Bizə yazın

Baku

-°C

USD

-

Rektorun ŞOK səs yazısı yayıldı 

Cəmiyyət 13 Fevral 2026, 15:39

177

Texnologiya Universitetinin rektoru Yaşar Ömərov son aylarda medianın və ictimaiyyətin diqqət mərkəzinə düşüb.

Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın çevrəsinə aid olduğu deyilən Yaşar Ömərovun fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar onun aqibətinin heç də yaxşı olmayacağından xəbər verir.

Məlumata görə, Yaşar Ömərovun fəaliyyəti zamanı yol verilmiş maliyyə pozuntuları aşkarlanaraq Gəncə Şəhər Prokurorluğuna göndərilib. Artıq bir neçə aydır ki, prokurorluq orqanlarında aparılan istintaq çərçivəsində korrupsiya faktlarının təsdiqini tapdığı bildirilir. Lakin bütün bunlara baxmayaraq, Texnologiya Universitetinin rektorunun davranışında hər hansı narahatlıq hiss olunmur

İctimai rəyin formalaşmasında ciddi rezonans doğuran məqamlardan biri də Yaşar Ömərovun adı ilə bağlı yayılan audiosəs yazısı olub.

Sözügedən səs yazısından rektorun işçilərə qarşı təhdidedici münasibəti, idarəçilik bacarığının zəifliyi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları açıq şəkildə hiss olunur.

Həmin dövrdə bu səs yazısına hüquqi qiymət verilsəydi, Yaşar Ömərovun bu gün rektor postunda olması mümkün olmazdı.Buna baxmayaraq, rektor sanki toxunulmazlıq qazanıb. İddialara görə, bunun əsas səbəbi onun Elm və Təhsil naziri Emin Əmrullayevə yaxınlığıdır. Məhz bu yaxınlıq Yaşar Ömərova universitet daxilində “at oynatmaq”, “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət etmək imkanı yaradıb.

Ölkə başçısı dəfələrlə çıxışlarında məmur özbaşınalığına, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı sərt mövqe nümayiş etdirib, vətəndaşları bu cür hallarla bağlı aidiyyəti qurumlara, Prezident Administrasiyasına müraciət etməyə çağırıb. Lakin ictimailəşmiş audiosəs yazısı və külli miqdarda maliyyə pozuntuları ilə gündəmə gəlmiş Texnologiya Universitetinin rektoru barədə nədənsə dövlət qurumlarının susqunluğu suallar doğurur.

Əslində, bu məsələlər barədə siqnal verməyə, məktub yazmağa belə ehtiyac yoxdur. Aidiyyəti dövlət orqanlarının Yaşar Ömərovun fəaliyyəti, maliyyə pozuntuları və səs yazısı haqqında məlumatlı olduğu hər kəsə bəllidir. Ancaq buna baxmayaraq, sanki heç nə baş verməyibmiş kimi davranılır.

Əgər Prezident tərəfindən təyin olunan vəzifəli şəxslər bir neçə il sonra maliyyə pozuntularına yol verirlərsə, bu, kadr siyasəti ilə bağlı ciddi suallar yaradır. Belə hallarda həmin şəxslərin əvvəlki fəaliyyətinin yetərincə araşdırılmadığı, hətta keçmişdə yol verdikləri qanun pozuntularına baxmayaraq yüksək vəzifələrə irəli çəkildikləri ehtimalı ortaya çıxır.

Bu proseslər bir daha göstərir ki, ölkədə həm ictimai, həm də dövlət nəzarəti mexanizmləri zəif işləyir. Təkcə ictimai nəzarət kifayət etmir, paralel olaraq ciddi və prinsipial dövlət nəzarəti də olmalıdır.

Nazirin dostu olduğu üçün rektor postuna gətirildiyi iddia edilən Yaşar Ömərova kim bu səlahiyyəti verib ki, işçiləri təhdid etsin, universitetdə maliyyə pozuntularına yol versin? Bu suallar hələ də cavabsız qalır. //Tehsil.media

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev  Bərzanini Azərbaycana səfərə dəvət edib 

Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.

13 Fevral 2026, 16:59

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.CityPost.az  xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.Dövlət başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi....

13 Fevral 2026, 16:57

AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək 

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib.Bu barədə AMEA-dan məlumat verilib."Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir", - məlumatda qeyd olunub.Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən,...

13 Fevral 2026, 16:51

Birinci kurs tələbəsi vəfat etdi 

Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Sadiqli vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.E.Sadiqli universitetin Ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi olub.Onun uzun müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. (Modern.az)

13 Fevral 2026, 16:36

General Ayaz Həsənova qarşı iddia üzrə məhkəmə başlayıb 

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.APA xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər...

13 Fevral 2026, 16:29

Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb 

Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.Bildirilib ki, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.Faktla bağlı araşdırma aparılır.

13 Fevral 2026, 16:24