Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Cəmiyyət 22 Sentyabr 2026, 11:48
403
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
DİN-in Mətbuat Xidmətindən Citypost.az-a bildirilib ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Həmçinin oxuyun
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb
Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub."Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur", - məlumatda qeyd olunub.Qeyd edək ki, sosial mediada Bakı Konqres Mərkəzində tüstülənmə olduğuna dair görüntülər paylaşılıb....
22 Sentyabr 2026, 11:37
Sultan Qasımovun cinayət işi üzrə məhkəmə təxirə salındı
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Sultan Qasımovun vəkili iştirak etməyib.Bu səbəbə görə, proses sentyabrın 30-na təxirə salınıb.Qeyd edək ki, Baş konsul barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb.Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan...
22 Sentyabr 2026, 11:33
"Formula 1"ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək.Bu barədə Citypost.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.Bildirilib ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 2026-cı il 22-26 sentyabr tarixlərində tədris distant (məsafədən) formada təşkil ediləcək....
22 Sentyabr 2026, 11:30
Bakıda tozlu hava müşahidə olunur
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.Bu barədə Citypost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir....
22 Sentyabr 2026, 11:18
Tural İrfandan pensiya fondlarında toplanan vəsaitlə bağlı təklif
MCP sədrinin müavini Tural İrfan pensiya fondlarında vətəndaşlar üçün toplanan vəsaitlərin istifadəsi ilə bağlı təklif irəli sürüb.Citypost.az xəbər verir ki, T.İrfan sosial şəbəkə paylaşımında əhalinin pensiya fonduna ödənilən vəsait hesabına faizsiz kreditlərin verilməsi imkanının nəzərdən keçirilməsini təklif edib. Onun fikrincə, vətəndaşların pensiya yaşına çatmadan vəfat etdiyi hallarda həmin vəsaitlərin ailələrinə fayda verməməsi məsələsinə də diqqət yetirilməlidir.MCP sədrinin müavini yüksək faizli bank kreditlərinin insanların maddi və sosial vəziyyətinə mənfi təsir göstərdiyini bildirib. O, kredit öhdəliklərinin yaratdığı stress və problemlərin cəmiyyətdə müxtəlif fəsadlara səbəb olduğunu qeyd edib.T.İrfanın təklifinə görə, vətəndaşlara pensiya fondlarında toplanmış vəsaitlər hesabına borc götürmək və həmin məbləği müəyyən şərtlərlə...
22 Sentyabr 2026, 10:09
Jurnalistdən metroda qatarların intervalına irad: “İnsanlar saatlarla tıxacda qalır”
Globalinfo.az-ın əməkdaşı Zaira Akifqızı Bakıda pik saatlarda yaranan nəqliyyat sıxlığı fonunda metro qatarlarının hərəkət intervalına münasibət bildirib.Citypost.az xəbər verir ki, Z.Akifqızı qeyd edib ki, tıxacın dözülməz həddə çatdığı saatlarda metro qatarlarının hərəkət intervalının azaldılması sərnişinlər üçün daha əlverişli ola bilər. O, xüsusilə Cəfər Cabbarlı–Xətai istiqamətində qatarların 7 dəqiqəlik intervalla hərəkət etməsini tənqid edib.Jurnalistin sözlərinə görə, sərnişin sayının az olduğu dövrdə həmin istiqamətdə intervalın azaldılması mümkün olub, lakin hazırda insanların saatlarla tıxacda qaldığı vaxtda qatarlar arasındakı müddətin 7 dəqiqə olması sual doğurur.Z.Akifqızı bildirib ki, əvvəlki dövrlərdə sərnişin sıxlığının yüksək olduğu saatlarda qatarlar bəzən 5 dəqiqəlik intervalla hərəkət edib. O, metroda gözləmə...
22 Sentyabr 2026, 10:04