30 illik pensiya üçün yenidən həkim müayinəsi tələb olunur?
Hüquq 23 Mart 2026, 12:05
217
Son dövrlərdə bir sıra vətəndaşlar 30 il və daha uzun müddət pensiya aldıqları halda, indi yenidən həkim müayinəsindən keçməyə məcbur edilir. Vətəndaşların iddiasına görə, onlar pensiyanı ömürlük alıblar və əlavə müayinə tələb olunması məntiqli görünmür.
Citypost.az xəbər verir ki, hüquqi baxımdan, ömürlük təyin edilmiş pensiyalar üçün müvafiq sənədlər və qərarlar mövcuddur. Əgər pensiya artıq ömürlük olaraq verilibsə, əlavə yoxlama yalnız xüsusi səbəblər olduqda tələb oluna bilər. Hər hansı sənəd və ya prosedur səhvi aşkar edildikdə, vətəndaş təkrar olaraq müvafiq inzibati orqana müraciət edə və pensiyanın bərpasını tələb edə bilər.
Ekspertlər bildirirlər ki, inzibati orqanlar tərəfindən pensiyanın bərpası təmin olunmazsa, vətəndaş məhkəmə qaydasında hüququnu qorumaq imkanına malikdir. Bu halda məhkəmə qərarı ilə pensiyanın ödənilməsi və ya davam etdirilməsi təmin edilir.
Beləliklə, pensiya sahibləri sənədlərini toplamalı, prosedur və sənəd boşluqlarını diqqətlə yoxlamalı və zərurət olduqda hüquqi yollarla müdafiə etməlidirlər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vergi tələblərində vətəndaşların hüquqları
Son dövrlərdə bəzi vətəndaşlar torpaq və əmlak vergilərinin hesablanması ilə bağlı çaşqınlıq yaşayır. Bu məsələ xüsusilə çoxmərtəbəli binalarda yaşayan vətəndaşların diqqətini çəkir.Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, ilk növbədə vətəndaşlar yerli vergi orqanına müraciət etməli və soruşmalıdırlar ki, onlardan vergi hansı əsasla tələb edilir. Məsələn, bir sahədə 16 mərtəbəli bina tikilib, hər mərtəbədə bir neçə ailə yaşayırsa, bəzi hallarda hər ailədən torpaq vergisi tələb olunması vətəndaşlar üçün anlaşılmaz görünə bilər.Ekspertlər bildirir ki, vergi qanunvericiliyi tələblərin əsaslarını göstərməli və hər vətəndaşın hüququ qorunmalıdır.Vətəndaşlar sorğu verərək ödənişin hüquqi əsasını öyrənə, əgər tələb qanunsuz və ya səhv hesab edilirsə, bunu hüquqi yollarla...
23 Mart 2026, 12:18
Keçmiş ailə üzvünü yaşayış yerindən çıxarmaq qaydaları
Hüquqşünaslar bildirirlər ki, keçmiş ailə üzvünü, yəni boşanma və ya nikahın ləğvindən sonra, yaşayış yeriniz üzrə qeydiyyatdan çıxarmaq proseduru nikahın qeydiyyata alınma tarixindən asılıdır.Citypost.az-ın məlumatına görə, əgər nikah 2009-cu il oktyabrın 1-dən əvvəl qeydiyyata alınmışdırsa, münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin ikinci bəndi ilə tənzimlənir. Bu halda, tərəflər arasında yaşayış sahəsinin istifadə hüququna dair razılaşma yoxdursa, mülkiyyətçi məhkəməyə müraciət edərək müvafiq kompensasiya tələb etməklə hüququ bitirə bilər.Əgər nikah 2009-cu il oktyabrın 1-dən sonra qeydiyyata alınmışdırsa, münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə tənzimlənir. Bu halda, yaşayış sahəsi mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında razılaşma olmadıqda, nikahın pozulması və...
20 Mart 2026, 11:46
Övladlığa vermə: rəsmi və qeyri-rəsmi vəziyyətlər
Övladlığa vermə prosesi rəsmi və qeyri-rəsmi şəkildə fərqlənir və uşağın hüquqları buna görə dəyişir. Əgər övladlığa vermə qeyri-rəsmi şəkildə həyata keçirilibsə, valideyn uşağı istənilən vaxt geri tələb edə bilər. Belə halda qarşı tərəf uşağı vermirsə, məhkəməyə müraciət etmək mümkündür və bu hallar qanunsuz tutulma və ya “adam oğurluğu” kimi qiymətləndirilə bilər.Citypost.az xəbər verir ki, əgər övladlığa vermə rəsmi prosedurla və məhkəmə qərarı ilə həyata keçirilibsə, əvvəlki valideyn uşağı artıq geri tələb edə bilməz. Bu qərar hüquqi baxımdan yekun sayılır və uşağın yeni valideynlərə uyğunlaşması, psixoloji vəziyyəti nəzərə alınır. Məhkəmə yalnız uşağın xeyrinə ciddi risklər, məsələn, zorakılıq və ya psixoloji zərər...
19 Mart 2026, 11:43
Sovet dövrü stajı və indiki pensiya hesablamaları
Mütəxəssislər bildirirlər ki, Sovet dövründə işləyib müəyyən kapital yığmış şəxslərin indiki pensiya hesablamalarında problemlər yarana bilər. Belə ki, əvvəlki maaşlar və ödədiyi sosial sığorta ödənişləri elektron sistemdə tam görünmür. Nəticədə həmin dövrdə toplanmış kapitalın bugünkü limit və pensiya hesablamalarına daxil edilməsi mümkün olmur.Citypost.az xəbər verir ki, skspertlər qeyd edirlər ki, pensiya hesablaması əsasən qanunvericilik dəyişikliklərindən sonra yaranan dövrlər üçün həyata keçirilir. Yəni, Sovet dövründəki əmək haqqı və staj avtomatik indeksləşdirilə və bugünkü məbləğə çevrilə bilmir. Bu səbəbdən kifayət qədər əmək stajı olan bəzi şəxslər indiki vaxtda gözlədikləri pensiyanı ala bilmirlər.Məhkəmə müraciəti mümkündür, lakin ekspertlərin təcrübəsinə görə perspektivi aşağıdır. Əvvəlki dövrlərə...
19 Mart 2026, 11:06
99 illik etibarnamə ilə alınan ev boşanma zamanı necə bölünür?
99 illik etibarnamə ilə alınan ev boşanma zamanı necə bölünür?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, nikah dövründə 99 illik istifadə hüququ ilə alınan torpaq və onun üzərində tikilən evlə bağlı hüquqi vəziyyət torpağın statusundan asılıdır. Belə hallarda çox vaxt söhbət bələdiyyə torpaqlarından gedir.Ekspertlər bildirirlər ki, bələdiyyə torpaqları üzərində 99 illik istifadə hüququ verildikdə torpaq tam mülkiyyət sayılmır. Yəni torpaq bələdiyyəyə məxsus qalır, vətəndaş isə həmin torpaqdan müəyyən müddət ərzində istifadə etmək hüququ əldə edir. Bu müddətdə torpaq üzərində tikilən tikili və istifadə hüququ vətəndaşa məxsus olur.Boşanma zamanı belə əmlakın bölünməsi məsələsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, tərəflər arasında...
16 Mart 2026, 17:30
Soyadı dəyişən şəxsin diplomu yeni soyadla verilə bilərmi? – Hüquqi izah
Soyadın dəyişdirilməsi hallarında təhsil sənədlərinin yenilənməsi məsələsi qanunvericiliklə tənzimlənir və bu, mümkündür, lakin prosedur qaydalarına uyğun şəkildə həyata keçirilir.Citypost.az-ın məlumatına görə, hüquqşünasların izahına görə, diplomun özü dəyişdirilmir və yenidən “yeni diplom” verilmir. Əksər hallarda ali təhsil müəssisələri diplomu ləğv etmir, lakin soyad dəyişikliyi ilə bağlı arxiv qeydi aparılır və şəxsin müraciəti əsasında sənədlərə müvafiq düzəliş edilir. Bu zaman adətən təhsil müəssisəsinə rəsmi ərizə təqdim olunur və soyadın dəyişməsini təsdiq edən hüquqi sənəd (məsələn, nikah haqqında şəhadətnamə və ya soyadın dəyişdirilməsi barədə rəsmi qərar) əlavə edilir.Praktikada iki əsas yanaşma mövcuddur:Arxivdə düzəliş və məlumatın yenilənməsi – Diplomun üzərində dəyişiklik edilmir, lakin universitetin...
16 Mart 2026, 12:23