Bizə yazın

Baku

-°C

USD

-

Elxan Şahinoğlu: Hindistan və Çin iqtisadi əlaqələri genişləndirir

Siyasət 12 Mart 2026, 11:50

354

Hindistan və Çin uzunmüddətli gərginlikdən sonra iqtisadi əlaqələrini bərpa etmək istiqamətində addım atıblar. Dehli Çinin Hindistan iqtisadiyyatına qoyduğu investisiya məhdudiyyətlərini yumşaldıb və bu, Baş nazir Narendra Modi-nin Pekinlə münasibətləri normallaşdırmaq məqsədilə atdığı addım kimi qiymətləndirilir.

Citypost.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bildirir ki, Hindistan və Çin 2020-ci ildə sərhəddə yaşanan gərginlikdən sonra siyasi və iqtisadi əlaqələri məhdudlaşdırmışdı. “Hindistan milli təhlükəsizlik səbəblərini əsas gətirərək TikTok da daxil olmaqla 59 Çin mənşəli texnoloji şirkətin fəaliyyətini dayandırmış, BYD-nin 1 milyard dollarlıq investisiya təklifini rədd etmişdi,” – deyə Şahinoğlu vurğulayır.

Onun sözlərinə görə, 2024-cü ildə hər iki ölkə dörd illik hərbi qarşıdurmaya son qoymaq üçün mübahisəli sərhədlərdə patrul razılığına gəlib və bu, sərhədin dağlıq hissələrində növbəti toqquşmaların qarşısını almaq üçün vacib idi. Bir il sonra isə Baş nazir Modi 7 illik fasilədən sonra Çinə səfər etmiş və nəticədə Hindistan və Çin arasında birbaşa uçuşlar beş illik fasilədən sonra bərpa olunmuşdu.

E.Şahinoğlu əlavə edir ki, Hindistanla Çinin yaxınlaşması ABŞ və İsrailin Iran-a qarşı müharibəni davam etdirməsi fonunda baş verir. “Hər iki dövlət bu müharibədən əziyyət çəkir və İranla bağlı yatırım planları var idi. Bundan əlavə, Hörmüz boğazının atəş altında saxlanması Çin və Hindistanın Körfəz ölkələrinin enerji resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Bu səbəbdən Pekin və Dehli öz aralarında iqtisadi əlaqələri genişləndirməyə qərar veriblər,” – deyə politoloq qeyd edir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulamhüseyn Kazımlı: Naxçıvanda dəyişikliklər muxtariyyətə təsir etmir

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər bir sıra sahələr üzrə həyata keçirilib və bu dəyişikliklər muxtar respublikanın idarəetmə sisteminə dair mühüm məqamları əhatə edir.Citypost.az xəbər verir ki, Sabiq deputat və siyasi şərhçi Qulamhüseyn Kazımlı bildirir ki, dəyişikliklər əsasən iki istiqamət üzrə qruplaşdırıla bilər.Birinci istiqamət Preambula və 1-ci maddəyə edilən düzəlişlərlə bağlıdır. Qulamhüseyn Kazımlı bildirib ki, 1921-ci il Moskva və Qars müqavilələrinə istinadların və muxtar respublikanın tarixən necə adlandırılması ilə bağlı müddəaların çıxarılması Naxçıvanın muxtariyyətinin ləğvi demək deyil. “1995-ci il Konstitusiyasına görə Naxçıvan MR Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusuna malikdir. Beynəlxalq müqavilələr Konstitusiyadan üstün hüquqi qüvvəyə malik deyil. Bu dəyişikliklər...

12 Mart 2026, 11:55

Kənan Rövşənoğlu: Müharibənin dayandırılması üçün uyğun səbəb axtarılır

Ekspert Kənan Rövşənoğlu hesab edir ki, Donald Trump-ın Vladimir Putin-ə zəng etməsi Iran ətrafında gərginliyin azaldılması və mümkün atəşkəs istiqamətində atılmış ilk addım kimi qiymətləndirilə bilər. Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, Trampla danışıqdan sonra Putinin İran prezidenti Masoud Pezeshkian ilə telefon danışığı aparması bu ehtimalı daha da gücləndirir.Ekspert qeyd edir ki, İran tərəfinin sülh danışıqları üçün öz şərtlərini irəli sürməsi də atəşkəs ehtimalını artıran amillərdən biridir. Rövşənoğlunun fikrincə, Trampın son açıqlamaları göstərir ki, ABŞ rəhbərliyinin İrana qarşı uzunmüddətli müharibə planı yoxdur. O bildirir ki, payızda ABŞ-da keçiriləcək seçkilər və müharibənin digər siyasi planlara təsiri Vaşinqton üçün əlavə təzyiq...

12 Mart 2026, 11:25

Politoloq: İranla bağlı qarşıdurma hələ nəticə verməyib

Politoloq Elxan Şükürlü Yaxın Şərqdə davam edən gərginlik və Iran ətrafında baş verən proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, United States və Israel ittifaqının İrana qarşı həyata keçirdiyi hərbi-siyasi təzyiqlərin əsas məqsədi bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq və region üzərində strateji nəzarəti gücləndirməkdir. Politoloq hesab edir ki, İranın geosiyasi mövqeyi, zəngin enerji ehtiyatları və Avropadan Çin sərhədinədək uzanan strateji coğrafiyası bu ölkəni qlobal güclər üçün mühüm hədəfə çevirir.E.Şükürlü qeyd edir ki, davam edən raket zərbələri nəticəsində İran şəhərlərinə və hərbi-siyasi strukturlarına ciddi zərbələr vurulsa da, bu, hələlik ölkədə idarəetmənin tam zəifləməsinə və xaosun yaranmasına gətirib...

12 Mart 2026, 11:13

Mətanət Ağamirli:Dünya güclərinin hədəfi Çinin enerji damarlarını kəsməkdir

Dünya siyasi arenasında baş verən sürətli hadisələr və bir-birini əvəzləyən gərginlik ocaqları qlobal güclərin əsl niyyətləri barədə ciddi suallar doğurur. Əməkdar jurnalist Mətanət Ağamirli mövzu ilə bağlı diqqətçəkən analitik şərhində bildirib ki, bir vaxtlar gündəmi zəbt edən Epşteyn skandalı, Venesuela əməliyyatları və Nikolas Maduro artıq unudulmağa tərk edilib, hazırda isə əsas hədəf oxu İranın molla rejiminə yönəlib. Citypost.az xəbər verir ki, jurnalistin qənaətinə görə, devrilməsi planlaşdırılan rejimlərə "diktator" damğasının vurulması sadəcə xarici müdaxilələrə bəraət qazandırmaq məqsədi daşıyır, lakin pərdəarxası həqiqətlər daha çox iqtisadi maraqlarla bağlıdır.Yazıda  vurğulanır ki, Venesuela və İranın ən böyük neft alıcısının məhz Çin olması təsadüfi fakt deyil....

11 Mart 2026, 12:15

Ekspert: ABŞ-İsrail İranda əsas hədəfinə çatmadı

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə İsrail və ABŞ-ın İranda rejimi dəyişmək planları ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, Benjamin Netanyahu çıxışında bildirib ki, İranda rejimi xalq özü devirməlidir. Ekspert hesab edir ki, bu açıqlama faktiki olaraq ABŞ və İsrailin İranda rejimi dəyişmək gücündə olmadığını göstərir. Davam edən hərbi əməliyyatların isə əsasən İranın hərbi infrastrukturunu sıradan çıxarmağa hesablandığı qeyd olunur.Siyasi ekspertin fikrincə, İranın ali dini lideri Əli Xameneinin İsrail tərəfindən öldürülməsi planı da məhz xalqın ayağa qalxması və rejimin süqutuna səbəb olmaq məqsədi daşıyırdı. Lakin ABŞ və İsrail ilkin mərhələdə əsas hədəflərinə nail...

11 Mart 2026, 09:05

Yeganə Hacıyeva: Azərbaycan-İran gərginliyi diplomatik addımlarla yumşalır

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Citypost.az-a bildirib ki, dövlətlər arasında diplomatik etimad, iqtisadi və enerji əməkdaşlığı üçün təhlükəsiz regional mühitin yaradılması vacibdir. Politoloqun  sözlərinə görə, regional təhlükəsizliyin əsas elementlərindən biri ölkələr arasında dini və siyasi hörmətin mövcudluğu və həssas məqamlarda bu iradənin nümayiş etdirilməsidir.Y.Hacıyeva qeyd edib ki, Naxçıvana edilən dron hücumu regional təhlükəsizlik mühitini gərginləşdirib, lakin Azərbaycan bu gərginliyi yumşaltmaq və dialoq imkanlarını qorumaq məqsədilə diplomatik və humanitar addımlar atır. Prezident İlham Əliyevin yeni dini lideri təbrik etməsi İranın dini və siyasi elitası ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu jest yalnız rəsmi protokol çərçivəsində deyil, həm...

10 Mart 2026, 14:40