E.Əmirov: İsraildə siyasi qərarlar iqtisadi risklər fonunda formalaşır
İqtisadiyyat 01 Aprel 2026, 08:33
255
Yaxın Şərqdə baş verən proseslər fonunda İsraildə siyasi və iqtisadi müstəvidə diqqət çəkən dəyişikliklər müşahidə olunur.
Citypost.az xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bir ay əvvəl Benjamin Netanyahu ilə bağlı müzakirələr daha çox siyasi və hərbi aspektdə aparılırdısa, hazırda bu müzakirələrin ağırlıq mərkəzi tədricən iqtisadi sahəyə keçir.
Onun sözlərinə görə, münaqişələrin uzanması iqtisadi riskləri ön plana çıxarır və qəbul edilən qərarlar birbaşa büdcəyə, investisiya mühitinə və bazar gözləntilərinə təsir göstərir. Bu isə siyasi proseslərin artıq iqtisadi risk kimi qiymətləndirilməsinə səbəb olur.
Ekspert qeyd edib ki, ölkə daxilində siyasi dinamika da dəyişir. Netanyahu əvvəlki qədər yüksək ictimai dəstəyə malik olmasa da, sistem daxilində əsas qərarverici fiqur olaraq qalır. Müxalifətin parçalanmış vəziyyətdə olması isə alternativ siyasi mərkəzin formalaşmasına mane olur və mövcud idarəetmə modelinin davam etməsinə şərait yaradır.
E. Əmirov vurğulayıb ki, İsrail iqtisadiyyatı struktur baxımından güclü olsa da, artan təhlükəsizlik xərcləri və genişlənən büdcə yükü fiskal balans üzərində təzyiq yaradır. Qısa müddətdə bu proseslər idarə olunsa da, orta müddətli perspektivdə vəziyyətin necə inkişaf edəcəyi əsas suallardan biri olaraq qalır.
O əlavə edib ki, Netanyahu paradiqmasının əsas xüsusiyyəti qərarların iki paralel məntiqlə – təhlükəsizlik prioriteti və iqtisadi davamlılıq prinsipləri əsasında verilməsidir. Lakin bu balans hər zaman ideal qorunmur və bəzi hallarda siyasi qərarlar iqtisadi baxımdan daha optimal variantları üstələyir.
Həmçinin oxuyun
Açıqlamada həmçinin bildirilib ki, koalisiya modelinin qorunması üçün büdcə alətlərindən aktiv istifadə olunur ki, bu da xərclərin strukturuna təsir edir və iqtisadi qərarların siyasi razılaşmaların nəticəsinə çevrilməsinə səbəb olur.
Ekspertin fikrincə, investor davranışı da mövcud vəziyyətlə bağlı mühüm siqnallar verir: risklər artsa da, bazardan tam çıxış müşahidə olunmur, lakin kapital daha ehtiyatlı davranır və gözləmə mövqeyi güclənir. Bu isə iqtisadi aktivliyin tempinə təsir edir.
Sonda qeyd olunub ki, İsrail iqtisadiyyatı ilə siyasi qərarvermə arasındakı məsafə azalır və bu modelin davamlılığı balansın necə qorunacağından asılı olacaq.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 1% artaraq 4 603 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,74% bahalaşaraq 72,5 ABŞ dolları təşkil edib.
31 Mart 2026, 10:02
Qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb."APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 1,41% artaraq 4 471.20 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,57% bahalaşaraq 69.68 ABŞ dolları olub.
27 Mart 2026, 09:25
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb."APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,3 ABŞ dolları və ya 1,98% azalaraq 113,7 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
26 Mart 2026, 10:02
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
2025-ci ildə Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 46 milyon 375 min ABŞ dolları təşkil edib."Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20 % azdır.Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 11 %-dən 9,2 %-ə düşüb.İl ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 479 milyon 263 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 3,5 % azdır.Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 45,9 %-dən 40,7 %-ə düşüb.Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard...
23 Mart 2026, 12:48
Neftimiz bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Oxu24.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,63 ABŞ dolları və ya 8,9% artaraq 117,79 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 108,16 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
19 Mart 2026, 09:57
Qızıl 5 000 dollardan yuxarı səviyyədə ticarət olunur
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,76% artaraq 5 040,46 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,78% aartaraq 82,12 ABŞ dolları olub.
17 Mart 2026, 09:37