Bizə yazın

Baku

-°C

USD

-

Eldəniz Əmirov: Manatın dövretmə sürəti azalır, iqtisadi aktivlik zəifləyir

İqtisadiyyat 07 Aprel 2026, 10:25

263

İqtisadçı Eldəniz Əmirov manatın dövretmə sürətində azalma müşahidə olunduğunu açıqlayıb.

Citypost.az xəbər verir ki, onun sözlərinə görə, bu ilin martın 1-nə manatın dövretmə sürəti 2,83 təşkil edib. Bu isə o deməkdir ki, eyni 1 manat il ərzində orta hesabla cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda iştirak edir. Müqayisə üçün qeyd olunub ki, 2005-ci ildə bu göstərici 15,7 olub. 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68 səviyyəsinə qədər enmişdi.

İqtisadçı bildirib ki, mövcud göstəricilər pulun iqtisadiyyatda əvvəlki illərlə müqayisədə daha yavaş hərəkət etdiyini göstərir. Onun fikrincə, bu hal insanların və bizneslərin daha çox gözləmə mövqeyində olması, xərclərin azalması ilə bağlıdır.

Eldəniz Əmirov vurğulayıb ki, pulun dövretmə sürəti iqtisadi aktivliyin əsas indikatorlarından biridir. O qeyd edib ki, pul nə qədər sürətlə dövr edərsə, iqtisadiyyat da bir o qədər canlanır, əks halda isə iqtisadi proseslərin tempi zəifləyir.

İqtisadçı əlavə edib ki, dövretmə sürətinin azalması iqtisadiyyatın ümumi ritminin aşağı düşdüyünü göstərən mühüm siqnallardan biri kimi qiymətləndirilməlidir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ekspert: “Üç qurum qlobal böhranı həll edə bilməz”

Yaxın Şərqdə davam edən müharibənin yaratdığı ağır iqtisadi təsirlərin azaldılması məqsədilə Beynəlxalq Enerji Agentliyi (BEA), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) arasında koordinasiya mexanizminin yaradılması ilə bağlı açıqlama verilib.Citypost.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu addım beynəlxalq ictimaiyyət üçün müəyyən ümid yaratsa da, onun real təsir imkanlarını düzgün qiymətləndirmək vacibdir.Ekspert qeyd edib ki, BVF böyük maliyyə potensialına malik əsas institutlardan biri olsa da, onun imkanları əsasən valyuta böhranı yaşayan ölkələrə kredit dəstəyi vermək və iqtisadi islahat proqramları hazırlamaqla məhdudlaşır: “Fond enerji bazarlarında geosiyasi riskləri və ya müharibələrin yaratdığı iqtisadi...

02 Aprel 2026, 09:43

E.Əmirov: İsraildə siyasi qərarlar iqtisadi risklər fonunda formalaşır

Yaxın Şərqdə baş verən proseslər fonunda İsraildə siyasi və iqtisadi müstəvidə diqqət çəkən dəyişikliklər müşahidə olunur.Citypost.az xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bir ay əvvəl Benjamin Netanyahu ilə bağlı müzakirələr daha çox siyasi və hərbi aspektdə aparılırdısa, hazırda bu müzakirələrin ağırlıq mərkəzi tədricən iqtisadi sahəyə keçir.Onun sözlərinə görə, münaqişələrin uzanması iqtisadi riskləri ön plana çıxarır və qəbul edilən qərarlar birbaşa büdcəyə, investisiya mühitinə və bazar gözləntilərinə təsir göstərir. Bu isə siyasi proseslərin artıq iqtisadi risk kimi qiymətləndirilməsinə səbəb olur.Ekspert qeyd edib ki, ölkə daxilində siyasi dinamika da dəyişir. Netanyahu əvvəlki qədər yüksək ictimai dəstəyə malik olmasa da, sistem...

01 Aprel 2026, 08:33

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb 

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 1% artaraq 4 603 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,74% bahalaşaraq 72,5 ABŞ dolları təşkil edib.

31 Mart 2026, 10:02

Qızıl və gümüş bahalaşıb 

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb."APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 1,41% artaraq 4 471.20 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,57% bahalaşaraq 69.68 ABŞ dolları olub.

27 Mart 2026, 09:25

Azərbaycan nefti ucuzlaşıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb."APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,3 ABŞ dolları və ya 1,98% azalaraq 113,7 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

26 Mart 2026, 10:02

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb 

2025-ci ildə Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 46 milyon 375 min ABŞ dolları təşkil edib."Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20 % azdır.Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 11 %-dən 9,2 %-ə düşüb.İl ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 479 milyon 263 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 3,5 % azdır.Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 45,9 %-dən 40,7 %-ə düşüb.Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard...

23 Mart 2026, 12:48