Bizə yazın

Baku

-°C

USD

-

Partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib

Cəmiyyət 09 Aprel 2026, 14:24

286

Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Citypost.azxəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.

Dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.

Qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən ay 75 şəxs ölkəyə readmissiya edilib 

Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin mart ayı ərzində 75 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.Bu barədə Citypost.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

09 Aprel 2026, 16:25

Tahir Gözel “Azərsun Holdinq”ə rəhbər təyin olunub 

Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.“Azərsun Holdinq”dən Citypost.az-a verilən xəbərə görə, Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib. Bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya...

09 Aprel 2026, 16:14

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 9-da Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.DİN-dən Citypost.az-a verilən xəbərə görə, Mustafa Çiftçi və onu müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin xatirəsini anıblar. Sonra Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksi və Türk Şəhidliyi ziyarət edilib.General-polkovnik Vilayət Eyvazov görüşdə daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o...

09 Aprel 2026, 16:00

Sahibə Qafarova Litva Baş naziri ilə görüşüb 

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə İnqa Ruqiniene “X”-də paylaşım edib.“Litva və Azərbaycan müstəqilliyin bərpası uğrunda mübarizə dövründə xalqlarımızın bir-birinə dəstək göstərməsi ilə yadda qalan həmrəylik tarixini bölüşür. Bu gün tərəfdaşlığımızı bir çox sahələr üzrə gücləndirmək və əlaqələri genişləndirmək üçün aydın imkanlar görürük. Bu da hər iki ölkənin xeyrinədir. Bu mövzuda spiker Sahibə Qafarova ilə səmərəli müzakirə apardıq”, - deyə Litva Baş naziri qeyd edib....

09 Aprel 2026, 15:41

Azərbaycan və Qazaxıstan xarici siyasət kommunikasiyası üzrə əməkdaşlığı gücləndirir 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Qazaxıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Komitəsinin sədri və rəsmi nümayəndəsi Yerlan Jetibayevlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə “X” hesabında bildirib.Görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında mövcud olan dinamik strateji tərəfdaşlığın və dialoqun daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, xarici siyasət kommunikasiyası sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə geniş fikir mübadiləsi aparılıb....

09 Aprel 2026, 15:36

İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-mart aylarında 10 min uşağa reabilitasiya xidmətləri göstərilib.Bu barədə Citypost.az ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, onlardan əlilliyi olan 527 uşaq stasionar, 5700 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub: "Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər"....

09 Aprel 2026, 15:28