FHN hotellərin WUF13-ə hazırlığını yoxlayıb
Cəmiyyət 06 May 2026, 10:57
251
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən hotellərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirib.
Citypost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində məqsəd işçi heyətə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, habelə şəxsi heyətin belə obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin çevik aradan qaldırılması istiqamətində praktiki bacarıqlarının artırılmasıdır.
Həmçinin oxuyun
Keçirilmiş təlimlərdə şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in qüvvələri operativ qaydada hadisə yerinə çataraq, "yanğınla mübarizə" tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş hoteldə təxliyə planına uyğun olaraq xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlandı, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulandı.Bankın Azərbaycanda iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edildi. Bu xüsusda vurğulandı ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.Görüşdə bankın bu...
06 May 2026, 11:07
Osman Gündüz: SDU-ya rektor təyinatı uğurlu seçimdir
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Sumqayıt Dövlət Universitetinə yeni rektor təyinatı ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə professor Nurəli Yusifbəylinin bu vəzifəyə təyin olunması uğurlu seçimdir. Onun sözlərinə görə, Nurəli Yusifbəyli uzun illərin təcrübəsinə malik, həm elmi, həm də mühəndislik sahəsində ciddi nəticələr əldə etmiş peşəkar mütəxəssisdir. “Əməkdar mühəndis” və “Əməkdar elm xadimi” kimi fəxri adlar da bunu təsdiqləyir. Osman Gündüz qeyd edib ki, bu tip peşəkar profilə malik şəxslərin universitet rəhbərliyinə gətirilməsi ali təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından müsbət siqnaldır. O əlavə edib ki, Nurəli Yusifbəyli son...
06 May 2026, 10:34
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
06 May 2026, 10:30
Baş Prokurorluq Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin ölümü ilə bağlı məlumat yayıb
"Milli Onkologiya Mərkəzində törədilən partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib".Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, faktla bağlı Yasamal rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir."Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması...
06 May 2026, 10:06
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
06 May 2026, 09:40
Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır
Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.AZƏRTAC xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-si saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi,...
06 May 2026, 09:12