28 yaşlı qadın evində QƏTLƏ yetirildi
Cəmiyyət 13 Fevral 2026, 15:30
238
Türkiyənin Midyat rayonunda 28 yaşlı Medine Akpınar evində silahla vurulmuş vəziyyətdə ölü tapılıb.
Citypost.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Sivrice məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Silahla yaralanma barədə daxil olan məlumat əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Hadisə yerinə baxış zamanı Medine Akpınarın həyatını itirdiyi müəyyən edilib. Prokurorun ilkin araşdırmasından sonra meyit məhkəmə-tibbi ekspertizası üçün xəstəxananın morquna təhvil verilib.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma başlanılıb.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Bərzanini Azərbaycana səfərə dəvət edib
Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.
13 Fevral 2026, 16:59
Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.CityPost.az xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.Dövlət başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi....
13 Fevral 2026, 16:57
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib.Bu barədə AMEA-dan məlumat verilib."Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir", - məlumatda qeyd olunub.Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən,...
13 Fevral 2026, 16:51
Birinci kurs tələbəsi vəfat etdi
Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Sadiqli vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.E.Sadiqli universitetin Ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi olub.Onun uzun müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. (Modern.az)
13 Fevral 2026, 16:36
General Ayaz Həsənova qarşı iddia üzrə məhkəmə başlayıb
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.APA xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər...
13 Fevral 2026, 16:29
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.Bildirilib ki, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.Faktla bağlı araşdırma aparılır.
13 Fevral 2026, 16:24