Bizə yazın

Baku

-°C

USD

-

Nə bilsin külək... Şəhriyar Del Gerani  

Söz adamı 22 Sentyabr 2026, 11:54

3268

Kirli köynəyimi yumuşdu anam,

Külək bulamışdı... Nə bilsin külək?!

Mənsə hirslənmişdim anama onda,

Anam ağlamışdı... Nə bilsin külək?!

Bir gün dalaşmışdım qonşu uşaqla,

Üstəlik anasın söymüşdüm onun,

Oysa hikkəsindən bir yekə torba

Yarpağ tıxamışdı buxarımıza.

Sobamız yanmadı fevral gecəsi

Çayım soyuq oldu, atamız qrip.

Mən dedim “küləyin işidi yəqin”

Anam da inandı... Nə bilsin anam

”Yiyəsi ölsün bu küləyin” – dedi.

O vaxtdan yiyəsiz qalıb küləklər,

Bu yetim küləklər nə bilsin axı...

Sən üşüməyəli ikinci qışdı,

Ay allah kəs görüm bu nə yağışdı?!

Yığışdım özümə, elə yığışdım.

Para buğdasına söykənib yatan

Qarışqa misali elə yorğunam...

Soruşma neçənci qərib soyuğun,

Neçənci dostumun uzaqlığıyam.

Həminki qayğıdı bu tifil qayğı

Kipriyimə qədər yorğunam anam...

Bir pişiyim də yox qucağlayası,

Qucağım sinəmdə bayquş yuvası,

Barı dost da ölmür yas saxlayasan,

Hamı salamatdı, hamı yaxşıdı...

Di gəl darvazanı külək açırmı

Bu “darıxmaq” ki var, itin balası!..

Hər gün qapımıza gəlib ulayır.

Yox əşi, nə külək... nə bilsin külək?..

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Simran Həsənovun bir kitaba sığmayan ömrü

Tanınmış hüquqşünas alim, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Simran Həsənovun 70 yaşı tamam olur.“Reyting.az” xəbər verir ki, "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Qəfil payızın ovqatı" kitabı Simran müəllimin zəngin həyat yolundan bəhs edir.Kitabda S. Həsənovun müxtəlif illərdə müxtəlif mətbuat orqanlarında Simran Seyfəddinoğlu imzası ilə dərc etdirdiyi bədii yazıları da yer alıb.Görkəmli alim və ictimai xadim Simran Həsənov 1956-cı ilin sentyabrında İsmayıllı rayonunda, özünün də qeyd etdiyi kimi, gözəllikdə dünyada bənzəri olmayan Buynuz kəndində doğulub. BDU-nun hüquq fakültəsində ali təhsil alıb. Uzun illər yüksək vəzifələrdə çalışıb. İndi "Azərbaycan" adlanan, sovet dövründə...

21 Sentyabr 2026, 15:26

Başqasının uğuru niyə bizi narahat edir? 

Bəzən bir insanın uğur qazandığını eşidəndə sevincimizdən əvvəl içimizdə qəribə bir sükut yaranır. “Nə yaxşı, halal olsun” deyirik, amma həmin sözlərin arxasında başqa bir fikir də gizlənir: “Niyə o, mən yox?” Əslində insanı narahat edən çox vaxt başqasının qazandığı deyil, həmin uğurun onun öz həyatındakı çatışmazlıqları xatırlatmasıdır.İnsan özünü başqası ilə müqayisə etməyə başlayanda uğurun mənası da dəyişir. Əvvəllər məqsədinə çatmaq kifayət edirdisə, indi başqasının harada dayandığı əsas ölçüyə çevrilir. Dostunun evi böyüyür, tanışının işi yaxşı gedir, həmyaşıdının kitabı çap olunur, bir başqası xaricdə təhsil alır. Hər yeni xəbər insana öz həyatını yenidən hesablamaq üçün səbəb verir. Beləcə, başqasının uğuru onun...

17 Sentyabr 2026, 13:25

Allaha sual... Dayandur Sevgin 

Burnumun ucunda ö*lüm qoxusu,Olan günahımı yuya bilmirəm.Canımda yurd salıb bəndə qorxusu,Mən sənin qorxunu duya bilmirəm.Mən insandan qorxum,ya səndən Allah?Nə var ki, salmağa, mərdi kəməndə,Ədalətin gözü yuxuludursa.Allahın kölgəsi sayılan bəndə,Allahın özündən qorxuludursa,Mən insandan qorxum,ya səndən Allah?Daşı doğrayırsa tamahın dişi,Bəndənin gözündə dünya zərdisə.Əllidə baş k*əsib q*an tökən kişi,Yetmişdə əməli peyğəmbərdisə,Mən insandan qorxum,ya səndən Allah?Qəlbimdə qalıbsa quruca adın,Bəndənin qorxusu mənə dağdısa.E*dam otağından çıxan cəlladın,Əlləri qırmızı, üzü ağdısa,Mən insandan qorxum,ya səndən Allah?Qulağın almırsa atılan topu,Xayalın başında boş fırlanırsa.Sənin hökmün ilə açılan qapı,Bəndənin əliylə qıfıllanırsa,Mən insandan qorxum,ya səndən Allah?Allahın qorxusu, insan qoxusu,Yüz qara qorxular bir ağa düşüb.İnsan cilidində şeytan qorxusu,Allah qorxusundan qabağa düşüb,Yolumu gözləyən dar...

17 Sentyabr 2026, 11:06

BİRCƏ SƏN QALIBSAN, BİR DƏ EŞQ QALIB  - Vasif Süleyman

Dünyanın o başı nə yaxın imiş,Gözlərə görünür sonlar, İlahi!Arxada xatirə, öndə ölüm var,Heç nəyə yaramır yanlar, İlahi!Qaytaraq nə varsa yerindir, yerə,Gah göyə qarışır, gah da sirr, yerə.Eşqdən yananları topla bir yerə,Onlar bir-birini anlar, İlahi!Hamı gedəridi, indi seç, qalıb,Nələr ödənməli, birə-beş qalıb...Bircə sən qalıbsan, bir də EŞQ qalıb,Getdi nə paşalar, xanlar, İlahi!

16 Sentyabr 2026, 14:16

Səfər Alışarlı: “Çingiz Əlioğlu ədəbi aləmdə inandığım şairlərdəndi”

Görkəmli şair Çingiz Əlioğlu ötən ay bizi tərk etdi. Aeroportda eşitdim bu acı xəbəri, dəfnində iştirak edə bilmədim.Citypost.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Səfər Alışarlı yazıb.Yazıçı bildirib ki,Çingiz Əlioğlu ədəbi aləmdə inandığım, sevdiyim və həmişə xoş ovqatla xatırladığım az saylı şairlərdəndir. Onunla təsadüfən rastlaşanda özümdən asılı olmadan əhvalım yüksəlirdi: qarşımda sözün qədrini bilən, yaxşını pisdən ustalıqla seçməyi,  öz taleyini yaşamağı bacaran, bəsirətli və son dərəcə nikbin bir insanın, Azərbaycan şairinin durduğunu hiss edirdim. Onun ədəbiyyat haqqında fikir və mülahizələri adama ləzzət verirdi. Mühitimizdə Çingiz istedadı, böyük mütaliəsi və zəngin ədəbi təcrübəsilə seçilirdi. Onun bütün həyatı ədəbiyyata, kitaba, sözə həsr...

15 Sentyabr 2026, 09:18

Yenə ayrılıqdı gəlir üstümə...  Rüstəm Behrudidən ŞEİR

Yenə ayrılıqdı gəlir üstümə...( Rüstəm Behrudi )Bizi öl*dürürlər xəbəriniz yox,Bizi yandırırlar, koram tüstümə;Yenə tufan gəlir qarşı tərəfdən,Yenə ayrılıqdı gəlir üstümə.Bu da ayrılığın həsrət əlləri,Bu da məzarımız, bu da baş daşı...Ey bizi diriykən ayrılıqlara,Yollamaq istəyən, fikrindən daşın!Bilirsən nə deyir titrəyən əlim,Bilirsən nə deyir gözlərimdə qəm?!Mən öz tabutuna uzaqdan durub,Sakitcə-sakitcə baxan deyiləm!Bir də bənzəmərəm özümə heç vaxt,Hər cür ayrılığa gözüm öyrəşib;Ürəyim öyrəşib bəd xəbərlərə,Dərdimi deməyə sözüm öyrəşib!Nədən bu şəhərdə əcnəbilərtək,Mənə qərib-qərib açılır sabah,Bir cüt yaşıl yarpaq gözümdən yağan,Heyrətim nə deyir, görəsən allah!Görəsən nə deyir o namərd adam,Görən niyə susub adamlar, allah!Hamı təslim oldu şərə, sənin də,Nədəndi canında qorxu var, allah!Ya ö*ldür, ya...

10 Sentyabr 2026, 12:39