Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir 

Cəmiyyət 07 Aprel 2026, 16:00

318

Azərbaycanın turizm imkanları Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart 2026” (PTM) sərgisi və İslamabad şəhərində təşkil olunan “PTM Roadshow” silsilə tədbirləri çərçivəsində təqdim olunub.

Bu barədə Citypost.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə “Şahdağ” Turizm Mərkəzi və "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 5 yerli turizm sənayesi tərəfdaşı ölkəmizi təmsil edib.

Sərgi və silsilə tədbirlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm potensialının təşviqi məqsədilə B2B formatlı danışıqlar aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib, iştirakçılara istirahət, lüks, macəra və mədəni turizm imkanları barədə ətraflı məlumat təqdim olunub.

Hər iki şəhərdə keçirilən tədbirlər Azərbaycanın Pakistan bazarında mövqeyinin gücləndirilməsi və ikitərəfli turizm əlaqələrinin inkişafı baxımından mühüm platforma kimi çıxış edib.

Qeyd edək ki, 2025-ci il ərzində Pakistandan Azərbaycana səfər edənlərin sayı 13 faiz artaraq 91043 nəfər olub. Cari ilin yanvar-fevral aylarında isə səfər edən Pakistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 12399 nəfər təşkil edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Övladı 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ! 

Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Qeyd edilib ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb:"Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub,...

07 Aprel 2026, 17:21

Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə yekun görüşünü keçirib.Citypost.az xəbər verir ki, görüşdə Mentorluq Proqramı müddətində görülən işlər, əldə olunan təcrübə, iştirakçıların peşəkar və şəxsi inkişaf istiqamətində qazandıqları bilik və bacarıqlar, eləcə də qarşıdakı dövrdə bu potensialın daha səmərəli şəkildə dəyərləndirilməsi məsələləri müzakirə olunub.Eyni zamanda, proqram çərçivəsində formalaşan yanaşmaların gələcək fəaliyyətə inteqrasiyası, idarəetmə bacarıqlarının daha da təkmilləşdirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi...

07 Aprel 2026, 17:08

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib 

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

07 Aprel 2026, 16:58

İlham Əliyev "Yerin təki haqqında" qanunu dəyişdi

Prezident İlham Əliyev Milli Məclisin martın 17-də qəbul etdiyi "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Citypost.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilib.Belə ki, ölkədəki su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə...

07 Aprel 2026, 16:41

İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı 

"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.Qeyd edək ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışd...

07 Aprel 2026, 16:38

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMəmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant“Vətən uğrunda” medalı iləBabayev Elmar Elxan oğlu – mayorİsmayılov Nicat Əbülfəz oğlu – mayorQuliyev Rüfət Qüdrət oğlu – mayorMədətov Fərid Fikrət oğlu – mayorBabazadə Vaqif Elçin oğlu – kapitanSəmədov Mədət Fərzulla oğlu – kapitanİbrahimov Vüsal Cümşüd oğlu – baş leytenantAğabalayev Vazeh Xanbala oğlu – leytenantAğayev Yaşar Təvəkkül oğlu –...

07 Aprel 2026, 16:33