Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Sənət aləmi 09 Aprel 2026, 15:05
316
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb.
Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, müğənni tərkibində narkotik maddə olduğu müəyyən edilmiş ayauaska çayını təbliğ etdiyinə görə saxlanılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, bu gün Türkiyədə 14 tanınmış şəxs "narkotik işi" üzrə tutulub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Addım-addım vətəndə" bu dəfə Şəkidə
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir. Citypost.az xəbər verir ki, Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca səkkizinci səfəri Şəkidə həyata keçirilib. Şəki Dövlət Dram teatrında “Varlı qadın” və “O uzaq axşam” tamaşaları nümayiş etdirilir. Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Əli Əmirlinin "Varlı qadın" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim...
09 Aprel 2026, 15:50
Metyu Perrinin ölümünə görə "Ketamin kraliçası"na hökm oxunacaq
Los-Ancelesdə “Dostlar” serialının ulduzu Metyu Perrinin ölümünə səbəb olan ketaminin tədarükü ilə bağlı ittiham olunan, “Ketamin kraliçası” ləqəbli Casvin Sanqaya çərşənbə günü hökm oxunacaq.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sanqa ölüm və ya ağır bədən xəsarəti ilə nəticələnən ketamin paylanması da daxil olmaqla bir sıra ittihamları etiraf edib və 60 ildən artıq həbs cəzası ilə üzləşə bilər.O, 2024-cü ilin avqustundan federal həbsdə saxlanılır.İttiham aktında qeyd olunur ki, Sanqa və digər təqsirləndirilən şəxslər Perriyə ketamin tədarükündə iştirak ediblər. Aktyor 2023-cü ilin oktyabrında Los-Ancelesdəki evində ölü tapılıb və aparılan ekspertiza onun orqanizmində yüksək miqdarda ketamin aşkar edib.İstintaq materiallarına əsasən, Sanqa vasitəçi...
08 Aprel 2026, 12:02
Allahın mükafatlandırdığı xalq artisti... Elman Eldaroğlu yazır..
Aktyorları bir vaxtlar çəkildikləri bədii filmlər, teletamaşalar məşhurlaşdırırdısa, indi bunu teleseriallar əvəz edib. Bu gün sizə müxtəlif seriallardan tanıdığınız, teatr və kino aktrisası, xalq artisti Pərvanə Qurbanova haqqında söhbət açmaq istəyirəm. Pərvanə xanım 2 aprel 1965-ci ildə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Burada o, böyük sənətkarlardan- Ələddin Abbasov, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə kimi görkəmli sənətkarların əhatəsində olub, onlardan dərs alıb, teatrın sirrlərini öyrənib. İndiyədək bu teatrın səhnəsində yüzdən çox əsərdə rol oynayıb...Deyir ki:- “15 yaşımdan, düz 45 ildir ki, Gəncə teatrında işləyirəm. Gözümü açandan təsadüfən sənətin...
08 Aprel 2026, 11:03
İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başlayıb
İsveçli sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişlərinə başlayıb.APA xəbər verir ki, isveçli rejissor jurnalistlərə açıqlamasında bildirb ki, bu, Naxçıvana üçüncü səfəridir: "40 dəqiqəlik filmdə Naxçıvan insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edilir. Filmdə mən Naxçıvanı canlı bir arxiv kimi göstərməyə çalışmışam. “Azərbaycanın Maçu Piçusu” adlandırılan möhtəşəm məkanı - Əlincə qalası kimi qədim qalaları, Ordubadın tarixi şəhər mühitini, o cümlədən unikal Qeysəriyyə kompleksini, insan yaradıcılığının ən qədim izlərini daşıyan Gəmiqaya qayaüstü təsvirlərini, həmçinin mənəvi dəyərlərin və yerli inancların bu gün də yaşadığı müqəddəs Əshabi-Kəhf ziyarətgahını lentə aldıq".Mikael Silkeberq qeyd edib ki, “Yaddaşda yaşayan Vətən” adlı film Naxçıvanın zəngin...
07 Aprel 2026, 13:28
Tanınmış rejissor ssenaristlərə müraciət etdi
Kino rejissoru Elvin Abdulla peşəkar ssenaristlərə müraciət edib.Citypost.az xəbər verir ki, O bildirib ki, hazır ssenarilər – tammetrajlı, qısametrajlı, bədii və sənədli filmlər üçün yazılmış materiallar axtarılır. Rejissor qeyd edib ki, təqdim olunan işlər istənilən janr və metrajda ola bilər, əsas şərt isə onların hazır və yazılı formada olmasıdır.Elvin Abdulla vurğulayıb ki, “ağlımda var” tipli ideyalar deyil, tam işlənmiş ssenarilər qəbul olunur. O, ssenaristlərdən logline və sinopsis göndərməyi xahiş edib.Rejissor maraqlı layihələr olduğu halda əməkdaşlığın davam etdiriləcəyini və uyğun ssenarilərin nəzərdən keçiriləcəyini bildirib.Əli...
07 Aprel 2026, 11:27
Nebahat Çehre karyerası ilə bağlı qərarını açıqladı
Türk kinosunun sevilən aktrisası Nebahat Çehre karyerası və hazırkı fəaliyyəti ilə bağlı açıqlama verib.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alış-veriş zamanı jurnalistlərin suallarını cavablandıran aktrisa son illərdə iş seçiminə daha çox diqqət yetirdiyini bildirib. O qeyd edib ki, artıq əvvəlki kimi intensiv şəkildə işləmək istəmir.“İndi yarı təqaüddə yaşayıram. Çox işləmək istəmirəm, yalnız məni həqiqətən həyəcanlandıran layihələrdə yer ala bilərəm,” – deyə Çehre vurğulayıb.Uzun illərdir kino və televiziya sahəsində fəaliyyət göstərən aktrisa həm böyük ekran, həm də seriallarda yaddaqalan rolları ilə tanınır. Xüsusilə “Aşk-ı Memnu” serialında canlandırdığı Firdevs Yöreoğlu obrazı və “Muhteşem Yüzyıl”dakı Ayşe Hafsa Sultan rolu ilə geniş tamaşaçı...
06 Aprel 2026, 12:40