Dağıstanda daşqınlarda üçü uşaq olmaqla, 6 nəfər ölüb
Dünya 07 Aprel 2026, 15:08
208
Dağıstanda baş verən daşqınlar nəticəsində üçü uşaq olmaqla, altı nəfər ölüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Dağıstandakı təbii fəlakətin qurbanları 5-17 yaş aralığında üç uşaq, iki qadın və bir təqaüdçü olub.
Qeyd edək ki, aramsız yağan yağışlar Dağıstanın Mahaçqala, Kaspiysk və Dərbənd rayonlarında daşqınlara səbəb olub. Evlər və avtomobil yolları su altında qalıb.
Həmçinin oxuyun
Təbii fəlakət nəticəsində 6 mindən çox insanın zərər gördüyü bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SEPAH qonşu ölkələri təhdid etdi
“ABŞ İranın qırmızı xətlərini keçsə, cavabımız regiondan kənara çıxacaq”.Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.SEPAH iddia edir ki, İran mülki obyektlərə hücumlara görə qisas almaqda tərəddüd etməyəcək.“ABŞ və müttəfiqlərinin infrastrukturuna elə zərbə vuracağıq ki, onlar illərlə regionun neft-qazından məhrum qalacaqlar. ABŞ-nin regiondakı tərəfdaşları da bilməlidirlər ki, biz bu günə qədər qonşuluq münasibətlərinə görə xeyli təmkin göstərmiş və cavab hədəflərinin seçilməsində müəyyən məqamları nəzərə almışıq, amma artıq bütün bu məhdudiyyətlər aradan qaldırılıb”....
07 Aprel 2026, 17:32
Tehran-Təbriz avtomagistralı bağlandı
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda paytaxt Tehranı Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz şəhərinə birləşdirən avtomagistral bağlanıb.Modern.az-ın məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.Bildirilib ki, magistral yolun 90 kilometrliyində yol xidməti bölməsinin yaxınlığına raketlər düşüb.Eyni zamanda Şərqi Azərbaycan vilayətinin Bostanabad-Miyana arasındakı köhnə yol raketlərin düşməsi nəticəsində bağlanıb.Hazırda yolların açılması ilə əlaqədar əməliyyat işləri aparılır. Qeyd olunan yollardan ikinci xəbərdarlığa qədər istifadə olunmaması istənilib.Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket...
07 Aprel 2026, 16:18
İranın Xarq adasında partlayışlar baş verib
İranın Xarkq adasına bir neçə zərbə endirilib, partlayışlar baş verib."Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.Qeyd olunub ki, ada İranın əsas neft ixracı mərkəzidir.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb....
07 Aprel 2026, 15:28
Fransada qatar yük maşını ilə toqquşub: bir nəfər ölüb, 30 nəfər xəsarət alıb
Fransada dəmir yolu keçidində qatarla yük maşınının toqquşması nəticəsində ən azı bir nəfər həlak olub, 30 nəfər yaralanıb.Bu barədə "Report" yerli KİV-ə istinadən xəbər verir.Mazenqarb (Fransada kommuna) meri ən azı 30 nəfərin yaralandığını bildirib. Həlak olanlar arasında qatarın maşinisti də var. Yük maşınının sürücüsü isə ağır xəsarət alıb.Xilasetmə əməliyyatına 77 yanğınsöndürən cəlb edilib.Qatarda 250-yə yaxın sərnişin olub. Qəzanın səbəbləri araşdırılır.
07 Aprel 2026, 14:46
ABŞ-ın Vitse-prezidenti Vens Macarıstana gedib
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Budapeştə səfər edib.Citypost.az xəbər verir ki Bu barədə “24.hu” məlumat yayıb.ABŞ-ın Vitse-prezidentini hava limanında Macarıstanın xarici işlər naziri Peter Siyarto qarşılayıb.XİN rəhbəri "Facebook"da yayımladığı videomüraciətdə Vensin səfərini Budapeşt və Vaşinqton arasında münasibətlərdə “qızıl dövrün” başlanğıcı kimi qiymətləndirib.Qeyd edək ki, Vens Macarıstana səfər edən ilk ABŞ Vitse-prezidentidir.Amerikalı rəsminin səfəri parlament seçkilərinə bir neçə gün qalmış baş tutur....
07 Aprel 2026, 14:03
Pezeşkian:İran üçün şəhid olmağa hazıram!
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian "İran üçün fəda" kampaniyasına qoşulduğunu bəyan edib.Citypost.az xəbər verir ki, Məsud Pezeşkian bu haqda sosial mediada yazıb: “İran üçün canımı fəda etmişəm, edirəm və edəcəyəm”.“İndiyə qədər 14 milyondan çox qeyrətli iranlı İranı müdafiə etmək üçün canını fəda etməyə hazır olduğunu bəyan edib. Mən də İran üçün canımı fəda etmişəm, edirəm və edəcəyəm”, - Prezident vurğulayıb....
07 Aprel 2026, 13:46