İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Cəmiyyət 27 Yanvar 2026, 11:29
140
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.
Citypost.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Respublikanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.
Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.
Həmçinin oxuyun
"Azermirror" MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verdi. Bildirildi ki, bu MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. "Azermirror" tərəfindən sənaye parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan "Azermirror" MMC 600 min manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb olunması, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cənubi Azərbaycan ədəbiyyatının əhəmiyyəti və vahid milli ədəbi məkanın zərurəti barədə
Azərbaycan ədəbiyyatı coğrafi sərhədlərlə məhdudlaşan bir hadisə deyil. O, tarixi yaddaşın, dilin, mədəni kodların və milli kimliyin daşıyıcısıdır. Bu baxımdan Cənubi Azərbaycan ədəbiyyatı ümumi Azərbaycan ədəbi prosesinin periferiyası yox, onun ayrılmaz və strateji hissəsidir. Bu ədəbiyyat təkcə regional yaradıcılıq sahəsi deyil, milli ədəbi bütövlüyün qorunmasında və gələcək istiqamətinin müəyyənləşməsində əsas sütunlardan biridir.Cənubi Azərbaycan ədəbiyyatı – milli yaddaşın qoruyucusu kimi uzun müddət: dil məhdudiyyətləri, mədəni təzyiqlər, nəşr və təhsil imkanlarının darlığışəraitində formalaşıb. Bu çətin mühit ədəbiyyatı zəiflətməyib, əksinə ona xüsusi bir missiya yükləyib: o da kimliyi qorumaq missiyasıdır. Burada ədəbiyyat sadəcə estetik hadisə olmayıb. O: ana dilinin yaşadılması, tarixi yaddaşın ötürülməsi,...
27 Yanvar 2026, 12:18
MEDİA: Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.Qeyd edilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir:"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara...
27 Yanvar 2026, 12:05
Kəmaləddin Heydərov yaxın qohumunu vəzifədən AZAD ETDİ
Xəbər verdiyimiz kimi,Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifədən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə "dərman mafiyası"na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.Oxu24.com-un əldə etdiyi məlumata görə,vəzifəsini itirən Mübariz Abduyev Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın əmisi oğludur.Ruhəngiz Heydərovanın əmisi olan Tofiq Abduyevin 5 övladı var.Oxu24.com Abduyevlərin qohumluq əlaqəsi olan şəxsləri ilə bağlı fotofaktı təqdim edir:Onlar əslən...
27 Yanvar 2026, 11:47
DİN-dən xəbərdarlıq: bank kartlarını hədəf alan 372 saxta link bağlanıb
Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Citypost-a bildirilib ki, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir...
27 Yanvar 2026, 11:26
İşdən ayrılanlara VACİB XƏBƏR
İş yerini dəyişmək və ya əmək münasibətlərinə xitam verilməsi zamanı işçiləri ən çox maraqlandıran məsələlərdən biri də istifadə olunmamış məzuniyyət günlərinin aqibətidir. Bir çox hallarda əməkdaşlar işdən çıxarkən illik məzuniyyət hüququndan tam yararlana bilmədiklərini bildirir və bunun əvəzində kompensasiya alınıb-alınmayacağı sualını ünvanlayırlar. Qanunvericilik bu məsələ ilə bağlı aydın və konkret müddəalar müəyyən edir.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinə aid əsas məzuniyyətlər üzrə pul əvəzi mütləq şəkildə ödənilməlidir.Eyni zamanda, qanunvericilik müəyyən məhdudiyyətləri də nəzərdə tutur. Belə ki, əmək münasibətlərinə...
27 Yanvar 2026, 11:25
Əməkdar jurnalistin oğlu tərxis olundu
Əməkdar jurnalist, LAF TV-nin rəhbəri Ləman Əliəşrəfqızının oğlu Rəsul bir illik həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunub.Citypost.az-ın məlumatına görə, bu barədə Ləman Əliəşrəfqızı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, oğlu hərbi xidmət dövründə intizamı və nümunəvi davranışı ilə seçilərək baş əsgər rütbəsinə yüksəlib, əlavə məzuniyyətlərlə təltif olunub və xidmətini rəsmi məktubla başa vuraraq evə yola salınıb.Ləman Əliəşrəfqızı övladı ilə qürur duyduğunu qeyd edərək, Rəsula xeyir-dua verib və onun uşaqlıqdan Vətənə xidmət arzusunu bu gün gerçəkləşdirdiyini vurğulayıb. O, paylaşımında “Şükür bu günə” sözləri ilə duyğularını ifadə edib....
27 Yanvar 2026, 11:20