Ali Məhkəmə vətəndaş-tikinti şirkəti münasibətləri ilə bağlı qərar verib
Cəmiyyət 10 Aprel 2026, 10:18
287
Ali Məhkəmənin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.
Bu barədə Citypost.az Ali Məhkəmədən məlumat verilib.
Qərara əsasən, tikinti şirkətləri vətəndaşlar qarşısında öhdəlikləri yerinə yetirməlidir. Bildirilib ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb. Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.
İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur.
Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.
Həmçinin oxuyun
Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir.
Belə nəticəyə gəlinib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır.
Yekunda kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür
İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.Citypost.az-a bu barədə İdarənin Mətbuat Xidmətindən bildirilib.Vurğulanıb ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək:"Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib".Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq və bunun nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək.İdarədən bildirilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunub.Qeyd olunub ki, aşınma hadisəsinin baş...
10 Aprel 2026, 12:37
Bibiheybət yolunda bərpa işləri aparılır
İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür: "Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək. Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək. Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq", - deyə məlumatda qeyd olunub....
10 Aprel 2026, 12:24
Buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq
Buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açqılamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.Qeyd edək ki, DİM sədri açıqlamasında 9 martda keçirilən buraxılış imtahanının nəticələrini nəzərdə tutub.
10 Aprel 2026, 12:00
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
Bu gün Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.Məlumata görə, Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
10 Aprel 2026, 11:15
Milli Məclisə Hesablama Palatasının fəaliyyəti haqqında Hesabat daxil olub
Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisə daxil olub.Citypost.az-ın xəbərinə görə, Hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
10 Aprel 2026, 11:10
Jurnalist Kənan Rövşənoğlu: “Valideynlər xəstəxanalar arasında avara qalır”
Jurnalist Kənan Rövşənoğlu Səbail Səfərbərlik İdarəsi ilə bağlı yaşadığı narazılığı ictimailəşdirib.Citypost.az xəbər verir ki, bildirib ki, artıq bir aydır müxtəlif xəstəxanalar və Səbail Səfərbərlik İdarəsi arasında göndərişlər səbəbilə çətin vəziyyətdə qalıb:“İdarə hər dəfə bir xəstəxanaya göndərir ki, uşağın müxtəlif orqanları orada yoxlanılsın. Sonra yenidən başqa xəstəxanaya yönləndirirlər. Bu proses davamlı şəkildə təkrarlanır.”Kənan Rövşənoğlu qeyd edib ki, sistemdə ciddi koordinasiya problemi var və vətəndaşlar vaxt itkisi ilə üzləşirlər:“Gedirsən göndərilən xəstəxanaya, deyirlər adın sistemdə yoxdur. Beləliklə, yenidən geri qaytarılırsan.”O, mövcud vəziyyətin valideynlər üçün əlavə çətinlik yaratdığını vurğulayıb:“Bu prosesdə valideynlər günlərlə xəstəxanalar arasında qalır. Əgər əsgər dövlətə lazımdırsa, yoxlama prosesi də daha sistemli...
10 Aprel 2026, 11:09