Bizə yazın

Baku

-°C

USD

-

Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cəmiyyət 13 Fevral 2026, 15:00

166

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.

Citypost.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata baxılıb.

Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.

Qeyd edək ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb 

Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.Bildirilib ki, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.Faktla bağlı araşdırma aparılır.

13 Fevral 2026, 16:24

YAP-ın növbəti qurultayının vaxtı AÇIQLANDI

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı gələn ay keçiriləcək. Bu barədə Citypost.az-a Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından məlumat verilib. Bildirilib ki, qurultay hakim partiyanın Nizamnaməsinə uyğun keçiriləcək. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq.Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildə bir keçirilir.

13 Fevral 2026, 16:15

Ata Abdullayev azadlığa buraxılıb

Həbsdə olan bloger Ata Abdullayev azadlığa buraxılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Xəzər rayon Məhkəməsi qərar verib.Ata Abdullayev vaxtından öncə azadlığa buraxılmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin bu gün çıxardığı qərara əsasən, o, vaxtından əvvəl şərti azadlığa buraxılıb.Xatırladaq ki, Ata Abdullayev 2021-ci ilin mart ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.Qeyd edək ki, Ata Abdullayevin azadlığa buraxılması ilə bağlı ilkin xəbəri bakues.az saytı yayıb....

13 Fevral 2026, 16:13

Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən şəxslərə hökm oxunub 

Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev və Elnur Rəfiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.Hökmə əsasən Əbdülsaməd Atayev və Elnur Rəfiyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.Qeyd edək ki, Əbdülsaməd Atayev və Elnur Rəfiyev DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar və onlara AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə yekun ittiham irəli sürülüb....

13 Fevral 2026, 15:42

Rektorun ŞOK səs yazısı yayıldı 

Texnologiya Universitetinin rektoru Yaşar Ömərov son aylarda medianın və ictimaiyyətin diqqət mərkəzinə düşüb.Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın çevrəsinə aid olduğu deyilən Yaşar Ömərovun fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar onun aqibətinin heç də yaxşı olmayacağından xəbər verir.Məlumata görə, Yaşar Ömərovun fəaliyyəti zamanı yol verilmiş maliyyə pozuntuları aşkarlanaraq Gəncə Şəhər Prokurorluğuna göndərilib. Artıq bir neçə aydır ki, prokurorluq orqanlarında aparılan istintaq çərçivəsində korrupsiya faktlarının təsdiqini tapdığı bildirilir. Lakin bütün bunlara baxmayaraq, Texnologiya Universitetinin rektorunun davranışında hər hansı narahatlıq hiss olunmurİctimai rəyin formalaşmasında ciddi rezonans doğuran məqamlardan biri də Yaşar Ömərovun adı ilə bağlı yayılan audiosəs yazısı olub.Sözügedən səs yazısından...

13 Fevral 2026, 15:39

28 yaşlı qadın evində QƏTLƏ yetirildi

Türkiyənin Midyat rayonunda 28 yaşlı Medine Akpınar evində silahla vurulmuş vəziyyətdə ölü tapılıb.Citypost.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Sivrice məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Silahla yaralanma barədə daxil olan məlumat əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.Hadisə yerinə baxış zamanı Medine Akpınarın həyatını itirdiyi müəyyən edilib. Prokurorun ilkin araşdırmasından sonra meyit məhkəmə-tibbi ekspertizası üçün xəstəxananın morquna təhvil verilib.Faktla bağlı araşdırma başlanılıb.Turan...

13 Fevral 2026, 15:30