Bakının yağış problemi – Zaur Bayramlıdan tənqid
Cəmiyyət 01 Aprel 2026, 08:55
275
Son günlər sosial şəbəkələrdə Bakıda 4–5 gün əvvəl yağan yağışdan sonra yaranmış çətin vəziyyət və infrastrukturla bağlı görüntülər müzakirə olunur. Paytaxtın müxtəlif ərazilərində qeydə alınan problemlər ictimai narazılığa səbəb olub.
Citypost.az xəbər verir ki, siyasi şərhçi Zaur Bayramlı məsələ ilə bağlı açıqlamasında Bakının əsas problemlərini infrastruktur və nəqliyyat sıxlığı kimi iki istiqamətdə qruplaşdırıb. Onun sözlərinə görə, bu problemlərin kökündə uzun illər davam edən idarəetmə və maliyyə səmərəsizliyi dayanır.
O, xüsusilə əvvəlki dövrlərdə şəhər rəhbərliyini də tənqid edərək, Bakı şəhər təsərrüfatında ciddi islahatların aparılmadığını iddia edib. Bayramlı sabiq icra başçısı Hacıbala Abutalıbov dövründə neft gəlirlərinin artdığı illərdə paytaxtın problemlərinin həlli üçün daha geniş imkanların olduğunu, lakin bu imkanlardan səmərəli istifadə olunmadığını bildirib.
Politoloq hazırkı vəziyyətdə də oxşar idarəetmə problemlərinin davam etdiyini qeyd edərək, şəhər təsərrüfatında şəffaflıq və idarəetmə islahatlarının vacibliyini vurğulayıb. Onun fikrincə, icra strukturlarının səmərəliliyinin artırılması və vəsaitlərin daha düzgün istiqamətləndirilməsi ilə Bakıdakı problemlərin qısa müddətdə həll olunması mümkündür.
Həmçinin oxuyun
Bakı ilə bağlı mövcud vəziyyət sosial şəbəkələrdə müzakirə olunmağa davam edir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
12 aptekdə nöqsanlar aşkarlanıb
2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 54 aptekdə yoxlama aparılıb.Bu barədə Citypost.az-a AEM-dən məlumat verilib.Bildirilib ki, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub....
01 Aprel 2026, 12:42
Əli Əhmədova AĞIR itki
Milli Məclisin I vitse-prezidenti Əli Əhmədovun qayınanası rəhmətə gedib.Citypost.az xəbər verir ki, bu barədə parlamentdən bildirilib. Mərhum Sara Hüseynovanın ölüm səbəbi açıqlanmayıb. (Modern.az)Allah rəhmət eləsin.
01 Aprel 2026, 12:41
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir....
01 Aprel 2026, 12:37
Ötən ay Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
Mart ayı ərzində Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.Həmçinin vurğulanıb ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 72 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb....
01 Aprel 2026, 12:30
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Bildirilib ki, bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.Yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
01 Aprel 2026, 11:43
Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edəcək
Aprelin 15-də, saat 10:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvarda bu şəhərdən, eləcə də Şirvan şəhəri, Hacıqabul, Cəlilabad, Salyan, və Neftçala rayonlarından olan sakinləri qəbul edəcək.Citypost.az-a bu barədə Komitəyə istinadən xəbər verir.Məlumata görə, vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin http://arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
01 Aprel 2026, 11:36