Bizə yazın

Baku

-°C

USD

-

Uşaqlarda eşitmə azlığı ciddi risk yaradır – Mütəxəssis xəbərdarlığı  

Tibb 18 Mart 2026, 17:36

325

Uşaqlarda eşitmə problemləri erkən yaşlarda aşkar edilmədikdə onların ümumi inkişafına ciddi mənfi təsir göstərə bilər. Qulaq-burun-boğaz mütəxəssisləri bildirirlər ki, xüsusilə 3–15 yaş aralığında olan uşaqlarda Eşitmə azlığı halları daha tez-tez müşahidə olunur.

Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olunmadıqda bu problem yalnız eşitmə ilə məhdudlaşmır. Uşaqlarda beyin inkişafı, üz quruluşunun formalaşması və ümumi nitq bacarıqları da bundan təsirlənə bilər.

Mütəxəssislər qeyd edir ki, uşaqlarda eşitmə azlığının əsas səbəblərindən biri Orta qulaqda maye yığılmasıdir. Müayinə zamanı endoskopik üsullarla təbil pərdəsində dəyişikliklər və deformasiya müşahidə edilə bilər. Eyni zamanda, bir çox hallarda Adenoid (burun-udlaq badamcığının böyüməsi) da bu problemin yaranmasına səbəb olur.

Həkimlər vurğulayır ki, eşitmə azlığı vaxtında müalicə olunmadıqda uşaqlarda davranış dəyişiklikləri yarana bilər. Bu isə onların həm təhsil prosesinə, həm də sosial bacarıqlarının inkişafına mənfi təsir göstərir.

Mütəxəssislərin fikrincə, erkən diaqnoz və düzgün müalicə ilə uşaqlarda eşitmə funksiyasını tam bərpa etmək mümkündür. Bu səbəbdən valideynlərə tövsiyə olunur ki, uşaqlarda eşitmə ilə bağlı hər hansı problem müşahidə etdikdə gecikmədən həkimə müraciət etsinlər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yabanı qaragilə xroniki xəstəliklərin riskini azalda bilər  

Mütəxəssislər bildirirlər ki, yabanı qaragilənin müntəzəm qəbulu ürək-damar və bağırsaq sağlamlığını dəstəkləyə, eyni zamanda xroniki xəstəliklər üçün risk faktorlarını azaltmağa kömək edə bilər.Citypost.az xəbər verir ki, araşdırmalara əsasən, yabanı qaragilə yüksək miqdarda polifenollarla zəngindir. Bu bioloji aktiv maddələr damar sisteminə müsbət təsir göstərir. Mütəxəssislərin sözlərinə görə, yabanı qaragilə becərilən növlərlə müqayisədə təxminən iki dəfə çox antioksidant, 72 faiz daha çox qida lifi və 33 faiz daha çox antosiyanin ehtiva edir. Bu maddələr isə kardiometabolik sağlamlığın yaxşılaşması ilə əlaqələndirilir.Gündəlik optimal qəbul miqdarı yarım stəkan ilə bir stəkan arasında dəyişir. Yabanı qaragilə iltihabı azaltmağa və qan damarlarının funksiyasını yaxşılaşdırmağa kömək edə bilər....

18 Mart 2026, 09:15

Xroniki xəstəliyi olanlara bahar xəbərdarlığı

Mütəxəssislər bildirirlər ki, baharın gəlişi və havaların tez-tez dəyişməsi xroniki xəstəlikləri olan şəxslərin vəziyyətinə təsir göstərə bilər. Citypost.az-ın məlumatına görə, temperatur fərqləri, rütubətin artması və atmosfer təzyiqinin dəyişməsi bəzi insanlarda narahatlıq, halsızlıq və simptomların güclənməsi ilə müşahidə oluna bilər.Həkimlərin sözlərinə görə, xüsusilə ürək-damar, tənəffüs yolları, revmatoloji və allergik xəstəliklərdən əziyyət çəkən şəxslər mövsüm keçidlərində daha diqqətli olmalıdırlar. Havanın dəyişməsi qan təzyiqində tərəddüdlərə, oynaq ağrılarına, allergik reaksiyaların artmasına və ümumi zəiflik hissinə səbəb ola bilər.Mütəxəssislər tövsiyə edirlər ki, xroniki xəstəliyi olan şəxslər bu dövrdə mütəmadi olaraq həkim nəzarətində olsun, təyin olunmuş dərmanları vaxtında qəbul etsin və qəfil hava dəyişikliklərində özlərini qorumağa...

17 Mart 2026, 17:23

Ümumi vərdiş gələcək nəsildə diabet riskini artıra bilər  

Yeni elmi araşdırma göstərir ki, gələcək atanın orqanizmində nikotinə məruz qalma övladların maddələr mübadiləsinə təsir edə və onlarda Diabetes Mellitus (şəkərli diabet) riskini artıra bilər.Citypost.az xəbər verir ki, tədqiqat zamanı erkək laboratoriya siçanlarına içməli su vasitəsilə nikotin verilib. Daha sonra onların nəslinin sağlamlıq göstəriciləri izlənilib. Təhlillər nəticəsində balalarda qlükoza mübadiləsində və qaraciyər funksiyasında dəyişikliklər müşahidə olunub. Bu amillər metabolik pozuntuların inkişafı ilə əlaqələndirilir.Dişi balalarda acqarına insulin və qlükoza səviyyəsinin aşağı düşdüyü qeydə alınıb. Erkək balalarda isə nəzarət qrupu ilə müqayisədə qan şəkəri və qaraciyər funksiyasında dəyişikliklər müəyyən edilib. Mütəxəssislərin fikrincə, bu cür dəyişikliklər metabolik xəstəliklərin, o cümlədən şəkərli diabetin yaranma...

17 Mart 2026, 10:33

Smartfon istifadəsi və qidalanma pozuntuları

Aparılan yeni elmi müşahidələr göstərir ki, smartfonlardan həddindən artıq istifadə insanlarda bədən qavrayışının pozulmasına və qeyri-sağlam qidalanma vərdişlərinin formalaşmasına təsir edə bilər. Citypost.az xəbər verir ki, araşdırmalar zamanı müəyyən olunub ki, gün ərzində uzun müddət telefon istifadə edən şəxslərdə bədənindən narazılıq hissi daha güclü olur və onlar emosional həddindən artıq yemə, yaxud qida qəbuluna nəzarəti itirmə kimi davranışlar nümayiş etdirirlər.Tədqiqat çərçivəsində geniş iştirakçı qrupu üzrə gündəlik smartfon istifadəsi ilə psixoloji və davranış göstəriciləri müqayisə edilib. Nəticələr göstərib ki, telefonda keçirilən vaxt artdıqca qida asılılığına bənzər əlamətlərin və digər qidalanma pozuntularının yaranma ehtimalı da yüksəlir. Xüsusilə gündə yeddi saatdan çox telefon...

17 Mart 2026, 10:25

Böyrək kistaları təzyiqə təsir edə bilərmi?  

Mütəxəssislərin sözlərinə görə, böyrəkdə aşkarlanan kiçik ölçülü kistalar adətən arterial təzyiqin yüksəlməsinə səbəb olmur. Citypost.az-ın məlumatına görə, bu tip kistalar çox vaxt ultrasəs müayinəsi zamanı təsadüfən müəyyən edilir və belə hallarda pasiyentlərə dinamik müşahidə tövsiyə olunur.Həkimlər bildirirlər ki, iri ölçülü kistalar isə bəzi hallarda böyrək toxumasını sıxaraq qan dövranının azalmasına səbəb ola bilər. Nəticədə orqanizm bunu “qan çatışmazlığı” kimi qəbul edir və renin-angiotenzin sistemi aktivləşir. Bu proses isə arterial təzyiqin yüksəlməsinə gətirib çıxara bilər.Mütəxəssislər həmçinin qeyd edirlər ki, autosom-dominant yolla keçən irsi böyrək polikistoz xəstəliyində böyrəklərdə çoxsaylı xırda kistalar yaranır. Bu zaman böyrək toxumasına qan axınının azalması renin sisteminin aktivləşməsinə...

16 Mart 2026, 16:18

Həkim-nevroloq:İnsan davranışlarının əsas mərkəzi beyindir

Həkim-nevroloq Qalib Əsədov bildirib ki, insanın bütün düşüncə və davranışları beyində gedən proseslərin nəticəsidir. Onun sözlərinə görə, digər orqanlar beynin normal fəaliyyəti üçün xidmət göstərir və orqanizm bu baxımdan vahid sistem kimi işləyir.Citypost.az xəbər verir ki, Mütəxəssis qeyd edib ki, beyin bədən kütləsinin təxminən 2 faizini təşkil etsə də, ən çox enerji sərf edən orqandır. Ürək tərəfindən vurulan qanın böyük hissəsi beyinə yönəlir, ağciyərlər qanın oksigenlə zənginləşməsini təmin edir, qaraciyər və böyrəklər isə qanın təmizlənməsində mühüm rol oynayır. Həzm sistemi isə qida maddələrini soraraq beynin enerji ehtiyacını qarşılayır.Qalib Əsədov vurğulayıb ki, insanın emosional vəziyyəti — xoşbəxtlik, kədər, darıxma və digər...

16 Mart 2026, 09:20