Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Cəmiyyət 27 Yanvar 2026, 15:59
211
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
Citypost.az xəbər verir ki, elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım Sumqayıt Texnologiyalar Parkından yola salınıb.
Humanitar yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məcnun Məmmədova iki yeni müavin təyin edildi
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.CityPost.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.Yeni təyinatlarla nazir müavinlərinin sayı 5-ə çatıb. Əvvəlki müavinlərdən hansının vəzifədən azad edildiyi hələlik açıqlanmayıb....
27 Yanvar 2026, 16:43
Xəbər bolluğunda informasiya aclığı: oxucu niyə inanmır?
Bu gün informasiyanın çatışmazlığından yox, əksinə, həddindən artıq çoxluğundan əziyyət çəkirik. Sosial şəbəkələr, xəbər saytları, Telegram kanalları, onlayn televiziya platformaları – hamısı eyni anda, eyni mövzuda, eyni başlıqlarla danışır. Paradoks ondadır ki, xəbər bolluğunun içində oxucu informasiya aclığı yaşayır. Ən əsas sual isə budur: oxucu niyə oxuduğuna inanmır?Əvvəla, problemin kökündə etibar böhranı dayanır. Xəbər artıq fakt yox, mövqe kimi təqdim olunur. Hadisə baş verməmiş şərh edilir, araşdırılmamış hökm verilir. “Eksklüziv”, “şok”, “sensasiya” başlıqları isə çox zaman məzmunu daşımır. Oxucu bir neçə dəfə aldadıldıqdan sonra artıq yalnız xəbərə yox, xəbəri verən mənbəyə də şübhə ilə yanaşır.İkinci əsas səbəb sürət amilidir. Media...
27 Yanvar 2026, 16:30
Rauf Aslanovun Bayram Afurcalını təhdid etməsinin səbəbi bəlli oldu
Tanınmış fotojurnalist,Azərbaycan Yazıçılar Birliyinin üzvü Bayram Afurcalı CityPost.az-a zəng edərək saytda barəsində gedən xəbərə aydınlıq gətirib.O,deyib: "AYB sədrinin müşaviri və Mənzil Komissiyasının sədri Rauf Aslanovla aramızda baş vermiş insident bir neçə il əvvələ təsadüf edir.O,mənə Birliyin inzibati binasında və "Natəvan"adına klubunda keçirilən tədbirlər zamanı fotoşəkil çəkməyi qadağan etmək istəyirdi.Əks halda əldə etdiyim gəlirin müəyyən bir qismini ona verməyimi tələb edirdi.Mən gördüyüm işə görə,heç kəsdən təmənna ummadığımı bildirdim.Məsələ ilə bağlı Anar müəllimi məlumatlandırdım.O,R.Aslanova mövqeyindən çəkinməyi tapşırsa da,axırıncı "buraların ağası mənəm,kimə istəyirsən get şikayət et",deyərək məni ölümlə hədələdi və AYB-nin üzvü Saday Şəkərli və digərləri kimi həbsə atdıracağı ilə qorxutmağa çalışdı.Mən onu...
27 Yanvar 2026, 15:27
Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.Citypost.az xəbər verir ki, bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.Vəkil Cavad Cavadlı APA-ya bildirib ki, bu gün keçirilən proseslərdə dəstə üzvlərinin hər biri barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.Cavad Cavadlı müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəyini deyib.Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə...
27 Yanvar 2026, 15:20
Ceyhun Bayramov Çinə səfərə getdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Çinə rəsmi səfərə yola düşüb.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Səfər çərçivəsində Ceyhun Bayramovun sabah çinli həmkarı Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.
27 Yanvar 2026, 12:55
Sabah hava necə olacaq? - PROQNOZ
Bakıda və Abşeron yarımadasında yanvarın 28-də bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir."Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə...
27 Yanvar 2026, 12:29