Turan Rzayev: ABŞ–İran müharibəsində tərəflərdən heç biri tam qalib deyil
Cəmiyyət 08 Aprel 2026, 10:20
335
Siyasi şərhçi Turan Rzayev AB və İran arasında yaranmış son vəziyyəti şərh edib.
Citypost.az xəbər verir ki, politoloq bildirib ki, ABŞ prezidenti Donald Trump “bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək” təhdidindən sonra İrana qarşı başladılan hərbi əməliyyatlar dayandırılıb.Atəşkəsin iki həftə qüvvədə olacağı deyilir. İran tərəfi isə müharibənin yalnız 10 aprel danışıqlarında 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacağını bildirir.
Siyasi şərhçi vurğulayıb ki, müharibə hələlik bitmiş sayılmır, bu sadəcə atəşkəs razılaşmasıdır və vəziyyət hələ də həssas və qırılqandır. İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar gözlənilən nəticəni verməyib. Düzdür, Təl-Əviv və Vaşinqton İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir çox mühüm şəxsi sıradan çıxarıb, İran infrastrukturuna və hərbi obyektlərinə ciddi zərər vurub.Bununla belə, İranın cavab zərbələri də ciddi olub. İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını və İsrailə qarşı hücumları genişləndirib, bölgədə gərginliyi artırıb.
Həmçinin oxuyun
Siyasi şərhçi qeyd edir ki, körfəz ölkələri, Türkiyə🇹🇷 və Avropa🇪🇺 müttəfiqlərinin Vaşinqtona açıq dəstək verməməsi, həmçinin əməliyyatların dayandırılması ilə bağlı təzyiqlər ABŞ-ı atəşkəsə məcbur edib.Atəşkəsin əldə olunmasında Çinin də mühüm rol oynadığı ehtimal edilir. İranın Çin vasitəsilə diplomatik və hərbi dəstək aldığı, bunun da cəbhədə balansı dəyişdiyi bildirilir.Pakistanınbaş naziri Şahbaz Şərif ABŞ, İsrail və İran nümayəndələrini 10 aprel tarixində İslamabadda danışıqlara dəvət edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Donald Trampın atəşkəs qərarını dəstəkləyib.
Turan Rzayev sonda qeyd edib ki, qarşıdakı iki həftəlik atəşkəs və 10 apreldə planlaşdırılan sülh danışıqlarına baxmayaraq, tərəflər indidən özünü qalib elan edir, lakin ortada tam qələbə yoxdur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayev aprelin 8-də Şəhidlər xiyabanını ziyarət ediblər.Citypost.az xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.Eyni zamanda, Zəfər parkı da ziyarət olunub, abidə önünə əklil qoyulub....
08 Aprel 2026, 12:06
Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini dedi.Dövlətimizin başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirdi, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğuladı və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxundu.Prezident...
08 Aprel 2026, 11:25
Bakı metrosu xətlərin ayrılması üçün 200 metrlik tunelin inşasına hazırlaşır
"Bakı Metropoliteni" QSC xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq gedir.Bu barədə Citypost.az səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.Bu keçid "28 May" stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər "Cəfər Cabbarlı" stansiyasından istifadə etməklə ən qısa yolla "28 May" stansiyasının platformasına daxil ola biləcəklər.Beləliklə, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan...
08 Aprel 2026, 11:19
İrandan 598 azərbaycanlı təxliyə olundu
Fevralın 28-i saat 08:00-dan aprelin 8-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3379 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 598 nəfəri Azərbaycan vətəndaşıdır.
08 Aprel 2026, 10:55
Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib
Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi və yoxlama prosesinin sürətləndirilməsi məqsədilə yeni nəsil təhlükəsizlik texnologiyaları istifadəyə verilib.Bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından bildirilib.Məlumata əsasən, modernizasiya çərçivəsində terminalda həm sərnişinlərin yoxlanılması üçün "Rohde & Schwarz QPS201" millimetr dalğa texnologiyası əsaslı skanerlər, həm də əl yüklərinin yoxlanılması üçün kompüter tomoqrafiyası (CT) əsaslı yeni nəsil baqaj skanerləri quraşdırılıb."Rohde & Schwarz QPS201" sistemləri sərnişinlərin uçuş öncəsi yoxlanışının daha sürətli və dəqiq həyata keçirilməsinə imkan yaradır.Avtomatlaşdırılmış təhlükə aşkarlama funksiyası potensial risklərin müəyyən olunmasını asanlaşdırır və əlavə əl yoxlamalarının sayını azaldır.Eyni zamanda tətbiq olunan CT texnologiyası əl yüklərinin üçölçülü...
08 Aprel 2026, 10:15
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfəyədək artıb
Bu ilin birinci rübündə Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 280 469 bilet əldə edilib.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.2025-ci ilin yanvar-mart ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 32,6% idisə, cari ilin müvafiq dövründə bu göstərici 43,3 %-ə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.Qeyd edək ki, "biletim.az" portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 356 reys olmaqla 405 nəqliyyat...
08 Aprel 2026, 10:08