Bizə yazın

Baku

-°C

USD

-

Tanınmış rejissor ssenaristlərə müraciət etdi

Sənət aləmi 07 Aprel 2026, 11:27

1572

Kino rejissoru Elvin Abdulla peşəkar ssenaristlərə müraciət edib.

Citypost.az xəbər verir ki, O bildirib ki, hazır ssenarilər – tammetrajlı, qısametrajlı, bədii və sənədli filmlər üçün yazılmış materiallar axtarılır. Rejissor qeyd edib ki, təqdim olunan işlər istənilən janr və metrajda ola bilər, əsas şərt isə onların hazır və yazılı formada olmasıdır.

Elvin Abdulla vurğulayıb ki, “ağlımda var” tipli ideyalar deyil, tam işlənmiş ssenarilər qəbul olunur. O, ssenaristlərdən logline və sinopsis göndərməyi xahiş edib.

Rejissor maraqlı layihələr olduğu halda əməkdaşlığın davam etdiriləcəyini və uyğun ssenarilərin nəzərdən keçiriləcəyini bildirib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əməkdar artist mükafata layiq görüldü

Əməkdar artist Münəvvər Əliyeva bu gün yubiley yaşını qeyd edir.Citypost.az xəbər verir ki, Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətçiyə “Yubiley” mükafatı təqdim olunub.Tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yubilyarı təbrik edərək ona cansağlığı və yeni sənət uğurları arzulayıb.Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Münəvvər Əliyevanın Azərbaycan teatr sənətində yaratdığı obrazlar qalereyasının xüsusi yer tutduğunu bildirib. O, aktrisaya gələcək fəaliyyətində uğurlar arzulayıb.Tədbirin sonunda yubilyara Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl gül” mükafatı təqdim olunub.Məlumat üçün bildirək ki, Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub.O,...

25 May 2026, 09:00

Bəstəkar Elnar Məmmədovun xatirəsi anılıb 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.Azərbaycan Bəstəkarlar İttifaqından Citypost.az-a verilən məlumata görə, tədbirdə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılıq yolundan və musiqi irsimizə verdiyi töhfələrdən bəhs edib.Tədbirdə çıxış edən natiqlər Elnar Məmmədovun sənət dünyası və şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüblər.Konsertin proqramında Elnar Məmmədovun və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib....

22 May 2026, 17:43

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.Citypost.az xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər."Yuxular teatrı" ("The Theater of Dreams") adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları...

22 May 2026, 08:11

Berlində Azərbaycan və Qərb musiqisinin sintezindən ibarət konsert proqramı təqdim edilib 

Berlində Azərbaycanın və Avropanın musiqi ənənələrini bir araya gətirən “Bir arzum vardı” (I Had A Dream) adlı konsert proqramı təqdim olunub.AZƏRTAC xəbər verir ki, Almaniyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı musiqiçi Tural İsmayılovun rəhbərlik etdiyi “Anima Şirvani” ansamblının və “Oltremontano Antverpen” ansamblının ifasında qədim Avropa musiqisi ilə Şərq musiqi ənənələrinin sintezindən ibarət konserti Almaniyada yaşayan soydaşlarımız, eləcə də yerli musiqisevərlər izləyiblər.Proqrama görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Şur” simfonik muğamı, ingilis Renessans bəstəkarı Con Doulendın “Yeddi göz yaşı” kompozisiyası və dahi şairimiz Məhəmməd Füzulinin poeziyasından seçilmiş nümunələr daxil edilib. Konsertin əsas ideyası Məhəmməd Füzuli və Con Daulend yaradıcılığında sevginin həm...

18 May 2026, 17:07

Xalq artisti Fəxrəddin Manafovla görüş 

Gəncədə görkəmli sənətkar, “Şöhrət” ordenli Xalq artisti Fəxrəddin Manafov ilə görüş keçirilib.Citypost.az xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrında keçirilən görüşdə sənətkarın yaradıcılıq yolu, Azərbaycan teatr və kino sənətinə verdiyi töhfələr haqqında geniş söhbət aparılıb.İştirakçılar tərəfindən ünvanlanan suallar Fəxrəddin Manafov tərəfindən cavablandırılıb. Xalq artisti həyat və yaradıcılıq təcrübələrini bölüşərək gənclərə öz tövsiyələrini verib.

18 May 2026, 14:29

“Maşın” şou yenidən başlayır 

Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu “Maşın” yenidən başlayır.Citypost.az xəbər verir ki, bu barədə “Xəzər” telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib.O, tarixi açıqlamasa da, paylaşıma “loading” yazaraq, şounun tezliklə yayımlanacağına eyham vurub.Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Xalq artisti və “Xəzər” TV-nin direktoru Murad Dadaşovdur. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olub. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız tanınmış simalar olub. Layihənin sonuncu buraxılışı “Maskarad” adı...

18 May 2026, 12:33