Bizə yazın

Baku

-°C

USD

-

FHN: Ötən həftə 172 yanğına çıxış olub

Cəmiyyət 20 Aprel 2026, 09:50

378

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 172 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 49 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 9 nəfərin meyiti təhvil verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.Bu barədə Citypost.az-a idarədən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur.Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər.Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət...

20 Aprel 2026, 11:38

"AtaSığorta"nın lisenziyası ləğv edilib 

Azərbaycan Mərkəzi Bankı (AMB) "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "AtaSığorta" ASC-yə verdiyi 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziyanı ləğv edib.Bu barədə Citypost.az-a AMB-dən bildirilib.Məlumata görə, Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır. Ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.

20 Aprel 2026, 11:27

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb 

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

20 Aprel 2026, 11:19

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

Aprelin 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 7 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

20 Aprel 2026, 11:04

"Azərpoçt"a yeni rəhbər təyin edilib 

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni təyinat olub.Citypost.az xəbər verir ki, bu vəzifə Manaf Babayevə həvalə edilib.Qeyd edək ki, M. Babayev bundan öncə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş Maliyyə Direktorunun müavini olaraq çalışıb. (APA)

20 Aprel 2026, 10:56

Ədalət Verdiyev: Azərbaycan HHQ-ni müasirləşdirməyə davam edir

Hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın yaxın və orta perspektivdə Hərbi Hava Qüvvələrinin pilotlu və pilotsuz aviasiya vasitələri parkını intensiv şəkildə yeniləməkdə davam edəcəyini bildirib. Onun sözlərinə görə, paralel olaraq əldə edilən hava hücum vasitələri üçün müasir və idarəolunan sursatlar da əldə edilir.Citypost.az xəbər verir ki, ekspert qeyd edib ki, bu məqsədlərlə Azərbaycan Türkiyə, İsrail, Çin, Pakistan, İtaliya, Sloveniya və s. ölkələrlə yaxından əməkdaşlıq edir. Son zamanlar Türkiyədən HALE tipli AKINCI PUA-ları, Pakistandan JF-17 THANDER BLOK 3 qırıcıları, İtaliyadan C-27J SPARTAN nəqliyyat təyyarələri və sadalanan vasitələrin sursat və servis dəstləri əldə edilib.Ə.Verdiyev bildirib ki, bütün bunlar Azərbaycanın “Qafqazın Lider Ölkəsi” statusundan...

20 Aprel 2026, 10:50