Bizə yazın

Baku

-°C

USD

-

İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib 

Cəmiyyət 09 Aprel 2026, 15:28

330

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-mart aylarında 10 min uşağa reabilitasiya xidmətləri göstərilib.

Bu barədə Citypost.az ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 527 uşaq stasionar, 5700 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub: "Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp: NATO-nu ancaq təzyiqlə başa salmaq olar 

“NATO ona təzyiq olmadıqca, heç nə başa düşmür”.Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.“Olduqca məyusedicidir, özümüz və NATO da daxil olmaqla, heç nəyi başa düşməmişik. Ancaq onlara təzyiq göstəriləndə anlayırlar”, - Amerika lideri sosial mediada qeyd edib.

09 Aprel 2026, 17:30

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar 

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələrinin əməkdaşları tərəfindən Balakən və Zaqatala rayonlarında növbəti monitorinq işləri həyata keçirilib.AMEA-dan Citypost.az-a bildirilib ki, monitorinqlər Balakən rayonunun Poçtbinə və Mahamalar kəndlərində, eləcə də Zaqatala rayonunun Mazıx və Talaçay ərazilərində aparılıb. Tədqiqat zamanı qeyd olunan ərazilərdə çay yataqlarından lil nümunələri götürülərək analiz üçün toplanılıb. Bununla yanaşı, Mahamalar kəndi ərazisində Balakənçay üzərində yerləşən və kəndi ətraf yaşayış məntəqələri ilə birləşdirən körpünün beton dayaqlarında əvvəl aparılmış ölçmələrə yenidən baxış keçirilib.Təkrar müşahidələrin nəticələrinə əsasən müəyyən olunub ki, körpünün sol tərəfində yerləşən birinci dayağın göstəricisi 1,80 metrdən 1,38 metrə qədər azalıb. Bu isə həmin hissədə...

09 Aprel 2026, 17:22

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

09 Aprel 2026, 17:08

Ukraynada azərbaycanlı döyüşçü dəfn edilib 

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan azərbaycanlı Rüstəm Dilavər oğlu Mustafayev bu gün son mənzilə yola salınıb.Citypost.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist-diaspor fəalı Anar Natiqoğlu bildirib.Rüstəm Mustafayev əslən Naxçıvanın Şahbuz rayonu Badamlı kəndindən idi.Ukrayna vətəndaşı olan 33 yaşlı soydaşımız yaşadığı Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olmuşdu.“Məscidin qarşısında vida mərasimindən sonra maşın karvanı qəbiristanlığa yola düşüb.(Modern.az)Mərasimdə diasporumuzun fəalları, mərhumun döyüş yoldaşları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.Dəfn mərasimi yaylım atəşi ilə müşaiyət olunub”, - A.Natiqoğlu qeyd edib....

09 Aprel 2026, 17:03

ADY: Dərnəgül dayanacağı tezliklə sərnişinlərin xidmətində olacaq 

"Azərbaycan Dəmir Yolları" QSC-nin ADY-nin Dərnəgül dayanacağının tikintisinin başa çatmaqdadır.ADY-dən Citypost.az-a verilən məlumata görə, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq."Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq", - məlumatda qeyd olunur.

09 Aprel 2026, 16:55

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq 

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;- Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində).İşlərin icra tarixi və müddəti:* 09 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək* 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dəkGöstərilən tarixlərdə Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam, Ziya Bünyadov...

09 Aprel 2026, 16:45