İlham Əliyev “Şirvan Aqro”nun açılışında iştirak etdi
Cəmiyyət 23 Mart 2026, 11:55
198
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Citypost.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına kompleks barədə məlumat verdi.
Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.
Kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.
Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.
Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.
Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.
Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.
Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.
Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün “AfiCollar” elektron boyunbağlarından istifadə olunur.
Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.
Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.
Həmçinin oxuyun
x x x
Sonra dövlətimizin başçısı müəssisənin əməkdaşları ilə görüşdü.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Təbrik edirəm. Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik.
Əlbəttə ki, burada iş şəraiti də çox gözəldir. Xüsusi deyə bilərəm ki, bu kompleks kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən müasir təsərrüfatlardan biridir. Burada tətbiq edilən texnologiyalar qabaqcıl şirkətlərin texnologiyalarıdır. Dünyanın ən yüksəksəviyyəli iş yanaşması burada tətbiq olunur. Bir daha qeyd etmək istəyirəm ki, Şamaxı rayonunda məşğulluğun artırılması üçün də bu müəssisənin çox böyük əhəmiyyəti olacaq.
Siz də yaxşı bilirsiniz ki, bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun.
Bu bayram günlərində belə müəssisənin açılışı əlbəttə ki, böyük rəmzi məna daşıyır. Bu günlərdə biz həm Ramazan, həm Novruz bayramlarını qeyd etmişik və bütün ölkə üzrə çox gözəl ab-hava, çox gözəl ovqat var. Bunun da əsas səbəbi ölkəmizin inkişafı, bizim qalib xalq kimi yaşamağımız və gələcəyə böyük nikbinliklə baxmağımızdır.
Sizi bir daha ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.
Müəssisənin əməkdaşları: Çox sağ olun.
x x x
Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi ilk növbədə kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 882,9 ton kərə yağı istehsal edilib.“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalıb.Mart ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 67,3 ton təşkil edib.Hesabat dövründə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 42,8 faiz azalaraq 5 816,4 ton, duru bitki yağının istehsalı isə 30,2% artaraq 9 391,4 ton təşkil edib.Bundan başqa, ötən iki ayda Azərbaycanda 589,1 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə və tərəvəz şirələri, 23 min 410,8 ton meyvə-tərəvəz konservləri, 8 436,9 ton pendir və kəsmik istehsal olunub...
23 Mart 2026, 12:57
Sabah Azərbaycanda hava necə olacaq?
Martın 24-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim...
23 Mart 2026, 12:32
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.Citypost.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə...
23 Mart 2026, 12:02
Səhər idmanı diabet riskini azalda bilər
Səhər saatlarında müntəzəm fiziki aktivlik ürək-damar və maddələr mübadiləsi ilə bağlı xəstəliklərin riskinin azalması ilə əlaqəli ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, günün erkən saatlarında edilən məşqlər sonrakı saatlarda həyata keçirilən fiziki fəaliyyətlə müqayisədə daha müsbət nəticələr verə bilər.Geniş məlumat bazası əsasında aparılan təhlillər fiziki aktivliyin vaxtı ilə sağlamlıq göstəriciləri arasında diqqətçəkən əlaqə ortaya qoyub. Araşdırmalarda ürək ritminin ən azı 15 dəqiqə ardıcıl yüksəldiyi orta intensivlikli məşqlər əsas götürülüb və bu göstəricilər müxtəlif xəstəlik riskləri ilə müqayisə edilib.Mütəxəssislərin qənaətinə görə, daha çox səhər saatlarında idman edən şəxslərdə koronar ürək xəstəliyi, yüksək qan təzyiqi, lipid səviyyəsinin yüksəlməsi, 2-ci tip diabet...
23 Mart 2026, 11:19
Çingiz Abdullayev Gürcüstan xalqına başsağlığı verib
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdullayev II İliyanın vəfatı ilə bağlı Gürcüstan xalqına başsağlığı verib.Citypost.az xəbər verir ki, yazıçı sosial şəbəkə paylaşımında Gürcüstan patriarxı II İliyanın vəfatından kədərləndiyini bildirib. Çingiz Abdullayev qeyd edib ki, dini liderlə iki dəfə görüşüb və onu olduqca unikal, nurlu və müdrik insan kimi tanıyıb.Yazıçı vurğulayıb ki, II İliya öz ölkəsində böyük nüfuza və sarsılmaz ictimai etimada malik şəxsiyyət idi.Çingiz Abdullayev paylaşımını “İşıqlı xatirəsi daim yaşayacaq” fikri ilə tamamlayıb.Məlumat üçün bildirək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib.Patriarx mədə qanaxması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.II İliya...
23 Mart 2026, 11:14
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.Citypost.az xəbər verir ki, dövlət başçısı Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
23 Mart 2026, 10:58