Bizə yazın

Baku

-°C

USD

-

 Əraqçi atəşkəsə görə Pakistana təşəkkür etdi 

Dünya 08 Aprel 2026, 10:18

359

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ-la münaqişədə əldə olunan atəşkəs razılaşmasına görə Pakistan rəsmilərinə təşəkkür edib.

Modern.az “Tasnim”ə istinasdən xəbər verir ki, Abbas Əraqçi Ali Milli Təhlükəsizlik Şurası adından bildirib:

“Əziz qardaşım, Pakistanın hörmətli Baş naziri cənab Şahbaz Şərifə və Pakistan Ordusunun hörmətli komandanı cənab Feldmarşal Asim Munirə bölgədəki müharibəyə son qoymaq üçün yorulmaz səylərinə görə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, Pakistan Baş naziri Şahbaz Şərif ABŞ-ın 15 bəndlik təklifləri üzrə danışıqlar aparmaq istəyini İrana, Tehranın isə 10 bəndlik təkliflərini Vaşinqtona çatdırıb. Tərəflər bu əsasda danışıqlar üçün atəşkəsə razılaşıblar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tayvan müxalifət lideri Çinə səfərinin "sülh toxumu" səpəcəyini deyir 

Tayvanın müxalifət lideri və Kuomintang (KMT) sədri Çenq Li-vun Çinə nadir səfəri zamanı “sülh toxumları” səpməyə ümid etdiyini bildirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, siyasətçi bildirib ki, partiyanın son 10 ildə Çinə səfər edən ilk lideri kimi diqqət çəkir və bu addım Tayvanda geniş müzakirələrə səbəb olub. Səfər, xüsusilə Pekinlə münasibətlərin gələcəyi baxımından mühüm siyasi siqnal kimi dəyərləndirilir.Çenq Li-vun bildirib ki, Tayvan boğazının iki tərəfi müharibəyə məhkum deyil və dialoq imkanları açıq saxlanılmalıdır. O, həmçinin Tayvanın böyük güclər arasındakı geosiyasi gərginliklərdə vasitəyə çevrilməməsinin vacibliyini vurğulayıb.Məlumata görə, Çin Tayvanı öz ərazisi hesab edir və adaya qarşı hərbi təzyiqi davam etdirir....

08 Aprel 2026, 11:59

Vaşinqton-Tehran danışıqları canlı yayımlanacaq

İran dövlət televiziyası ABŞ və İran rəsmiləri arasında keçiriləcək danışıqlarla bağlı yeni məlumat yayıb.Ciypost.az xarici KİV-lərə istinadən xəbərə görə, yayılan məlumata görə, Vaşinqton–Tehran danışıqları cümə günü Pakistanın paytaxtı İslamabadda başlayacaq və proses canlı yayımlanacaq.İran dövlət televiziyası bildirib ki, danışıqlar regionda gərginliyin azaldılması və tərəflər arasında razılaşma mexanizmlərinin müzakirəsi məqsədi daşıyır.Qeyd olunub ki, İslamabad bu görüşə ev sahibliyi edir və tərəflər arasında diplomatik əlaqələrin bərpası istiqamətində addımlar atılır.Yeganə...

08 Aprel 2026, 11:52

Küveyt konsulluğuna BASQIN -  Bayraq cırıldı

İraqın Bəsrə şəhərində etirazçılar Küveyt konsulluğuna hücum edərək ölkənin bayrağını cırıblar.Citypost.az Shafaq News-ə istinadən verdiyi xəbərə görə, onlarla etirazçı konsulluq binasına daxil olaraq Küveyt bayrağını endirib və yerinə İraq bayrağını qaldırıb.Hadisə zamanı təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına almaq üçün gözyaşardıcı qazdan istifadə edib və izdihamı dağıdıb.Məlumata əsasən, etirazlar günün əvvəlində Küveyt ərazisindən atılan raket hücumuna cavab olaraq başlayıb. Hücum nəticəsində Bəsrənin cənubundakı Safvan bölgəsində yerləşən Xor əl-Zubeyr ərazisində bir evə ziyan dəyib və orada olan şəxslərin həlak olduğu bildirilib.Shafaq News-un təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərə görə, həmin evin adı açıqlanmayan silahlı qrupa məxsus olduğu və toplanış məqsədilə istifadə edildiyi iddia...

08 Aprel 2026, 11:50

Dünya ölkələri ABŞ və İran arasında atəşkəs rejimini alqışlayır 

Misir, İraq, Yaponiya, İndoneziya, Malayziya, Oman, Ukrayna, Avstraliya və Yeni Zelandiya daxil olmaqla bir sıra ölkələr ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasını alqışlayıblar.Citypost.az xarici KİV-lərə istinadən  yaydığı məlumata görə, Misirin Xarici İşlər Nazirliyi Pakistan və Türkiyə ilə birlikdə regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində səyləri davam etdirəcəyini bildirib.Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters “X” sosial şəbəkəsində paylaşım edərək atəşkəsi “ümidverici xəbər” adlandırıb, lakin onun davamlı sülhə çevrilməsi üçün əlavə addımların vacibliyini vurğulayıb.Böyük Britaniyanın Baş naziri Keyr Starmer isə aprelin 8-də Fars körfəzinə səfər edərək atəşkəs və ABŞ–İsrail müharibəsinə son qoyulması istiqamətində diplomatik təşəbbüsləri müzakirə edəcəyini...

08 Aprel 2026, 10:55

İsrail Baş naziri: İranla atəşkəs Livana aid deyil 

İranla iki həftəlik atəşkəs Livana şamil edilmir.APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında bildirilib.

08 Aprel 2026, 09:55

Tramp: ABŞ tam və qəti qələbə qazanıb 

Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, İranla iki həftəlik atəşkəs razılaşması əldə edildikdən sonra ABŞ tam və qəti qələbə qazanıb."Report" xəbər verir ki, Tramp bunu AFP-yə açıqlayıb."Tam və qəti qələbə, 100 faiz və bu barədə heç bir şübhə yoxdur", - Tramp atəşkəs elan edildikdən qısa müddət sonra telefonla qısa müsahibəsində deyib.ABŞ lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib. "Bunu görməli olacaqsınız", - Tramp AFP-yə deyib.Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı məsələsi həll ediləcək:"İranı iki həftəlik atəşkəs razılaşmasına üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram".ABŞ prezidentinin çinli...

08 Aprel 2026, 08:52