Bizə yazın

Baku

-°C

USD

-

Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır 

Cəmiyyət 24 Fevral 2026, 15:59

246

Cəlilabadda itkin düşmüş hesab edilən qadın axtarılır.

APA-nın cənub bürosunun xəbərinə görə, Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat üzrə həmin şəxsin axtarışı elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Mətanət Hüseynova barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir  

Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a açıqlamasında bildirib.O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:"Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir".Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə...

24 Fevral 2026, 17:21

Müşfiq Abbasov məşhur professorun bacanağı İMİŞ

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun həbs olunduğu barədə məlumat vermişdik.CityPost.az  xəbər verir ki,həbs olunan sabiq müstəntiq müğənni və iş xanımı kimi məşhur olan Ruhi Əliyevanın bacısının əridir.Qeyd edək ki,Ruhinin keçmiş həyat yoldaşı  məşhur iş adamı,professor İlham Rəhimov olub.O,Rusiyada fəaliyyət göstərib.Qeyd edək ki,tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov ötən gün 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.Bu,M.Abbasovun ilk həbsi deyil. Bakı...

24 Fevral 2026, 17:16

Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib 

Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib.Bu barədə Citypost.az-a institutdan məlumat verilib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq 34 il öncə fevralın 26-da Xocalıda erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılara qarşı kütləvi qətliam həyata keçirdiyini deyib. Xocalı soyqırımının ağır nəticələri barədə danışan akademik G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, uzun illər işğal altında qalmış Xocalının artıq azad olduğunu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının...

24 Fevral 2026, 17:15

FHN “Velotrek”də təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Velotrek” MMC-yə məxsus ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.Bu barədə Citypost.az-da FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin,...

24 Fevral 2026, 17:06

Nazir yeni şöbə müdiri təyin etdi 

İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.Əmrə əsasən, bu vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.Qeyd edək ki, Z.Qədirov bu təyinatadək Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub....

24 Fevral 2026, 16:38

Balıq ovuna görə iki ayda 15 min manat cərimə tətbiq edilib

Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Citypost.az-abildirilib ki, Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir. 2026-cı ilin yanvar və fevral ayları ərzində Mərkəz tərəfindən 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib edilib. Bu dövrdə 15 min manat məbləğində inzibati cərimə tətbiq olunub, təbiətə 2 843,5 manat məbləğində...

24 Fevral 2026, 16:26