Məmməd Məmmədov 40-dan çox insanı işdən AZAD etdi
Cəmiyyət 24 Fevral 2026, 16:10
215
Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib.
Citypost.az verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra hakimiyyətinin həmin əməkdaşları işlərini itiriblər. İşlərini itirənlər əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar.
Həmçinin oxuyun
Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.
Qeyd edək ki, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib (Oxu.az).
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan Universitetində “Süni intellekt” mövzusunda təlim təşkil olunub
Azərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün “Praktiki süni intellekt” mövzusunda təlim təşkil olunub.Universitetdən Citypost.az-a bildirilib ki, təlimin keçirilməsində məqsəd peşəkar fəaliyyətdə süni intellekt alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni intellekt alətlərinin praktiki imkanları ilə tanış etmək olub.Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.Qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni intellekt artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası təhsil resurslarının səmərəliliyini artırır.Təqdimatda süni intellekt anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara...
24 Fevral 2026, 17:32
Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir
Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a açıqlamasında bildirib.O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:"Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir".Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə...
24 Fevral 2026, 17:21
Müşfiq Abbasov məşhur professorun bacanağı İMİŞ
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun həbs olunduğu barədə məlumat vermişdik.CityPost.az xəbər verir ki,həbs olunan sabiq müstəntiq müğənni və iş xanımı kimi məşhur olan Ruhi Əliyevanın bacısının əridir.Qeyd edək ki,Ruhinin keçmiş həyat yoldaşı məşhur iş adamı,professor İlham Rəhimov olub.O,Rusiyada fəaliyyət göstərib.Qeyd edək ki,tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov ötən gün 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.Bu,M.Abbasovun ilk həbsi deyil. Bakı...
24 Fevral 2026, 17:16
Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib
Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib.Bu barədə Citypost.az-a institutdan məlumat verilib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq 34 il öncə fevralın 26-da Xocalıda erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılara qarşı kütləvi qətliam həyata keçirdiyini deyib. Xocalı soyqırımının ağır nəticələri barədə danışan akademik G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, uzun illər işğal altında qalmış Xocalının artıq azad olduğunu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının...
24 Fevral 2026, 17:15
FHN “Velotrek”də təlim keçirdi
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Velotrek” MMC-yə məxsus ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.Bu barədə Citypost.az-da FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin,...
24 Fevral 2026, 17:06
Nazir yeni şöbə müdiri təyin etdi
İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.Əmrə əsasən, bu vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.Qeyd edək ki, Z.Qədirov bu təyinatadək Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub....
24 Fevral 2026, 16:38