İlham Əliyev "Yerin təki haqqında" qanunu dəyişdi
Cəmiyyət 07 Aprel 2026, 16:41
304
Prezident İlham Əliyev Milli Məclisin martın 17-də qəbul etdiyi "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Citypost.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilib.
Belə ki, ölkədəki su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.
Növbəti dəyişiklik Yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılmasıdır. Buraya yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar aiddir.
Yerin təki istifadəyə icazə əsasında "Yerin təki haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib.
Həmçinin oxuyun
Dəyişiklik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək.
Yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir. Təklif olunan dəyişikliyə əsasən bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcək.
Yer təki sahələrinin rekultivasiyasının məqsədi işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır və bunun üçün yer təki istifadəçiləri həmin torpaqların rekultivasiya planını tərtib etməli və rekultivasiyanı da həmin plan əsasında təmin etməlidirlər.
Ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir. Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyil. Bu çərçivədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması kimi tələblər müəyyən ediləcək və torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması təmin ediləcək.
Dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Övladı 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ!
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Qeyd edilib ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb:"Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub,...
07 Aprel 2026, 17:21
Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə yekun görüşünü keçirib.Citypost.az xəbər verir ki, görüşdə Mentorluq Proqramı müddətində görülən işlər, əldə olunan təcrübə, iştirakçıların peşəkar və şəxsi inkişaf istiqamətində qazandıqları bilik və bacarıqlar, eləcə də qarşıdakı dövrdə bu potensialın daha səmərəli şəkildə dəyərləndirilməsi məsələləri müzakirə olunub.Eyni zamanda, proqram çərçivəsində formalaşan yanaşmaların gələcək fəaliyyətə inteqrasiyası, idarəetmə bacarıqlarının daha da təkmilləşdirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi...
07 Aprel 2026, 17:08
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....
07 Aprel 2026, 16:58
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.Qeyd edək ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışd...
07 Aprel 2026, 16:38
Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMəmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant“Vətən uğrunda” medalı iləBabayev Elmar Elxan oğlu – mayorİsmayılov Nicat Əbülfəz oğlu – mayorQuliyev Rüfət Qüdrət oğlu – mayorMədətov Fərid Fikrət oğlu – mayorBabazadə Vaqif Elçin oğlu – kapitanSəmədov Mədət Fərzulla oğlu – kapitanİbrahimov Vüsal Cümşüd oğlu – baş leytenantAğabalayev Vazeh Xanbala oğlu – leytenantAğayev Yaşar Təvəkkül oğlu –...
07 Aprel 2026, 16:33
Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir
Azərbaycanın turizm imkanları Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart 2026” (PTM) sərgisi və İslamabad şəhərində təşkil olunan “PTM Roadshow” silsilə tədbirləri çərçivəsində təqdim olunub.Bu barədə Citypost.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə “Şahdağ” Turizm Mərkəzi və "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 5 yerli turizm sənayesi tərəfdaşı ölkəmizi təmsil edib.Sərgi və silsilə tədbirlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm potensialının təşviqi məqsədilə B2B formatlı danışıqlar aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib, iştirakçılara istirahət, lüks, macəra və mədəni turizm imkanları barədə ətraflı məlumat təqdim olunub.Hər iki şəhərdə keçirilən tədbirlər Azərbaycanın Pakistan bazarında mövqeyinin gücləndirilməsi və ikitərəfli...
07 Aprel 2026, 16:00