Balıq ovuna görə iki ayda 15 min manat cərimə tətbiq edilib
Cəmiyyət 24 Fevral 2026, 16:26
325
Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Citypost.az-abildirilib ki, Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir. 2026-cı ilin yanvar və fevral ayları ərzində Mərkəz tərəfindən 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib edilib. Bu dövrdə 15 min manat məbləğində inzibati cərimə tətbiq olunub, təbiətə 2 843,5 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
İcra olunmuş tədbirlər çərçivəsində Xəzər dənizi istiqamətində, Novxanı qəsəbəsi sahəsində 2 qanun pozuntusu faktı aşkarlanıb, inzibati qaydada protokollar tərtib edilərək 2000 manat cərimə tətbiq edilib, ovlanan siyənək balığına görə təbiətə 132 manat ziyan dəydiyi hesablanıb.
Eyni zamanda, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınmış fakt üzrə 1000 manat cərimə tətbiq edilib, qarabel və siyənək balıqlarının qanunsuz ovlanmasına görə təbiətə 154 manat ziyan dəydiyi hesablanıb.
Xaçmaz rayonunun Müqtədir qəsəbəsində 6 fevral və 11 fevral tarixlərində aşkarlanan qanunsuz ov faktları üzrə hər birinə 1000 manat olmaqla cərimələr tətbiq edilib, ovlanması qadağan olunmuş nərə cinsli 1 ədəd uzunburun və 3 ədəd bölgə və kütüm balıqlarına görə təbiətə ümumilikdə 1 424,5 manat ziyan dəyməsi müəyyən edilib.
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində qeydə alınmış iki fakt üzrə hər biri üçün 1 000 manat cərimə tətbiq edilib, ovlanmış kütüm və siyənək balıqlarına görə ümumilikdə təbiətə 99 manat ziyan dəydiyi müəyyənləşib.
Həmçinin oxuyun
Mingəçevir su anbarının sağ sahilində, Samux rayonunun inzibati ərazisində aşkarlanan fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, sıf və daban balığı ovu nəticəsində təbiətə 242 manat ziyan dəydiyi müəyyənləşib.
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində keçirilmiş reyd zamanı qadağan olunmuş ov aləti olan elektrik cərəyanı ilə üç qanunsuz balıq ovlanması faktı aşkarlanıb, inzibati qaydada 5 protokol tərtib edilərək 5000 manat cərimə tətbiq olunub. Müxtəlif balıq növlərinin qanunsuz ovlanmasına görə təbiətə 792 manat ziyan dəydiyi müəyyən edilib, qanunsuz ov alətləri maddi sübut kimi götürülüb.
Son günlər sosial şəbəkələrdə Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisində qanunsuz balıq ovu ilə bağlı paylaşılan məlumatlar yerində araşdırılıb. Aparılan yoxlamalar zamanı Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisindən keçən Baş Mil–Muğan kollektoru istiqamətində qanunsuz balıq ovu faktı aşkarlanıb, inzibati qaydada 2 protokol tərtib edilərək 2000 manat cərimə tətbiq olunub.
Bununla yanaşı, Baş Mil–Muğan kollektorundakı vəziyyət nəzarətə götürülüb, qanunvericiliyə uyğun olaraq tədbirlər davam etdirilir.
Qeyd edilən pozuntular və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciətlər olunmaqdadır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib
Azərbaycanın iqamətgahı Cakarta şəhərində olmaqla Sinqapur Respublikasındakı səfiri Ramil Rzayev etimadnaməsini Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təqdim edib.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, İstana Prezident Sarayında baş tutan mərasimdən sonra keçirilən görüşdə səfir Ramil Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Sinqapurun dövlət başçısına çatdırıb.Prezident Tarman Şanmuqaratnam öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.Görüşdə iki ölkə arasında siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, investisiya, enerji, nəqliyyat, rəqəmsal inkişaf, turizm və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.Səfir Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə ətraflı məlumat verib.Görüşün fotolarını Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya...
24 Fevral 2026, 17:48
Raket proqramına 13 yaşlı qızı rəhbərlik edəcək
Şimali Koreya lideri Kim Çen In ölkənin raket proqramına nəzarəti 13 yaşlı qızı Kim Çju E-yə həvalə edib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi generallar artıq birbaşa ona hesabat verirlər.Cənubi Koreya kəşfiyyatının məlumatına görə, tezliklə Kim Çju E-nin Şimali Koreya tarixində ilk qadın lider kimi atasının varisi elan ediləcəyi açıqlana bilər.Kim Çen In dəfələrlə qızını özü ilə nüvə və raket sınaqları ilə əlaqəli yerlərə aparırdı. Kəşfiyyat rəsmiləri hesab edirlər ki, onun istehsalat rəhbəri kimi rolu Kim Çju E-yə ölkə ordusunun strukturunu anlamağa kömək etmək məqsədi daşıyır. ...
24 Fevral 2026, 17:43
Azərbaycan Universitetində “Süni intellekt” mövzusunda təlim təşkil olunub
Azərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün “Praktiki süni intellekt” mövzusunda təlim təşkil olunub.Universitetdən Citypost.az-a bildirilib ki, təlimin keçirilməsində məqsəd peşəkar fəaliyyətdə süni intellekt alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni intellekt alətlərinin praktiki imkanları ilə tanış etmək olub.Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.Qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni intellekt artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası təhsil resurslarının səmərəliliyini artırır.Təqdimatda süni intellekt anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara...
24 Fevral 2026, 17:32
Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir
Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a açıqlamasında bildirib.O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:"Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir".Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə...
24 Fevral 2026, 17:21
Müşfiq Abbasov məşhur professorun bacanağı İMİŞ
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun həbs olunduğu barədə məlumat vermişdik.CityPost.az xəbər verir ki,həbs olunan sabiq müstəntiq müğənni və iş xanımı kimi məşhur olan Ruhi Əliyevanın bacısının əridir.Qeyd edək ki,Ruhinin keçmiş həyat yoldaşı məşhur iş adamı,professor İlham Rəhimov olub.O,Rusiyada fəaliyyət göstərib.Qeyd edək ki,tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov ötən gün 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.Bu,M.Abbasovun ilk həbsi deyil. Bakı...
24 Fevral 2026, 17:16
Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib
Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib.Bu barədə Citypost.az-a institutdan məlumat verilib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq 34 il öncə fevralın 26-da Xocalıda erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılara qarşı kütləvi qətliam həyata keçirdiyini deyib. Xocalı soyqırımının ağır nəticələri barədə danışan akademik G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, uzun illər işğal altında qalmış Xocalının artıq azad olduğunu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının...
24 Fevral 2026, 17:15