Bizə yazın

Baku

-°C

USD

-

Milli Qəhrəman Hökumə Əliyevanın atasının bank kartından oğurluq edən şəxsə hökm oxunub 

Cəmiyyət 24 Fevral 2026, 15:01

242

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 min manat oğurlamaqda təqsirləndirilən Ayaz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Citypost.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ayaz İsgəndərov qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökmdə o da qeyd olunub ki, ​​​​​​Ayaz İskəndərov narkotik istifadəçisi olsa da, onun Narkoloji Mərkəzdə qeydiyyatı yoxdur. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsi olaraq məhkəməyə təqdim edilən rəydən məlum olub ki, o, aslılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkir və məcburi müalicəyə ehtiyac var. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında baş verib. Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırmalarla cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.

Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktına görə başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən ediləndən sonra 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

İttihama görə, Ayaz İsgəndərov “Telegram” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Petroviç” adlı hesab istifadəçisi və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. O, özünü bank əməkdaşı kimi göstərərək Cəlil Alıyevdən kart məlumatlarını əldə edib. Hadisə vaxtı kartda 103 min manat pul olub. Həmin pulun 40 min manatı dövlət tərəfindən, 38 min manat isə Hökumə Əliyevanın sığortadan verilib. Qalan məbləğ isə H.Əliyevanın özünün sığorta olunduğu 57 min manat pul olub.

Cəlal Alıyevə ümumilikdə 80 min 500 manat ziyan dəyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Daha bir rayonda ehsan ləğv olundu 

Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv olunub.“Yeni Sabah”ın xəbərinə görə, bu barədə Qax rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib.  Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.Mərasimlərdə yalnız çay süfrəsi açılacaq.Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb....

24 Fevral 2026, 16:12

Məmməd Məmmədov  40-dan çox insanı işdən AZAD etdi

Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib.Citypost.az verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb.Sərəncama əsasən, icra hakimiyyətinin həmin əməkdaşları işlərini itiriblər. İşlərini itirənlər əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar.Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.Qeyd edək ki, bundan əvvəl...

24 Fevral 2026, 16:10

Yeni Agentlik yaradıldı - Ölkə başçısından SƏRƏNCAM

Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələləri tənzimlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.Müəyyən edilib ki, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi...

24 Fevral 2026, 16:09

Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır 

Cəlilabadda itkin düşmüş hesab edilən qadın axtarılır.APA-nın cənub bürosunun xəbərinə görə, Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat üzrə həmin şəxsin axtarışı elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.Mətanət Hüseynova barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur....

24 Fevral 2026, 15:59

Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb

Bakıda 13 kiloqram narkotik dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az-a  DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə — metamfetamin aşkarlanaraq götürülüb.Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.Faktlarla bağlı...

24 Fevral 2026, 15:07

Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edilib 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.Citypost.az xəbər verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.Xalq...

24 Fevral 2026, 14:53