Bizə yazın

Baku

-°C

USD

-

Turan Rzayev: “Müasir münaqişələr qeyri-müəyyənlik mərhələsindədir”

Siyasət 10 Aprel 2026, 10:24

239

Politoloq Turan Rzayev regionda və dünyada davam edən hərbi-siyasi proseslərlə bağlı geniş açıqlama verib.

Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Azərbaycan hazırda hər iki istiqamətdə – həm şimalda, həm də cənubda davam edən ciddi münaqişələrin təsir zonasında yerləşir:“Bir tərəfdə Rusiya–Ukrayna müharibəsi, digər tərəfdə isə İranla ABŞ-İsrail xəttində davam edən qarşıdurma regionda sabitliyi sarsıdır.”

Politoloqun sözlərinə görə, xüsusilə İran ətrafında baş verən hadisələr ilkin gözləntilərdən fərqli olaraq uzanır və qeyri-müəyyənlik yaradır:“Qısa müddətdə bitəcəyi ehtimal olunan qarşıdurma artıq uzunmüddətli xarakter almaqdadır. Atəşkəs təşəbbüsləri olsa da, nəticələr qeyri-müəyyən olaraq qalır və bu, həm tərəf ölkələr, həm də qlobal iqtisadiyyat üçün risklər yaradır.”

Turan Rzayev qeyd edib ki, müasir münaqişələr artıq lokal çərçivədən çıxaraq daha geniş təsir radiusuna malikdir:“Əgər əvvəllər böyük güclər qısa hərbi müdaxilələrlə nəticə əldə etməyə çalışırdısa, indi münaqişələr daha çox ‘idarə olunan qeyri-müəyyənlik’ fazasında davam edir.”

Onun fikrincə, bunun ən bariz nümunələrindən biri də Rusiya–Ukrayna müharibəsidir:“Bu qarşıdurma uzunmüddətli tükəndirmə strategiyasına keçib. Tərəflərdən heç biri sürətli qələbə əldə edə bilmədiyi üçün müharibə uzanır və ciddi humanitar, iqtisadi nəticələr doğurur.”

Politoloq əlavə edib ki, İran–ABŞ–İsrail xəttində də oxşar dinamika müşahidə olunur:“Bu qarşıdurmada hərbi əməliyyatlar diplomatik proseslərlə sinxron deyil, əksinə, onları təzyiq alətinə çevirir. Atəşkəs təşəbbüslərinin nəticəsiz qalmasının əsas səbəblərindən biri də budur.Tərəflər danışıqlara daha çox taktiki üstünlüklərini rəsmiləşdirmək məqsədilə gedirlər və bu da sülhün əldə olunmasını çətinləşdirir.” 

Turan Rzayev Azərbaycanın yanaşmasını fərqli model kimi qiymətləndirib:“44 günlük Vətən müharibəsi zamanı rəsmi Bakı müharibəni uzatmaq yox, qısa müddətdə nəticə əldə etmək strategiyasını seçdi. Konkret məqsəd müəyyən edilmişdi və əməliyyatlar yalnız həmin hədəflər çərçivəsində aparıldı.bu yanaşma resursların effektiv istifadəsinə və hərbi uğurun siyasi nəticəyə çevrilməsinə imkan verdi.” 

Politoloq qərarvermə mexanizminin roluna da diqqət çəkib:“Müasir müharibələrdə siyasi və hərbi rəhbərlik arasında koordinasiya problemləri tez-tez müşahidə olunur. Azərbaycan nümunəsində isə vahid qərarvermə mərkəzi və sinxronluq əməliyyatların effektivliyini artırdı.”

Sonda Turan Rzayev qeyd edib ki, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri bu modelin daha çevik formada tətbiq oluna bildiyini göstərdi:“Bu yanaşma həm hərbi hədəflərin qısa müddətdə neytrallaşdırılmasını təmin etdi, həm də genişmiqyaslı eskalasiyanın qarşısını aldı.”

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Politoloq Xəqani Cəfərli: “İranın ‘qələbə’ iddiaları reallığı əks etdirmir”  

Politoloq Xəqani Cəfərli İran ətrafında baş verən son hərbi-siyasi proseslərlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, bildirib ki, totalitar və ideoloji rejimlər üçün əsas dayaqlardan biri cəmiyyət üzərində psixoloji nəzarətin qorunmasıdır:“İrandakı teokratik rejim də bu prinsiplə fəaliyyət göstərir. Belə rejimlər zəif göründüyü anda daxili parçalanma riski ilə üz-üzə qalır. Keçmişdə Sovet İttifaqının da dağılması məhz bu proseslə başlamışdı.”Politoloqun sözlərinə görə, ABŞ və İsrailin uzunmüddətli hərbi əməliyyatları nəticəsində İran ciddi zərbələr alsa da, rejim daxilində sabitliyi qorumaq üçün rəsmi Tehran özünü qalib kimi təqdim etməyə çalışır:“Rejim zəif görüntü verməmək üçün dərhal qələbə ritorikasına keçdi. Bu, daha çox daxili auditoriyaya hesablanmış addımdır.”Xəqani...

10 Aprel 2026, 10:02

Əli Əsədov xanım həmkarı ilə GÖRÜŞDÜ

Baş nazir Əli Əsədov aprelin 9-da Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Tərəflər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıblar.İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının təşviqi məsələlərinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilərək, Orta...

09 Aprel 2026, 13:03

Politoloq: “İran-ABŞ atəşkəsi həssasdır, qalıcı sülh üçün ciddi şərtlər lazımdır”  

Politoloq Fərhad Mehdiyev İran və ABŞ arasında əldə olunan atəşkəsin vəziyyətini şərh edib.Citypost.az xəbər verir ki, alim  bildirib ki, mövcud atəşkəs olduqca həssas və qeyri-müəyyəndir, onun uzunmüddətli sülhə çevrilməsi isə çətin görünür. Onun sözlərinə görə, prosesdə vasitəçilərin real zəmanət mexanizmi yoxdur və tərəflər arasında öhdəliklər tam formalaşmayıb.F.Mehdiyev qeyd edib ki, İsrailin razılaşmada rəsmi imza atmaması və heç bir öhdəlik götürməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. O həmçinin bildirib ki, atəşkəs dövrü İsrail üçün hərbi hazırlıqları bərpa etmək imkanı yarada bilər.Politoloqun fikrincə, davamlı və ədalətli sülh üçün bir sıra minimal şərtlər tələb olunur. Bunlara qarşılıqlı hücum etməmək zəmanətləri, İranın mülki nüvə proqramının...

09 Aprel 2026, 12:52

Politoloq: “Hörmüz boğazında ‘tranzit haqqı’ iddiası təhlükəli presedent yaradır”  

Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında yayımladığı açıqlamaya münasibət bildirib.Citypost.az xəbər verir ki, Trampın paylaşımında Vaşinqton və Tehran arasında nüvə proqramı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunduğu, İranın nüvə silahı əldə etməyəcəyi və boğazın açıq qalacağı qeyd olunub.Politoloq bildirib ki, atəşkəs dövründə Hörmüz boğazı ilə bağlı yayılan “tranzit haqqı” və icazə rejimi barədə iddialar ciddi hüquqi və geosiyasi risklər yaradır. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq hüquqa əsasən açıq dəniz naviqasiyası üçün xüsusi rejimə malik strateji su yoludur və burada hər hansı birtərəfli məhdudiyyət beynəlxalq qaydalarla ziddiyyət təşkil edə bilər.T.Rzayev qeyd edib ki,...

09 Aprel 2026, 12:19

Şərhçi: “ABŞ-İran anlaşması üçün əsas şərtlər prinsipcə uyğundur”  

Şərhçi Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın İranla sülh prosesinə dair irəli sürdüyü şərtləri dəyərləndirib.Citypost.az xəbər verir ki,O bildirib ki, Trampın irəli sürdüyü iki əsas tələb – İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazının açıq qalması – mahiyyət etibarilə mürəkkəb və danışıqlara qapalı şərtlər deyil.Şərhçinin sözlərinə görə, İran nüvə məsələsində razılaşmaya açıq tərəf kimi görünür və Hörmüz boğazının uzunmüddətli bağlanması da real ssenari deyil. Bu baxımdan, hazırkı şərtlər ümumi razılaşma üçün imkan yaradır.K.Rövşənoğlu qeyd edib ki, əvvəllər müzakirə olunan “proksi qüvvələr” və “ballistik raket proqramı” kimi əlavə tələblər hazırkı mərhələdə gündəmdə deyil. Onun fikrincə, bu da danışıqlar prosesində prinsipial...

09 Aprel 2026, 12:08

Yazıçı: “Qısa atəşkəslər çoxqatlı geosiyasi strategiyanın tərkib hissəsidir”

Tarixi təcrübə göstərir ki, qısa müddətli atəşkəslər çox zaman “operativ pauza” funksiyasını yerinə yetirir. Xüsusilə ABŞ kimi hərbi-siyasi baxımdan çevik aktorlar üçün bu fasilələr logistik xətlərin bərpası, qüvvələrin rotasiyası, kəşfiyyat məlumatlarının yenilənməsi və ümumi əməliyyat planlamasının optimallaşdırılması baxımından əhəmiyyətlidir. Bu kontekstdə atəşkəsin “vaxt udmaq” məqsədi daşıması kifayət qədər rasional izahdır.Lakin bu yanaşma birtərəfli deyil. İran da eyni fasilədən paralel şəkildə istifadə edir. Qısa atəşkəs dövründə hər iki tərəf:döyüş itkilərini və zəif nöqtələri analiz edirhava hücumundan müdafiə və digər müdafiə sistemlərini gücləndirirdiplomatik kanallar vasitəsilə alternativ ssenariləri dəyərləndirir. Bu isə onu göstərir ki, atəşkəs tərəflərdən yalnız birinə üstünlük qazandıran alət deyil, əksinə qarşılıqlı...

09 Aprel 2026, 11:04