Zaur Əliyev:Azərbaycanlıların texnoloji bacarıqları və “Starlink işi”...
Cəmiyyət 01 Aprel 2026, 08:55
211
Xaricdə azərbaycanlılarla bağlı müxtəlif illərdə qeydə alınmış hadisələr və son dövrdə gündəmə gələn “Starlink işi” ilə bağlı iddialar müzakirə mövzusu olub.
Citypost.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev bildirib ki, təxminən 15–20 il əvvəl Kanada hökuməti əslən Ağdamdan olan bir azərbaycanlını axtarışa vermişdi. Onun sözlərinə görə, məqsəd həmin şəxsin Toronto şəhərindən oğurladığı bahalı avtomobilin Dubaya aparılma marşrutunu araşdırmaq idi.
O, həmçinin qeyd edib ki, sonrakı illərdə Almaniyada bir azərbaycanlı saxta bilet satış saytı yaratdığına görə həbs edilib və təxminən bir milyon avro qazanc əldə etdiyi iddia olunub.
Açıqlamada daha əvvəl də bir azərbaycanlı hakerin bank sistemlərinə müdaxilə etdiyi və hər əməliyyatdan kiçik məbləğdə gəlir əldə etdiyi, sonradan isə saxlanıldığı iddiası yer alır.
Həmçinin oxuyun
Zaur Əliyev son olaraq Latviyada gündəmə gələn “Starlink işi” üzrə məhkum olunmuş azərbaycanlı tələbə Əli Xəlilovlə bağlı iddialara da toxunub. Bildirilib ki, həmin şəxsin hərbi təyinatlı müxtəlif avadanlıqları əldə edərək şəbəkə vasitəsilə Rusiyaya satdığı iddia olunur.
O vurğulayıb ki, belə faktlar müxtəlif dövrlərdə təkrarlanır və xaricdə yaşayan azərbaycanlıların texnoloji və fərdi bacarıqları diqqət çəkir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Bildirilib ki, bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.Yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
01 Aprel 2026, 11:43
Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edəcək
Aprelin 15-də, saat 10:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvarda bu şəhərdən, eləcə də Şirvan şəhəri, Hacıqabul, Cəlilabad, Salyan, və Neftçala rayonlarından olan sakinləri qəbul edəcək.Citypost.az-a bu barədə Komitəyə istinadən xəbər verir.Məlumata görə, vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin http://arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
01 Aprel 2026, 11:36
Aprel ayına olan hava proqnozu açıqlanıb
Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-33 mm).Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə...
01 Aprel 2026, 11:19
Bayram günlərində təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub
Novruz və Ramazan bayramları (20-30 mart) ərəfəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.TƏBİB-dən Citypost.az verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub.Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. 59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.Bakı şəhəri üzrə ən çox müraciət martın 21-də qeydə alınıb. Belə ki, həmin gün müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı...
01 Aprel 2026, 11:05
Kəramət atasından YAZDI: Hər yerdən özün yıxıldın
Yazıçı Kəramət Böyükçöl atası Qəşəm Nəcəfzadənin doğum günü münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə atası, əməkdar mədəniyyət işçisi, şair və yazıçı Qəşəm Nəcəfzadə ilə bağlı səmimi təbrik yazısı paylaşıb. O, “Hər yerdən özün yıxıldın, mən yıxılmağa yer qoymadın qala. Doğum günün mübarək olsun, gözəl atam” sözlərini qeyd edib.Məlumat üçün bildirək ki, bu gün Qəşəm Nəcəfzadə 69 yaşını qeyd edir. O, 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.Q.Nəcəfzadə 1981-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Uzun illər İmişli rayonunda müxtəlif orta məktəblərdə müəllim və rəhbər vəzifələrdə çalışıb.1999-cu ildə Bakı...
01 Aprel 2026, 10:55
Mahir Məmmədli:Bakının su altında qalmasının səbəbini bunda axtarmaq laxımdır.
Əməkdar jurnalist Mahir Məmmədli Bakının su altında qalması ilə bağlı səbəblərindən yazıbCitypost.az xəbər verir ki, Mahir Məmmədlinin yazdığına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, “Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır”.Onun sözlərinə görə, “əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır”.Zaur Mikayılov əlavə edib ki, “əksər yağış suyu kollektorlarının kanalizasiya...
01 Aprel 2026, 10:13