Bizə yazın

Baku

-°C

USD

-

M.Əsədullazadə: Hizbullah zəifləyir, İranın dəstəyi kəsilir

Siyasət 01 Aprel 2026, 09:10

239

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, İsrailin Hizbullaha qarşı Livan ərazisində apardığı hərbi əməliyyatlar müəyyən müsbət nəticələr verməkdədir.

Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, İranın zəifləməsi və zərbələr alması Hizbullaha göstərilən maliyyə və logistik dəstəyin azalmasına səbəb olur. Ekspert qeyd edib ki, artıq Suriya üzərindən təşkilatla quru əlaqələrinin kəsilməsi Hizbullahın imkanlarını xeyli məhdudlaşdırıb.

M. Əsədullazadə vurğulayıb ki, Livan hökuməti də Hizbullahın ləğvində maraqlı tərəf kimi çıxış edir. Bununla belə, təşkilat hərbi baxımdan zəifləsə də, ölkə daxilində siyasi mövqeyini müəyyən səviyyədə qoruyub saxlaya bilər.

Ekspert əlavə edib ki, İsrailin Litani çayının şimalına qədər bufer zona yaratmaq planı Hizbullaha ciddi zərbə hesab olunur. Onun fikrincə, təşkilat hazırda arsenalındakı raket və digər silahlardan aktiv istifadə edir.

Açıqlamada həmçinin qeyd olunub ki, yaxın aylarda Hizbullah probleminin həlli istiqamətində ciddi nəticələr əldə oluna bilər. Eyni zamanda, İranın SEPAH Qüds qüvvələrinin Yaxın Şərqdəki fəaliyyətinin də zəiflədiyi və Hizbullahla quru əlaqələrinin tam dayandığı iddia olunur.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tarixçi alimdən xarici siyasətlə bağlı çağırış: “Yalnız Türkiyə ilə uzlaşma olmalıdır”

Tarixçi alim Nazir Əhmədli xarici siyasətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, alim  bildirib ki, Azərbaycanın xarici siyasəti ABŞ və İsraillə deyil, yalnız Türkiyə ilə uzlaşdırılmalıdır.Nazir Əhmədli qeyd edib ki, xarici siyasətimizdə əsas xətt qardaş Türkiyə ilə yaxın əməkdaşlıq olmalıdır. Onun sözlərinə görə, "onun dostu dostumuz, düşməni düşmənimizdir’ prinsipi əsas götürülməlidir”, – deyə açıqlamada vurğulanıb.Əli

01 Aprel 2026, 11:30

Qulu Məhərrəmli:Trampın müharibə siyasətinə etirazlar qlobal gərginliyi artırır

ABŞ və Avropada Trampın müharibə siyasətinə qarşı etirazlar genişlənirCitypost.az xəbər verir ki, professor Qulu Məhərrəmli ABŞ-da və Avropada Donald Trampın müharibə siyasətinə qarşı keçirilən kütləvi etirazları şərh edib.Onun fikrincə, belə etirazlar demokratik cəmiyyətlər üçün müsbət hal kimi qiymətləndirilsə də, prosesin ikinci və daha təhlükəli tərəfi də var. Məhərrəmli bildirir ki, bu etirazlardan sonra Donald Trump-ın öz ölkəsindəki əleyhdarlarını susdurmaq və “qalibiyyətli son”a qədər getmək kimi sərt addımlar atmaq ehtimalı artır.Professorun sözlərinə görə, bu cür gərginliklər həm ABŞ daxilində siyasi vəziyyəti daha da kəskinləşdirə, həm də qlobal miqyasda riskləri artıraraq İran və ümumilikdə regiondakı vəziyyətə mənfi təsir göstərə bilər. O, bunun...

01 Aprel 2026, 11:10

Turab Rzayev: ABŞ–İran gərginliyi hərbi eskalasiya mərhələsinə yaxınlaşır

Politoloq Turab Rzayev  ABŞ–İran gərginliyi və Yaxın Şərqdə hərbi eskalasiya ehtimalları ilə bağlı yeni iddialar səsləndiribCitypost.az xəbər verir ki, politoloqun yazdığı açıqlamada bildirib ki, Donald Trump administrasiyası İranla bağlı mövqedə hərbi seçimlərə daha çox yaxınlaşır və mövcud böhrandan çıxış imkanlarının məhdudlaşdığı iddia olunur.Onun sözlərinə görə, İranın ABŞ üçün irəli sürdüyü şərtləri qəbul etməməsi gərginliyi artırır və prosesin diplomatik müstəvidən çıxma ehtimalı güclənir.Açıqlamada qeyd olunur ki, bölgəyə əlavə hərbi qüvvələrin cəlb edildiyi, o cümlədən on minlərlə əsgərin yerləşdirilməsi ilə bağlı iddialar var. Eyni zamanda, USS Gerald R. Ford və USS George H.W. Bush kimi hərbi gəmilərin bölgədəki mövcudluğuna diqqət çəkilir.Politoloq bildirib...

01 Aprel 2026, 10:19

Heydər Oğuz: İranda faktiki idarəçilik Qalibafın əlindədir

Jurnalist Heydər Oğuz Yaxın Şərqdə baş verən proseslər fonunda İranla bağlı diqqət çəkən iddialar səsləndirilib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, nə qədər ki, Müctəba Xamenei açıq şəkildə siyasi səhnəyə çıxmayıb, Donald Trampın “İranda rejim dəyişikliyi etdik” açıqlaması tamamilə əsassız sayıla bilməz.Onun sözlərinə görə, hazırda ölkədə faktiki idarəçilik Məhəmməd Baqer Qalibafın nəzarəti altındadır. Bu vəziyyət isə İranın teokratik mahiyyətinin zəiflədiyini və idarəetmə modelində dəyişikliklərin baş verdiyini göstərir.Jurnalist qeyd edib ki, bu proseslər fonunda İranın faktiki olaraq parlamentli respublika modelinə yaxınlaşdığı ilə bağlı fikirlər səsləndirilir və bu hal müəyyən mənada rejim dəyişikliyi kimi də qiymətləndirilə bilər.Əli...

01 Aprel 2026, 10:08

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Azərbaycana gəlib 

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

01 Aprel 2026, 10:04

Nadir Azəri: Mart soyqırımında iştirak etmiş bolşeviklər barədə də hüquqi müstəvidə qərar qəbul edilməlidir  

“Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu azadlıq, müstəqillik və milli varlıq uğrunda mübarizə aparan xalqlar zaman-zaman soyqırımlarına, işğallara və faciələrə məruz qalıblar. Azərbaycan xalqı isə bu baxımdan daha çox əziyyət görüb, daha çox faciələrlə üzləşib. Tarixin demək olar ki, bütün mərhələlərində soyqırımlarına və hücumlara məruz qalmışıq. Lakin buna baxmayaraq, xalqımız hər zaman öz birliyi və mübarizliyi sayəsində düşmənlərə qarşı dirəniş göstərib”. Bu fikirləri Citypost.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.N.Azəri bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların böyük əksəriyyətinin arxasında, ermənilərin vəhşiliyi ilə yanaşı, adı və...

31 Mart 2026, 12:56