Alen Simonyan İranın yeni səfiri ilə görüşüb
Dünya 02 Fevral 2026, 13:43
168
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bazar ertəsi İranın Ermənistana yeni təyin olunmuş səfiri Xəlil Şirqolamini qəbul edib.
Citypost.az news.am saytına istinadən xəbər verir ki,görüş zamanı parlament sədri səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin Ermənistan–İran münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər daha sonra iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, həmçinin regional maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Magnus Walker Porsche kolleksiyasının böyük hissəsini hərraca çıxarır
Avtomobil dünyasında Urban Outlaw ləqəbi ilə tanınan məşhur avtomobil kolleksiyaçısı, dizayner və Porsche həvəskarı Magnus Walker şəxsi Porsche kolleksiyasının böyük hissəsini hərraca çıxarmaq qərarına gəlib.Citypost.az xarici mətbuata istinadən məlumatına görə, “The Magnus Walker Collection” adlı hərrac RM Sotheby’s tərəfindən təşkil olunacaq və 18–25 mart tarixlərində keçiriləcək. Hərracda avtomobillər, ehtiyat hissələri, aksesuarlar və kolleksiya predmetləri daxil olmaqla ümumilikdə təxminən 160 lot satışa çıxarılacaq.Walker-in Porsche markasına marağı 1990-cı illərin əvvəllərində, 25 yaşında ilk 911 modelini alması ilə başlayıb. İllər ərzində o, nadir və klassik modelləri toplamaqla yanaşı, onları özünəməxsus üslubda bərpa və modifikasiya edib. Klassik irslə fərdi yanaşmanı birləşdirən bu üslub onu...
02 Fevral 2026, 16:13
Antalyada sərnişin avtobusu dərəyə aşıb, səkkiz nəfər ölüb, 26-sı yaralanıb
Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.CİTYpOST.AZ "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin bildirib."İlkin məlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb", - vali deyib.Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.Əlavə məlumat veriləcək....
01 Fevral 2026, 13:32
Dneprə dron hücumu edilib, iki nəfər ölüb
Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Ukraynanın Dnepr şəhərində hücum edib, iki nəfər həlak olub.CityPost.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Xüsusi Əməliyyatlar İdarəsinin rəisi Aleksandr Qanja özünün telegram kanalında məlumat verib."Dneprdə pilotsuz təyyarənin zərbəsi nəticəsində iki nəfər, bir qadın və bir kişi həlak olub. Onların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Hücum gecə baş verib və yanğın qeydə alınıb. Hücumda şəxsi ev dağılıb, daha iki nəfərə ziyan dəyib. Sərnişin avtomobili də zədələnib", - deyə o yazıb.O, həmçinin bildirib ki, Rusiya qoşunları Nikopol və Marqanets icmasına artilleriya və dronlarından istifadə edərək atəşə tutublar. Nəticədə evlər və infrastruktur dağıdılıb, elektrik...
01 Fevral 2026, 11:41
Florida’da körpə DAVASI: Ata və ana ŞOKDA
ABŞ-ın Florida ştatında bir cütlük, tüp bebek müalicəsi zamanı embrionların qarışdığı iddiası ilə klinikaya qarşı dava açıb.Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, Ana və atanın ağ olmasına baxmayaraq dünyaya gələn uşağın fərqli etnik görünüşdə olması üzərinə aparılan DNA testi, uşağın bioloji olaraq valideynlərinə aid olmadığını göstərib. Cütlük, başqa bir xəstəyə aid embrionun səhvən onlara köçürüldüyünü iddia edir və klinikanın ağır nöqsanlı olduğunu bildirir.Hadisə, süni mayalanma proseslərində nəzarət və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Dava hələ davam edir.Əli...
31 Yanvar 2026, 17:07
Mersində dəhşətli sel: 12 kişi xilas edildi, evlər su altında qaldı
Türkiyənin Mersin şəhərində 30 yanvar günü səhər saatlarında başlayan güclü yağışlar bir neçə çayın daşmasına səbəb olaraq su daşqınlarına yol açdı. Mersin Valiliyi xəbər verir ki, 51 ev və iş yeri ilə 8 avtomobil seldən təsirlənib, 12 nəfər təhlükəsiz şəkildə xilas edilib, 2 kiçikbaş heyvan isə tələf olub.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər veriri ki, Mezitli və Erdemli bölgələrindəki dərələrin daşması, bəzi körpülərin zədələnməsi və tarım sahələrinin su altında qalmasına səbəb olub. AFAD və yerli bələdiyyələr hadisə bölgələrində müdaxilə edərək vəziyyəti nəzarət altına alıb.Meteoroloqlar Mersin ərazisində 31 yanvarda da yağışların davam edəcəyini bildirir. Hadisə anları isə kameralarla əks olunub, insanlar canlarını...
31 Yanvar 2026, 16:59
Qərb Sahilində zorla təxliyə: Bədəvi yaşayış məntəqəsi boşaldıldı
İsrailin işğalı altında olan Qərb Sahilində, Erixo şəhəri yaxınlığında yerləşən Avcə bədəvi yaşayış məntəqəsində fələstinli ailələr zorla evlərindən çıxarılıb. Yerli sakin Ayid Kaabinehin sözlərinə görə, səhər saatlarında əraziyə gələn İsrail qüvvələri ailələrə bölgədə qalmağa icazə verilməyəcəyini bildirərək onları başqa ərazilərə köçməyə məcbur edib.Citypost.az xarici mətbuata istinadən xəbər verir ki, Bədəvi Hüquqlarını Müdafiə Təşkilatının (BEYDER) rəhbəri Həsən Melihatın açıqlamasına əsasən, son bir həftə ərzində 121 ailə, ümumilikdə təxminən min nəfər yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb. Bildirilir ki, çadırların yandırılması, heyvanların oğurlanması, su və otlaq sahələrinə çıxışın məhdudlaşdırılması kimi təzyiqlər bu köçü labüd edib.Fələstin rəsmi qurumlarının məlumatına görə, 2025-ci il ərzində...
31 Yanvar 2026, 14:13