ölkədən çıxarılıb. (modern.az)

27 Yanvar 2026, 11:01

Cərimə var, nəticə niyə yoxdur?  

Azərbaycanda televiziya məkanında artıq illərdir dəyişməyən bir mənzərə var: Audiovizual Şura vaxtaşırı hansısa televiziya kanalını qanun pozuntularına görə cərimələyir, bəzən də yayımı bir neçə saatlıq dayandırır. Bu qərarlar ictimaiyyətə açıqlanır, mediada müzakirə olunur və bir müddət sonra unudulur. Ardınca isə eyni kanallar, eyni verilişlər, hətta bəzən eyni aparıcılar yenidən eyni səhvləri təkrar edirlər. Bu isə haqlı olaraq cəmiyyətdə sual doğurur: əgər cəza var idisə, niyə nəticə yoxdur?Əslində problem təkcə telekanalların qanunu pozmasında deyil. Əsas məsələ ondan ibarətdir ki, tətbiq edilən cəza mexanizmləri efirdə davranış və yanaşmanı köklü şəkildə dəyişmir. Bir neçə saatlıq yayımın dayandırılması və ya maliyyə cəriməsi bəzi kanallar...

27 Yanvar 2026, 11:00

"Ortalığa atılan və ortalığı batıran "ALİMLƏR"" - Deputatdan SKANDAL YAZI 

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “azəri” sözünün Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib və “Azəriqaz” adının dəyişdirilməsinin vacibliyini gündəmə gətirib.Sabiq təhsil naziri, türkoloq Firudin Cəlilov isə Musavat.com-a müsahibəsində “azərilər” mövzusuna toxunub.““Azəri” deyimi fars deyimidir. Guya ki, siz türk deyilsiniz, farssınız. Gəlin, “Azərbaycan” sözünü hissələrə bölək, orda “azəri” sözü çıxmır. Ona görə də biz “azəri” yox, azəriyik, yəni türkük”, - o bildirib.Sözügedən məsələ ilə bağlı deputat Fazil Mustafa Səyyad Arana cavab verib. Millət vəkilinin yazısını təqdim edirik:“Dilçi-tarixçi alim olaraq tanıdılan Firudin Cəlilov böyük elmi nüfuz sahibi kimi müdrik görkəm alaraq son günlər müzakirə mövzusu olan məsələ ilə bağlı...

27 Yanvar 2026, 10:48

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,7 % azalaraq 67,86 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 67,82 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,77 % azalaraq 65,25 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...

27 Yanvar 2026, 10:02

Hərbi qulluqçular qanvermə aksiyasında iştirak ediblər 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil edilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə keçirilən aksiyada hərbi hissənin şəxsi heyəti iştirak edib.Donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının səyyar tibb briqadası tərəfindən müayinə olunduqdan sonra onlardan qan götürülüb.Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək....

26 Yanvar 2026, 18:22

Bakı Şəhər İcra Hakimiyyəti binalara 23 milyon ayırdı 

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) paytaxtda mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə iri həcmli satınalma elan edib.Citypost.az xəbər verir ki, müsabiqə mənzil-kommunal xidmətlərinin göstərilməsini təmin etmək üçün tələb olunan müxtəlif növ malların alınmasını nəzərdə tutur.Tender üzrə təklif edilən qiymət 23 863 427,72 azn məbləğində müəyyən edilib. (modern.az)

26 Yanvar 2026, 18:00