Bizə yazın

Baku

-°C

USD

-

Elxan Şahinoğlu: Sülh sazişi Türkiyədə imzalana bilər

Siyasət 20 Aprel 2026, 08:05

394

Politoloq Elxan Şahinoğlu Azərbaycanla Ermənistan arasında sülh prosesinin yeni mərhələyə keçə biləcəyini bildirib.

Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb və Ankara bu prosesdə maraqlı tərəflərdən biridir.

Politoloq qeyd edir ki, son dövrlər Ermənistan rəsmilərinin Türkiyədə keçirilən müxtəlif konfranslarda iştirakı, eləcə də türkiyəli həmkarları ilə keçirilən görüşlər əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində aparılan müzakirələrin intensivləşdiyini göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan da açıqlamalarından birində iki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün münbit şəraitin formalaşdığını bildirib.

E.Şahinoğlunun fikrincə, gündəmdə olan əsas məsələlərdən biri də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasıdır. Bu istiqamətdə addımların Bakı ilə Ankara arasında koordinasiya olunduğu vurğulanır.O, həmçinin bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısına diqqət çəkib. Tədbir çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyan ilə görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistanın Türkiyə–Gürcüstan–Azərbaycan regional formatına qoşulmasını təklif edib. Simonyanın bu təklifə müsbət yanaşdığı qeyd olunur.

Politoloq hesab edir ki, mövcud geosiyasi dinamika nəzərə alınarsa, Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması region ölkələri üçün faydalı nəticələr vəd edə bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kənan Rövşənoğlu: Tramp yenə birjaları manipulyasiya edir. 

Jurnalist Kənan Rövşənoğlu ABŞ və İran ətrafında baş verən son geosiyasi və iqtisadi proseslərlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, ABŞ prezidenti Donald Trump birja və enerji bazarlarına təsir edən qərarları ilə diqqət çəkir. Onun sözlərinə görə, Pakistanda danışıqlara hazırlıq getdiyi bir vaxtda ABŞ donanmasının İran gəmisini saxlaması neft bazarında qiymətlərin kəskin artmasına səbəb olub.Bu hadisə nəticəsində neftin qiymətində 6 dollarlıq artım qeydə alınıb və bu, qlobal enerji bazarında ciddi dalğalanma yaradıb.Kənan Rövşənoğlu iddia edib ki, baş verən proseslər ABŞ-ın bazarlara təsir imkanlarını nümayiş etdirir və bu cür gərginliklər fonunda bəzi oyunçuların iqtisadi qazanc əldə etməsi ehtimalı...

20 Aprel 2026, 11:40

Tənzilə Rüstəmxanlı:Antalya Forumu Azərbaycanın qlobal çəkisini açıq göstərdi

2021-ci ildən fəaliyyətə başlayan Antalya Diplomatiya Forumu qısa müddət ərzində ciddi nüfuz qazanıb. Qlobal və regional problemlərin müzakirə olunduğu, dialoq və əməkdaşlığın təşviq edildiyi Antalya Forumu Şərqlə Qərb arasında körpü rolunu oynayan regionumuzun geosiyasi mövqeyini simvolizə edir.Citypost.az xəbər verir ki, bu sözləri millət vəkili Tənzilə Rüstəmxanlı bildirib.Deputatın sözlərinə görə,“Sabahın xəritəsinin qurulması, qeyri-müəyyənliklərin idarə edilməsi” devizi ilə keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyevin iştirak etməsi ciddi əhəmiyyət daşıyır. Mövcud münaqişələri həll etmək, sülhə nail olmaq, münaqişəni bitirdikdən sonra ərazidə sürətli abadlıq və quruculuq proseslərini həyata keçirmək bacarıqlarına malik olan Azərbaycan Prezidenti özünün təcrübəsi ilə Forumun işinə töhfələr verir.Mövcud geosiyasi...

20 Aprel 2026, 11:26

Əziz Əlibəyli: “Rus dili Azərbaycanda siyasi alət funksiyasını itirib”

Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavabGeneral Mixail Muravyov-Veşatelin 1863-cü illərdə Polşa və Belarus qiyamından sonra yayxanaraq beləcə də demişdi: “Что не доделал русский штык — доделает русский чиновник, русская школа и русский поп.” “Rus süngüsü nəyi tamamlamamışsa, onu rus məmuru, rus məktəbi və rus papazı tamamlayacaq.”Rus kilsəsi və papazının, məktəbinin  əsas silahı isə məhz rus dili idi.İmperial dil siyasəti o qədər həddini aşmışdı ki, hətta uzaq ucqarlarda – Gədəbəydə belə ən səfalı yerlərdə rus kəndləri salınmış, onlar üçün hər cür şərait qurulmuş və “malakan”adı altında biətçi (guya) hesab...

20 Aprel 2026, 10:38

Turan Rzayev: Məktəb hücumlarında təhlükəli tendensiya formalaşır

Politoloq Turan Rzayev Türkiyədə son günlər məktəblərə silahlı hücumların artmasının ciddi narahatlıq doğurduğunu bildirib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, 14 apreldə Şanlıurfada, 15 apreldə isə Kahramanmaraşda baş verən hadisələr diqqət çəkir. Kahramanmaraşda 8-ci sinif şagirdinin törətdiyi hücum nəticəsində 9 nəfər ölüb, hücum edən şəxs isə qarşısı alınarkən həyatını itirib. Şanlıurfada isə məktəbin keçmiş şagirdi 16 nəfəri yaraladıqdan sonra intihar edib. Bundan əlavə, İzmirin Torbalı rayonunda məktəbə hücum hazırladığı iddia edilən 8 nəfərlik qrupun saxlanılması riskin davam etdiyini göstərir.Hadisələrin qısa zaman aralığında, oxşar sosial mühitdə və eyni yaş qrupuna aid şəxslər tərəfindən törədilməsi bunun təsadüfi olmadığını düşünməyə əsas verir.Araşdırmalar zamanı...

20 Aprel 2026, 10:23

Razi Nurullayev: “Fikirlərim təhrif olunur, bu manipulyasiyadır”

Millət vəkili Razi Nurullayev Qarabağ müharibəsi dövründə İranın mövqeyi, Azərbaycanın İsraillə münasibətləri və son günlərdə onun əvvəlki açıqlamalarının gündəmə gətirilməsi ilə bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, deputat bildirib ki, həmin dövrdə İranın tutduğu mövqe Azərbaycan cəmiyyətində haqlı narazılıq doğururdu və o da bu mövqeyi açıq şəkildə tənqid edib:“Azərbaycanda müxtəlif millətlərin, o cümlədən yəhudilərin sülh və qardaşlıq şəraitində yaşaması bir reallıqdır. Bu nə şüar, nə də siyasi jestdir — bu, bizim cəmiyyətimizin formalaşdırdığı dəyərdir və bu gün də dəyişməyib.”R.Nurullayev qeyd edib ki, İsraili “qardaş” adlandırması da məhz bu kontekstdən irəli gəlir:“Bu, hansısa emosional və ya birtərəfli yanaşma deyil, konkret reallıqlara...

20 Aprel 2026, 09:05

Nikola Selakoviç mayın əvvəlində Azərbaycana səfər edəcək 

Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Azərbaycana gələcək.Bu barədə "Report"a diplomatik mənbə məlumat verib.Bildirilib ki, səfər Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılması ilə bağlıdır."Nazir mayın 3-də Bakıya gələcək, növbəti gün isə Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək", - mənbə qeyd edib.Nümayəndə heyətinin tərkibinə Serbiyanın idman naziri Zoran Qayiç və təhsil naziri Deyan Vuk Stankoviç də daxil olacaq. Nümayəndə heyətini Serbiyanın 10-dan çox media nümayəndəsi müşayiət edəcək.Xatırladaq ki, Selakoviç Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədridir.Daha əvvəl verilən məlumata görə, Serbiyanın "Air Serbia" milli aviadaşıyıcısı 2026-cı il mayın 3-dən Belqrad-Bakı...

17 Aprel 2026, 17:53