Bizə yazın

Baku

-°C

USD

-

Məleykə Abbaszadə tanınmış yazıçının gəlini olub   

Cəmiyyət 13 Fevral 2026, 14:12

3452

Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində doğulan Məleykə Abbaszadənin həyatının ən məhsuldar illəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. Xanım Abbaszadə 32 ildir bu qurumun rəhbərliyində təmsil olunur.

 Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinin məzunudur. Texnika elmləri namizədidir.

Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib, 1995-ci ilin yanvar-iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra edib.

2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12 aprel 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə isə İdarə Heyətinin sədri təyin edilib.

İki övlad anasıdır. 

CityPost.az-ın əldə etdiyi xəbərə görə,Məleykə Abbaszadə Xalq yazıçısı,məşhur “General” romanının müəllifi   "Şöhrət" ordenli Hüseyn Abbaszadənin gəlini olub.Abbaszadə soyadını O,birinci evliliyi zamanı nikah bağlayarkən qəbul edib.M.Abbaszadə Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə evli olub.Onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil alıblar.İlqar  Abbaszadə  biologiya elmləri namizədidir.Hazırda ABŞ-də yaşayır.Pedaqoji fəaliyyətlə məşğuldur.

Onların birgə nikahdan iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnistutunda Beynəlxalq Məsələlər üzrə prorektor vəzifəsində çalışıb.O,2020-ci il iyulun 18-də ürəktutmasından vəfat edib.

Digər qızı Nərgiz Abbaszadə  1976-cı ilin avqust ayının 7-də Bakıda doğulub.

Bakıdakı 189 saylı orta məktəbi bitirmiş Nərgiz 16 yaşında Xəzər Universitetinə daxil olub.

16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib.

Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb.

Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib.

Azərbaycanca, danimarkca,  ingiliscə və rusca danışa bilən Birk-Petersen müğənni Eldar Qasımov və aparıcı Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən şəxslərə hökm oxunub 

Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev və Elnur Rəfiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.Hökmə əsasən Əbdülsaməd Atayev və Elnur Rəfiyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.Qeyd edək ki, Əbdülsaməd Atayev və Elnur Rəfiyev DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar və onlara AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə yekun ittiham irəli sürülüb....

13 Fevral 2026, 15:42

Rektorun ŞOK səs yazısı yayıldı 

Texnologiya Universitetinin rektoru Yaşar Ömərov son aylarda medianın və ictimaiyyətin diqqət mərkəzinə düşüb.Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın çevrəsinə aid olduğu deyilən Yaşar Ömərovun fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar onun aqibətinin heç də yaxşı olmayacağından xəbər verir.Məlumata görə, Yaşar Ömərovun fəaliyyəti zamanı yol verilmiş maliyyə pozuntuları aşkarlanaraq Gəncə Şəhər Prokurorluğuna göndərilib. Artıq bir neçə aydır ki, prokurorluq orqanlarında aparılan istintaq çərçivəsində korrupsiya faktlarının təsdiqini tapdığı bildirilir. Lakin bütün bunlara baxmayaraq, Texnologiya Universitetinin rektorunun davranışında hər hansı narahatlıq hiss olunmurİctimai rəyin formalaşmasında ciddi rezonans doğuran məqamlardan biri də Yaşar Ömərovun adı ilə bağlı yayılan audiosəs yazısı olub.Sözügedən səs yazısından...

13 Fevral 2026, 15:39

28 yaşlı qadın evində QƏTLƏ yetirildi

Türkiyənin Midyat rayonunda 28 yaşlı Medine Akpınar evində silahla vurulmuş vəziyyətdə ölü tapılıb.Citypost.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Sivrice məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Silahla yaralanma barədə daxil olan məlumat əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.Hadisə yerinə baxış zamanı Medine Akpınarın həyatını itirdiyi müəyyən edilib. Prokurorun ilkin araşdırmasından sonra meyit məhkəmə-tibbi ekspertizası üçün xəstəxananın morquna təhvil verilib.Faktla bağlı araşdırma başlanılıb.Turan...

13 Fevral 2026, 15:30

Amaliya Pənahovanın 80 illik yubileyi qeyd olunub

Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kino və teatr aktrisası Amaliya Pənahovanın 80 illik yubileyi qeyd olunub.CityPost.az xəbər verir  ki,yubiley tədbiri Azərbaycan Dövlət Film Fondunda baş tutub.Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, A.Pənahovanın kino və dublyaj fəaliyyəti haqqında geniş məlumat verdi, görkəmli kino xadimlərinin aktrisa haqqında xatirələrini bölüşdü. Sonra çıxış edən Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalidə Quliyeva, Firəngiz Mütəllimova, Əməkdar artistlər Suğra Bağırzadə, Firdovsi Atakişiyev, Hüsniyyə Mürvətova görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər.Aktrisanın ailə üzvləri...

13 Fevral 2026, 15:17

Prezident İlham Əliyev Almaniyaya səfərə gedib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gedib.

13 Fevral 2026, 15:10

Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.Citypost.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata baxılıb.Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.Qeyd edək ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan...

13 Fevral 2026, 15:00