Epstein işinə görə tanınmış vəkil İSTEFA verdi
Dünya 13 Fevral 2026, 15:13
217
Goldman Sachs şirkətinin baş hüquq məsləhətçisi Ketrin Ruemmler, Jeffrey Epstein ilə yaxın şəxsi əlaqələri üzə çıxdıqdan sonra istefa verib.
Citypost.az lemonde nəşrinə istinadən xəbərə görə, Ruemmler və Epstein uzun illər şəxsi yazışmalarla əlaqədə olub, hətta Epstein 2008-ci ildə yetkinlik yaşına çatmayan qıza qarşı cinsi cinayətlərdə ittiham olunandan sonra belə əlaqələrini davam etdiriblər. Yazışmalarda Ruemmler Epsteini “şirin” və “Cefri əmi” adlandırıb, həmçinin karyera ilə bağlı məsləhətlər mübadiləsi olub.
Goldman Sachs-ın baş icraçı direktoru David Solomon Ruemmlerin istefasını qəbul etdiyini bildirib və onun şirkətə verdiyi hüquqi töhfələri yüksək qiymətləndirib. İstefa iyunun sonunda qüvvəyə minəcək.
Həmçinin oxuyun
Ruemmler 2009-2011-ci illərdə Ağ Evdə hüquq məsləhətçisi kimi çalışıb, daha sonra isə 2020-ci ildə Goldman Sachs-a keçib. Bu hadisə, Wall Street və siyasi dairələrdə uzun müddət diqqət mərkəzində olmuş Epstein qalmaqalını yenidən gündəmə gətirib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
CHP-dən yeni üzvlük kampaniyası: “Dözmək məcburiyyətində deyilsiniz”
Türkiyənin Cumhuriyet Halk Partisi (CHP) yeni üzv cəlbi kampaniyasına start verib.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sosial media hesabları üzərindən yaydığı video müraciətlə vətəndaşlara çağırış edib.“Karanlığa, hukuksuzluğa, yokluğa, haksızlığa #KatlanmakZorundaDeğilsiniz” şüarı ilə paylaşılan mesajda ictimai həmrəylik və birlikdə hərəkət etməyin vacibliyi vurğulanıb. Videoda “Bu torpaqların mayasında ümid, ruhunda cəsarət var. Təslim olmaq yoxdur” ifadələri yer alıb.Partiya müraciətində vətəndaşları məsuliyyət almağa, milli iradəyə sahib çıxmağa və haqsızlıqlara qarşı mövqe göstərməyə səsləyib. “Dözmək məcburiyyətində deyilsiniz. Bizə qoşula bilərsiniz” mesajı ilə çıxış edən CHP, kampaniyanın rəqəmsal üzvlük sistemi üzərindən aparılacağını da açıqlayıb.Turan...
13 Fevral 2026, 15:27
Qriqoryan: Ermənistan Aİ Monitorinq Missiyasının Ermənistanda qalmasını istəyir
Avropa İttifaqının müşahidə missiyası Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərib. Yerevan Aİ-nin mülki missiyasının Ermənistanda qalmasını istəyir.Citypost.az erməni mətbuatına istinadən xəbər verir ki , bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.Onun sözlərinə görə, Ermənistan daim açıq şəkildə, eləcə də Avropa İttifaqı tərəfdaşları ilə şəxsi söhbətlərində Brüssel ilə əməkdaşlığa yüksək qiymət verdiyini və Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirir. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, "missiyanın sabitlik amili baxımından müsbət təsir göstərdiyinə və regionda sabitliyə, eləcə də sərhəd icmalarının əhalisi arasında sabitliyə və təhlükəsizliyə inamı artırdığına əminik".Qriqoryan qeyd edib ki, Aİ monitorinq missiyası Ermənistanla...
13 Fevral 2026, 15:14
Şoyqu: ABŞ-ın Ermənistandakı nüvə layihəsi gələcək nəsillərə yükdür
Rusiya Təhlükəsizlik Şurasının katibi Serget Şoyqu bildirib ki, Ermənistanda nüvə elektrik stansiyası üçün kiçik reaktorların tikintisi, çox güman ki, kreditlə maliyyələşdiriləcək və ölkənin gələcək nəsilləri tərəfindən ödəniləcək.Citypost.az xəbər verir ki, Sergey Şoyqu RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib: “Layihənin həyata keçirilməsinin Ermənistan iqtisadiyyatına investisiya qoyuluşu demək olacağına dair əsaslı şübhələr var. Əksinə, bu, ölkənin illik ÜDM-nin üçdə birindən çoxunu təşkil edəcək alqı-satqı əməliyyatı olacaq. Və çox güman ki, təkcə indiki deyil, həm də [Ermənistan] respublikasının gələcək nəsilləri tərəfindən ödəniləcək kredit olacaq”.ABŞ-ın vitse-prezidenti J.D. Vensin bazar ertəsi və çərşənbə axşamı Ermənistana səfərindən sonra ölkəsinin nüvə enerjisi müqaviləsi çərçivəsində Ermənistanı kiçik modul...
13 Fevral 2026, 13:26
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Rusiya Federasiyasının xarici dövlət borcu 2006-cı ildən bəri ilk dəfə 60 milyard dollar həddini keçib.CityPost.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Maliyyə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.Belə ki, Rusiyanın xarici dövlət borcu 2026-cı il fevralın 1-nə olan vəziyyətinə görə 61,97 milyard dollara çatıb.Rusiya Maliyyə Nazirliyinin məlumatlarına görə, 2006-cı il yanvarın 1-i xarici dövlət borcu 76,5 milyard dollar təşkil edib, artıq 2007-ci il yanvarın 1-də isə 52 milyard dollara düşüb. Borc həmin vaxtdan bəri 60 milyard dollar həddini aşmamışdı....
13 Fevral 2026, 10:21
Bioarxeoloqlar 400 ildən sonra "vampirləri" yenidən həyata qaytarırlar
400 ildən sonra bioarxeoloqlar tərəfindən sözdə “vampir” kimi tanınan şəxsin üzü yenidən qurulub.Citypost.az euronews.com-a istinadən xəbər verir ki, söhbət 2023-cü ildə Xorvatiyada aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan insan qalıqlarından gedir. Tapıntı alimlərin diqqətini xüsusilə dəfn üsulu ilə cəlb edib. Skelet üzüaşağı basdırılmış vəziyyətdə aşkarlanıb.Mütəxəssislərin fikrincə, bu cür dəfn forması slavyan folklorunda geniş yayılmış inancla bağlıdır. Keçmişdə bəzi icmalar ölən şəxsin “vampir” və ya digər mifik qaniçən varlıq kimi geri qayıdacağından ehtiyat edərək onu üzüaşağı torpağa tapşırırdılar. Bu praktika ölünün dirilər aləminə qayıtmasının qarşısını almaq məqsədi daşıyırdı.Bioarxeoloqlar skelet üzərində apardıqları analizlər və 3D rekonstruksiya texnologiyaları vasitəsilə təxminən 400 il əvvəl yaşamış...
12 Fevral 2026, 21:49
Fransada "Nils" fırtınası daşqınlara SƏBƏB olub
Nils fırtınası Fransanın cənub-qərb bölgəsində ciddi fəsadlar törədib. Güclü yağış, saatda 150 kilometrə çatan külək və genişmiqyaslı daşqınlar nəticəsində bir sıra yaşayış məntəqələri zərər görüb.Citypost.az Fransa24 xəbər agentliyinə istinadən xəbər verir ki, xüsusilə Jironda bölgəsində çayların məcrasından çıxması şəhər və yolların su altında qalmasına səbəb olub. Təbii fəlakət nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşıb, bir çox ərazilərdə fövqəladə vəziyyət elan edilib.Güclü külək elektrik xətlərinə ciddi ziyan vurub. Nəticədə təxminən 850 min ev elektrik enerjisiz qalıb. Xilasetmə və bərpa işlərinə yüzlərlə əməkdaş cəlb olunub.Fırtınanın təsirləri yalnız Fransa ilə məhdudlaşmayıb. Sahil eroziyası, ağacların aşması, evlərə və infrastruktura dəyən ziyan İtaliya və İspaniyanın bəzi bölgələrində...
12 Fevral 2026, 21:34