Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb
Dünya 08 Aprel 2026, 08:03
254
Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb.
Bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreya Qərargah Rəisləri Komitəsinə istinadən məlumat verib.
Həmçinin oxuyun
Agentliyin məlumatına görə, raketlər yerli vaxtla təxminən saat 8:50-də Vonsan ərazisindən atılıb. Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket atışıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əraqçi atəşkəsə görə Pakistana təşəkkür etdi
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ-la münaqişədə əldə olunan atəşkəs razılaşmasına görə Pakistan rəsmilərinə təşəkkür edib.Modern.az “Tasnim”ə istinasdən xəbər verir ki, Abbas Əraqçi Ali Milli Təhlükəsizlik Şurası adından bildirib:“Əziz qardaşım, Pakistanın hörmətli Baş naziri cənab Şahbaz Şərifə və Pakistan Ordusunun hörmətli komandanı cənab Feldmarşal Asim Munirə bölgədəki müharibəyə son qoymaq üçün yorulmaz səylərinə görə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm”.Xatırladaq ki, Pakistan Baş naziri Şahbaz Şərif ABŞ-ın 15 bəndlik təklifləri üzrə danışıqlar aparmaq istəyini İrana, Tehranın isə 10 bəndlik təkliflərini Vaşinqtona çatdırıb. Tərəflər bu əsasda danışıqlar üçün atəşkəsə razılaşıblar....
08 Aprel 2026, 10:18
İsrail Baş naziri: İranla atəşkəs Livana aid deyil
İranla iki həftəlik atəşkəs Livana şamil edilmir.APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.
08 Aprel 2026, 09:55
Tramp: ABŞ tam və qəti qələbə qazanıb
Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, İranla iki həftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ tam və qəti qələbə qazanıb."Report" xəbər verir ki, Tramp bunu AFP-yə açıqlayıb."Tam və qəti qələbə, 100 faiz və bu barədə heç bir şübhə yoxdur", - Tramp atəşkəs elan edildikdən qısa müddət sonra telefonla qısa müsahibəsində deyib.ABŞ lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib. "Bunu görməli olacaqsınız", - Tramp AFP-yə deyib.Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı məsələsi həll ediləcək:"İranı iki həftəlik atəşkəs razılaşmasına üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram".ABŞ prezidentinin çinli...
08 Aprel 2026, 08:52
Baş nazir iş otağını göstərdi
İspaniya Baş naziri Pedro Sançes ofisindən üç vacib şəxsi əşyasını ictimaiyyətlə bölüşüb. "Unikal" xəbər verir ki, o, ən mənalı əşyanın Qəzzadan olan bir uşağın ona verdiyi şüşədəki şəkil olduğunu bildirib. Sançes, həmçinin buxur və Don Kixot heykəlciyindən də bəhs edib. Onun sözlərinə görə, ofisə gələndə ilk növbədə buxur yandırır. İspaniya Baş naziri bildirib ki, bu vərdiş onun üçün bir növ zehni hazırlıq və diqqət cəmləmə ritualıdır və günün gərgin tempinə hazırlaşmağa kömək edir.Baş nazirin ofisindəki digər diqqət çəkən detal Don Kixot fiqurlarının kolleksiyası olub. Sançes bildirib ki, İspan ədəbiyyatının ikonik personajlarından biri olan Don Kixota xüsusi marağı var və illərdir bu...
07 Aprel 2026, 17:55
SEPAH qonşu ölkələri təhdid etdi
“ABŞ İranın qırmızı xətlərini keçsə, cavabımız regiondan kənara çıxacaq”.Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.SEPAH iddia edir ki, İran mülki obyektlərə hücumlara görə qisas almaqda tərəddüd etməyəcək.“ABŞ və müttəfiqlərinin infrastrukturuna elə zərbə vuracağıq ki, onlar illərlə regionun neft-qazından məhrum qalacaqlar. ABŞ-nin regiondakı tərəfdaşları da bilməlidirlər ki, biz bu günə qədər qonşuluq münasibətlərinə görə xeyli təmkin göstərmiş və cavab hədəflərinin seçilməsində müəyyən məqamları nəzərə almışıq, amma artıq bütün bu məhdudiyyətlər aradan qaldırılıb”....
07 Aprel 2026, 17:32
Tehran-Təbriz avtomagistralı bağlandı
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda paytaxt Tehranı Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz şəhərinə birləşdirən avtomagistral bağlanıb.Modern.az-ın məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.Bildirilib ki, magistral yolun 90 kilometrliyində yol xidməti bölməsinin yaxınlığına raketlər düşüb.Eyni zamanda Şərqi Azərbaycan vilayətinin Bostanabad-Miyana arasındakı köhnə yol raketlərin düşməsi nəticəsində bağlanıb.Hazırda yolların açılması ilə əlaqədar əməliyyat işləri aparılır. Qeyd olunan yollardan ikinci xəbərdarlığa qədər istifadə olunmaması istənilib.Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket...
07 Aprel 2026, 16:18