Bizə yazın

Baku

-°C

USD

-

Zakir İbrahimov Esvatini səfiri ilə görüşdü

Cəmiyyət 06 May 2026, 12:29

1342

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Esvatini Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulu ilə görüş keçirib.

"AzerGold"dan Citypost.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər. Zakir İbrahimov bildirib ki, Azərbaycan geniş və güclü beynəlxalq əlaqələrə malikdir və bu gün dünyanın bir çox aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq müqavilələri imzalayan azsaylı dövlətlərdən biridir. Uzun illər boyu zəngin neft və qaz ehtiyatları ilə tanınan ölkəmiz daxili enerji tələbatını tam şəkildə təmin edir və eyni zamanda enerji sahəsində ixrac potensialını davamlı olaraq gücləndirir. Bu isə ölkənin təkcə regional deyil, həm də tədricən qlobal miqyasda aparıcı güclərdən birinə çevrildiyini göstərir.

İdarə Heyəti sədrinin sözlərinə görə, neft və qaz ehtiyatlarının mövcudluğu Azərbaycana müdrik iqtisadi qərarlar qəbul etməyə və müxtəlif sahələrə investisiya yatırmağa imkan verib. Bu prioritet istiqamətlər sırasında dağ-mədən sahəsi də mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirilən iqtisadi islahatlar, məqsədyönlü və müdrik qərarlar nəticəsində iqtisadiyyatımızın digər sahələri kimi dağ-mədən sahəsi də qısa müddət ərzində ciddi nailiyyətlərə çata bilib.

Zakir İbrahimov sözügedən inkişaf fonunda rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və qeyri-neft sektorunun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Bildirilib ki, “AzerGold” QSC hazırda qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alır və şirkətin maliyyə göstəriciləri ildən-ilə müsbət dinamika nümayiş etdirir.

Səfir Sibusisive Mnqomezulu Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. O, xüsusilə mədənçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Diplomat Esvatinin zəngin mineral xammal ehtiyatlarına malik olduğunu bildirərək, bu resursların öyrənilməsi və səmərəli idarə olunması istiqamətində “AzerGold” QSC-nin qabaqcıl təcrübəsinin əhəmiyyətini qeyd edib.

Zakir İbrahimov ilkin mərhələdə mineral resursların yerləşdiyi ərazilərdə dəqiq xəritələalma işlərinin aparılmasının və ehtiyatların düzgün qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, müasir geoloji-kəşfiyyat metodlarının tətbiqi, rəqəmsal texnologiyalardan istifadə səmərəliliyin artırılmasına xidmət edir. Qeyd olunub ki, “AzerGold” QSC geoloji tədqiqatların innovativ və ekoloji baxımdan təhlükəsiz texnologiyalar əsasında həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Həmçinin vurğulanıb ki, qeyri-invaziv axtarış metodları perspektivli sahələrin daha qısa müddətdə müəyyənləşdirilməsinə və yüksək xərc tələb edən buruqqazma işlərinə əhəmiyyətli qənaət edilməsinə imkan yaradır. Sədr şirkətin bu sahədə topladığı təcrübəni bölüşməyə hazır olduğunu bildirib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apararaq, əməkdaşlıq imkanlarının müəyyən edilməsi məqsədilə məlumatların mübadiləsi, o cümlədən tərəflər arasında Anlaşma Memorandumunun hazırlanması istiqamətində işlərin aparılması barədə razılığa gəliblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN intensiv yağışlarla bağlı tədbirlər həyata keçirir 

Xəbər verildiyi kimi, ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523 %-ni təşkil edir.FHN Mətbuat xidmətindən  verilən məlumata görə, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.İşlər bir sıra istiqamətlərdə...

17 May 2026, 18:35

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında mayın 18-də fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi...

17 May 2026, 14:10

Yağışlarla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti intensiv iş rejimindədir 

Bakıda müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir.Nəticədə , bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir....

17 May 2026, 13:36

İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi arzulayıb.Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini...

17 May 2026, 12:00

İlham Əliyev Keniya Prezidentini ilə görüşüb 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyanın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

17 May 2026, 10:43

Zimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib 

Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.CityPost.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

17 May 2026, 10:10