Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib 

Cəmiyyət 13 Fevral 2026, 22:57

3252

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibə verib.

CityPost.az  müsahibəni təqdim edir.

REAL Televiziyası: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Budəfəki Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın mesajı nə olacaq?

Prezident İlham Əliyev: Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.

İctimai Televiziya: Cənab Prezident, bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi?

Prezident İlham Əliyev: Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq.

AnewZ Televiziyası: Cənab Prezident, Bu gün danışdığımız hər kəs köhnə dünya nizamının dağıldığını və yeni dünyanın peyda olacağını deyir, lakin o, hələ də peyda olmayıb. Sadəcə, bir neçə həftə bundan öncə Davosda Siz “Sülh Şurasının Nizamnaməsi”ni imzaladınız. Azərbaycan qurumun təsisçi üzvüdür. Bir neçə gündən sonra isə Vaşinqtonda daha bir görüş olacaq. Yeni dünya nizamının potensial elementi olaraq bu təşkilat haqqında nə düşünürsünüz?

Prezident İlham Əliyev: Bilirsiniz, əgər xatırlayırsınızsa, mən bu haqda danışmışam, ola bilsin, təfərrüatı ilə yox, amma, ümumiyyətlə, demişəm ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü.

Əlbəttə ki, hər şey gündəlikdən asılı olacaq. Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.

CBC Televiziyası: Cənab Prezident, Münxen Təhlükəsizlik Konfransının proqramına əsasən, sabah nəqliyyat dəhlizlərinə həsr olunmuş panel sessiyasında Sizin iştirakınız gözlənilir. Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinin formalaşdırılmasında öz rolunu necə görür?

Prezident İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik.

Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturu¬muzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir.

Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır. Sağ olun.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Məlumata görə, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların “Azneft dairəsi” istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.Eyni zamanda,...

04 Sentyabr 2026, 21:19

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb."Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib:“Əziz Murad!Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.Allah sənə...

04 Sentyabr 2026, 19:34

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət...

04 Sentyabr 2026, 19:08

AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, tenderin yekun qiyməti 36 milyon 795 min manat təşkil edib.Sənədlərdə göstərilən işlər arasında 2 milyon kvadratmetr düz xəttin (soyuq boya) çəkilməsi, 100 kvadratmetr düz xəttin (termoplastik isti boya) çəkilməsi, 49 458 kvadratmetr soyuq boya ilə əl işləri, 41 min kvadratmetr xəttin su jeti texnikası ilə silinməsi, 2 min kvadratmetr xəttin qara boya ilə silinməsi, 130 kvadratmetr yerə yapışan simvolların tətbiqi və digər işlər yer alır....

04 Sentyabr 2026, 18:50

Zahid Oruc BAMF-ın 34 illiyini TƏBRİK ETDİ 

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 34 il ötür.CityPost.az  bildirir ki, bu münasibətlə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc BAMF prezidenti Umud Mirzəyevə zəng edərək təbriklərini çatdırıb.Zahid Oruc təbrikində Umud Mirzəyevin şəxsiyyətinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətində də əks olunduğunu bildirib.“İnsan özü necədirsə, rəhbərlik etdiyi təşkilat da həqiqətən elə olur. Mən bilirəm ki, Umud müəllim necə bir insandırsa, onun rəhbərlik etdiyi təşkilat da elədir: aydındır, safdır, şəffafdır, qəlbi təmizdir. Təşkilatın da qəlbi təmizdir”, – deyə o qeyd edib.Parlamentari Umud Mirzəyevin illər ərzində beynəlxalq aləmdə qazandığı dostluqlara da...

04 Sentyabr 2026, 18:30

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

"Bakı Metropoliteni" QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir....

04 Sentyabr 2026, 18:11