Bizə yazın

Baku

-°C

USD

-

FHN əməkdaşları arasında şahmat üzrə çempionat keçirilib 

Cəmiyyət 13 Fevral 2026, 17:16

107

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun bazasında nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının 17 komandasından ümumilikdə 70-ə yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Fikrət Sideifzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi sayına görə qalib komandalar və əməkdaşlar müəyyən olunub.

Tədbirin bağlanış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.

Mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, şahmat əməkdaşların həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir: “Hələ Sovet İttifaqı dövründə şahmatın ölkəmizdə populyarlıq qazanmasında, o cümlədən dünya şahmat tacının Azərbaycana gətirilməsində əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə güclü şahmat məktəbi yaradılıb, bu idman sahəsi respublikamızda yüksək səviyyəyə qalxıb. Bu proses bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir”.

F.Musayev, həmçinin FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 5 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. Çempionatda ikinci yerə Mülki müdafiə qoşunları, üçüncü yerə isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elçin Əsədov, 2-ci yerə FHN Akademiyasının kursantı Mehdi Qasımov, 3-cü yerə isə Sumqayıt Regional Mərkəzinin əməkdaşı Şahin Mehdiyev layiq görülüb.

Sonda qaliblər kubok, diplom və medalla, çempionatın keçirilməsində obyektiv hakimlik xidmətlərinə görə Azərbaycan Şahmat Federasiyasının Hakimlər Komitəsi, çempionatın əzmkar komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası fəxri fərmanla təltif olunublar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirici tədbir keçirilib 

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.Bu barədə Citypost.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.“Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər...

13 Fevral 2026, 17:55

Azərbaycan Kanadaya nar ixracını bərpa edib 

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 31,4 milyon ABŞ dolları dəyərində 32 min 107 ton nar ixrac edib."Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 9,4 % çoxdur.Hesabat dövründə Azərbaycan Rusiyaya 26,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çox) 26 min 476 ton (+4 %), Ukraynaya 2 milyon ABŞ dolları dəyərində (+47 %) 2 min ton (+43 %), Gürcüstana 1,5 milyon ABŞ dolları dəyərində (+59 %) 2 min 480 ton (+61 %), Qazaxıstana 437,4 min ABŞ dolları dəyərində (-5 %) 630 ton (+6...

13 Fevral 2026, 17:33

İlham Əliyev  Bərzanini Azərbaycana səfərə dəvət edib 

Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.

13 Fevral 2026, 16:59

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.CityPost.az  xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.Dövlət başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi....

13 Fevral 2026, 16:57

AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək 

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib.Bu barədə AMEA-dan məlumat verilib."Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir", - məlumatda qeyd olunub.Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən,...

13 Fevral 2026, 16:51

Birinci kurs tələbəsi vəfat etdi 

Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Sadiqli vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.E.Sadiqli universitetin Ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi olub.Onun uzun müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. (Modern.az)

13 Fevral 2026, 16:36