Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Mixail Zabelini TƏLTİF etdi

Cəmiyyət 18 Mart 2026, 17:43

287

Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Mixail Zabelin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tərtərdə şəhid ailələri və qazilərə daha 25 mənzil verilib 

Tərtərdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 25 mənzil verilib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, Tərtərdə yeni inşa olunmuş yaşayış binasından mənzillərin təqdim edilməsi tədbirində iştirak edən nazirliyin Aparat rəhbərinin müavini Nihad Muxtarlı şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib....

18 Mart 2026, 17:47

Azərbaycandan çay ixracı 9 faizədək artıb 

2026-cı ilin yanvar-fevral aylarında ölkədən 133,55 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən çayın dəyəri 5,1 faiz artaraq 1 milyon 162,74 min dollar olub.Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan 1 milyon 105,9 min dollar dəyərində yəni 122,99 ton çay ixrac edilib. 

18 Mart 2026, 17:41

Bakı Türk Şəhidliyində Çanaqqala zəfərinin ildönümü qeyd edilib 

Çanaqqala zəfərinin 111-ci ildönümü və 18 Mart Çanaqqala şəhidlərini Anım Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi anım mərasimi keçirib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.Qeyd edilib ki, səfirlik əməkdaşları, Hərbi attaşelik, müşavirliklər, aidiyyəti qurumlar, QHT nümayəndələri və vətəndaşlar Bakı Türk Şəhidliyini və Şəhidlər xiyabanını ziyarət ediblər.Mərasim çərçivəsində səfir Birol Akgün abidələr önünə çələng qoyub, şəhid məzarlarını ziyarət edərək qərənfillər düzüb və Şəhidlik xatirə dəftərini imzalayıb.Çıxışlarda bildirilib ki, Çanaqqala zəfəri tarixdə mühüm yer tutur və qəhrəmanların fədakarlığı heç zaman unudulmur. Tədbir iştirakçıları Mustafa Kamal Atatürk başda olmaqla bütün şəhidlərin xatirəsini ehtiramla yad ediblər....

18 Mart 2026, 17:23

Zaur Mikayılov Abşeronda vətəndaşlarla görüşüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov martın 18-də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.Bu barədə Citypost.az-a ADSEA-dan bildirilib.Daha sonra Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.Müraciətlər əsasən içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan təlabatın ödənilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb....

18 Mart 2026, 17:12

Novruz bayramı və Şixəli Qurbanovun müəmmalı taleyi  

Şixəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail oldu. Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Birinci katibi Vəli Axundov onun təhlükəli işlər gördüyü barədə xəbərdar etmişdi. Şixəli Qurbanov isə hərəkətlərinə görə özü cavabdehlik daşıdığını bildirib. Təntənəli şəkildə keçirilən bayramdan sonra Ş.Qurbanov aidiyyatı quruma izahat verməyə çağırılıb. O, Novruz bayramının tarixi və heç bir dinlə bağlı olmadığına dair sübutlar gətirərək 22 səhifəlik izahat yazıb. 1967-ci ildə may ayının 24-də Ş.Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim “müalicə” məqsədilə onun damağına iynə vurmuş və Ş.Qurbanov anidən  ölmüşdür. Deyilənə...

18 Mart 2026, 16:59

Bayram günlərində internet xidmətləri gücləndiriləcək 

Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operator və provayderlərinə Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində xidmət keyfiyyətinin qorunması və davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr ünvanlanıb.Bu barədə Citypost.az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.Qeyd edilib ki, bayram günlərində abunəçilərə fasiləsiz xidmət göstərilməsi, eləcə də yarana biləcək texniki nasazlıqlara operativ müdaxilə edilməsi məqsədilə növbətçi heyətlərin təşkili təmin olunmalıdır.Eyni zamanda operator və provayderlərə şəbəkələrdə planlı dəyişiklik, modernizasiya və quraşdırma işlərinin (qəza halları istisna olmaqla) bayram günlərinə qədər yekunlaşdırılması tövsiyə edilib. Bayram günlərində yarana biləcək nasazlıqların qısa müddətdə aradan qaldırılması üçün isə zəruri texniki və təşkilati hazırlığın təmin olunmasının vacibliyi vurğulanıb.Agentlik, həmçinin xidmətin...

18 Mart 2026, 16:50