Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normaları təsdiqlənib 

Cəmiyyət 08 Aprel 2026, 09:38

281

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Dəmiryol vağzalları. Layihələndirmə normaları"nı təsdiqləyib.

Citypost.az  xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan dəmiryolu vağzallarının layihələndirilməsinə, habelə onların bölmələrinin təşkilinə, torpaq sahələrində yerləşdirilməsinə dair tələbləri müəyyən edəcək. Ancaq normalar mövsümi istifadə üçün nəzərdə tutulan vağzalların, sərnişin pavilyonlarının, digər bina və tikililərin layihələndirilməsinə şamil edilməyəcək.

Bundan başqa, vağzal kompleksləri sərnişin–nəqliyyat əlaqəsindən asılı olaraq göstərdikləri xidmətlərə görə aşağıdakılara bölünəcək:

- beynəlxalq;

- şəhərlərarası;

- şəhərətrafı;

- bir neçə xidmət tiplərinin əlamətlərini özündə daşıyan birləşmiş.

Göstərdiyi xidmətin mürəkkəbliyi və həcmindən asılı olaraq vağzallar dörd sinfə bölünəcək:

- yüksək sinif;

- I sinif;

- II sinif;

- III sinif.

Vağzal komplekslərinə aşağıdakı məcburi elementlər daxil edilməlidir:

- dəmiryol stansiyasına bitişik olan vağzalətrafı meydan və ya ərazi;

- platforma (platformalar) və ya platformalarla birgə sərnişin perronu;

- vağzalın bir və ya daha artıq sərnişin binası (bundan sonra vağzal adlandırılacaq).

Həmçinin vağzal kompleksində birdən az olmayaraq əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış kassalar nəzərdə tutulmalıdır.

Layihə tapşırığına əsasən vağzalətrafı meydanda əlavə olaraq aşağıdakılar təmin edilməlidir:

- sərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyat vasitəsinin dayanacaq məntəqələri zonası;

- nəqliyyat vasitələrinin (avtomobil, motosiklet, moped, velosiped və s.) qısamüddətli dayanma zonası;

- ictimai nəqliyyatın dayanacağı;

- taksi dayanacaqları və (və ya) zonaları;

- velosiped duracaqları;

- şəxsi avtomobillər üçün dayanacaq;

- sərnişinlərin avtomobillərinin uzunmüddətli saxlanılması üçün dayanacaq;

- xidmət personalının avtomobillərinin dayanacağı.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı metrosu xətlərin ayrılması üçün 200 metrlik tunelin inşasına hazırlaşır 

"Bakı Metropoliteni" QSC xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq gedir.Bu barədə Citypost.az səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.Bu keçid "28 May" stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər "Cəfər Cabbarlı" stansiyasından istifadə etməklə ən qısa yolla "28 May" stansiyasının platformasına daxil ola biləcəklər.Beləliklə, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan...

08 Aprel 2026, 11:19

İrandan 598 azərbaycanlı təxliyə olundu

Fevralın 28-i saat 08:00-dan aprelin 8-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3379 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 598 nəfəri Azərbaycan vətəndaşıdır.

08 Aprel 2026, 10:55

Turan Rzayev: ABŞ–İran müharibəsində tərəflərdən heç biri tam qalib deyil

Siyasi şərhçi Turan Rzayev AB və İran arasında yaranmış son vəziyyəti şərh edib.Citypost.az xəbər verir ki,  politoloq bildirib ki, ABŞ prezidenti Donald Trump “bu gecə qədim bir sivilizasiya məhv olacaq, bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək” təhdidindən sonra İrana qarşı başladılan hərbi əməliyyatlar dayandırılıb.Atəşkəsin iki həftə qüvvədə olacağı deyilir. İran tərəfi isə müharibənin yalnız 10 aprel danışıqlarında 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacağını bildirir.Siyasi şərhçi vurğulayıb ki, müharibə hələlik bitmiş sayılmır, bu sadəcə atəşkəs razılaşmasıdır və vəziyyət hələ də həssas və qırılqandır. İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar gözlənilən nəticəni verməyib....

08 Aprel 2026, 10:20

Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib 

Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi və yoxlama prosesinin sürətləndirilməsi məqsədilə yeni nəsil təhlükəsizlik texnologiyaları istifadəyə verilib.Bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından bildirilib.Məlumata əsasən, modernizasiya çərçivəsində terminalda həm sərnişinlərin yoxlanılması üçün "Rohde & Schwarz QPS201" millimetr dalğa texnologiyası əsaslı skanerlər, həm də əl yüklərinin yoxlanılması üçün kompüter tomoqrafiyası (CT) əsaslı yeni nəsil baqaj skanerləri quraşdırılıb."Rohde & Schwarz QPS201" sistemləri sərnişinlərin uçuş öncəsi yoxlanışının daha sürətli və dəqiq həyata keçirilməsinə imkan yaradır.Avtomatlaşdırılmış təhlükə aşkarlama funksiyası potensial risklərin müəyyən olunmasını asanlaşdırır və əlavə əl yoxlamalarının sayını azaldır.Eyni zamanda tətbiq olunan CT texnologiyası əl yüklərinin üçölçülü...

08 Aprel 2026, 10:15

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfəyədək artıb 

Bu ilin birinci rübündə Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 280 469 bilet əldə edilib.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.2025-ci ilin yanvar-mart ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 32,6% idisə, cari ilin müvafiq dövründə bu göstərici 43,3 %-ə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.Qeyd edək ki, "biletim.az" portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 356 reys olmaqla 405 nəqliyyat...

08 Aprel 2026, 10:08

Günel Gözəlova atasını duyğusal sözlərlə yad etdi

Tanınmış jurnalist Günel Gözəlova mərhum atası ilə bağlı təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında atasına həsr etdiyi sözlərdə dərin kədərini ifadə edərək, onun həyatındakı əvəzsiz yerindən bəhs edib. O, paylaşımında bu sözləri qeyd edib:“Bu gün onu torpağa, özümü isə ona tapşırdığım gündür. Çünki bu dünyada məni onun qədər sevib qoruyacaq, görüntümdən yox, baxışımdan anlayacaq birinin bir daha heç vaxt olmayacağını çoxdan dərk etmişdim. Hamının Salam dayısı, mənim isə dostum, sirdaşım, atam… Ruhun şad olsun!”Məlumat üçün bildirək ki, jurnalistin atası Salam Muxtarov 7 aprel 2022-ci ildə vəfat edib. O, uzun illər Bakı Dövlət Universitetində peşəkar fotoqraf kimi...

08 Aprel 2026, 09:44