Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
Cəmiyyət 24 Fevral 2026, 15:07
244
Bakıda 13 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə — metamfetamin aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Həmçinin oxuyun
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Balıq ovuna görə iki ayda 15 min manat cərimə tətbiq edilib
Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Citypost.az-abildirilib ki, Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir. 2026-cı ilin yanvar və fevral ayları ərzində Mərkəz tərəfindən 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib edilib. Bu dövrdə 15 min manat məbləğində inzibati cərimə tətbiq olunub, təbiətə 2 843,5 manat məbləğində...
24 Fevral 2026, 16:26
ADY-nin gediş kartlarında YENİLİK
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) gediş kartlarının balansını artıq rəqəmsal artırmaq mümkündür.ADY-dən Citypost.az-a verilən məluamat görə, ADY-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkün olub."Bunun üçün saytda "Fiziki kartın balansının artırılması" bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd edin", - məlumatda qeyd olunur.Daha ətraflı: https://ticket.ady.az/az/balans-artirilmasi
24 Fevral 2026, 16:23
Daha bir rayonda ehsan ləğv olundu
Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv olunub.“Yeni Sabah”ın xəbərinə görə, bu barədə Qax rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib. Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.Mərasimlərdə yalnız çay süfrəsi açılacaq.Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb....
24 Fevral 2026, 16:12
Məmməd Məmmədov 40-dan çox insanı işdən AZAD etdi
Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib.Citypost.az verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb.Sərəncama əsasən, icra hakimiyyətinin həmin əməkdaşları işlərini itiriblər. İşlərini itirənlər əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar.Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.Qeyd edək ki, bundan əvvəl...
24 Fevral 2026, 16:10
Yeni Agentlik yaradıldı - Ölkə başçısından SƏRƏNCAM
Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələləri tənzimlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.Müəyyən edilib ki, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi...
24 Fevral 2026, 16:09
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
Cəlilabadda itkin düşmüş hesab edilən qadın axtarılır.APA-nın cənub bürosunun xəbərinə görə, Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat üzrə həmin şəxsin axtarışı elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.Mətanət Hüseynova barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur....
24 Fevral 2026, 15:59