Bizə yazın

Baku

-°C

USD

-

Nikuşor Dan baş nazirə qarşı etimadsızlıq səsverməsinə görə Ermənistana səfərini yarımçıq qoyub

Dünya 06 May 2026, 11:17

258

Rumıniya Prezidenti Nikuşor Dan Ermənistanı vaxtından əvvəl tərk edib

Citypost.az armenpress.am-a istinadən xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Dan ölkə parlamentinin Baş nazir İlie Bolojanın hökumətinə etimadsızlıq səsverməsi keçirməsindən sonra Ermənistanda səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdıb. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, prezident yerli vaxtla saat 18:00-da (Yerevan vaxtı ilə 19:00) mövcud vəziyyətlə bağlı açıqlama verəcək.

Nikuşor Dan bildirib ki, ifrat sağçı Rumınlar Birliyi Alyansı gələcək hökumətin formalaşdırılmasında rol almayacaq və Rumıniyanın Qərbyönlü siyasi kursunun davam etdiriləcəyinə əmindir.

Qeyd edək ki, mayın 5-də Rumıniya Parlamenti Baş nazir İlie Bolojanın rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərib. Səsvermədə 281 deputat lehinə, 4 deputat isə əleyhinə səs verib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vens: Ölən 186.000 amerikalı ərzaq talonu almağa davam edir  

ABŞ-ın vitse-prezidenti Cey Di Vens ölkədə sosial yardım proqramı ilə bağlı diqqətçəkən açıqlama verib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  mayın 5-də Ayova ştatındakı istehsal müəssisəsində keçirilən brifinqdə bildirib ki, ölkədə təxminən 186 min vəfat etmiş şəxsin hələ də ərzaq talonu (food stamps) aldığı qeydə alınıb.Vensin sözlərinə görə, əlavə olaraq 335 min ABŞ vətəndaşı isə ikiqat sosial müavinət alır. Vitse-prezident bu vəziyyəti tənqid edərək bildirib ki, vəfat etmiş şəxslərin adından müavinətlərin alınması sistemdə ciddi problemlərə işarə edir və bu halların aradan qaldırılması vacibdir.Turan...

06 May 2026, 11:29

Sem Smitin Kristian Kouenlə nişanlandığı iddia olunur

Müğənni Sem Smitin şəxsi həyatında yeni mərhələ başladığı bildirilir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, daxili mənbələrin məlumatına görə, 33 yaşlı sənətçi məşhur dizayner Kristian Kouenlə nişanlanıb. Bildirilir ki, cütlük 2026-cı il Met Qala tədbirindən əvvəl nişan faktını təsdiqləyib.Mənbələr onların Nyu-Yorkda yerləşən “Mark Hotel”də evlilik təklifi ilə bağlı müzakirələr apardığı zaman görüntüləndiyini iddia edir. Həmçinin qeyd olunur ki, Kristian Kouen Met Qalada sarı Cartier brilyant üzük taxaraq diqqət çəkib və bu üzük sonradan qırmızı xalçada da müşahidə olunub.Sem Smitin isə üzüyü açıq şəkildə nümayiş etdirmədiyi, lakin sol əlini qara şəffaf əlcəklə örtməsi diqqət çəkib.Məlumata görə, Sem Smit və Kristian Kouen...

06 May 2026, 11:26

Viktoriya Bekhem oğlu Bruklinin ittihamlarına cavab verib  

Viktoriya Bekhem oğlu Bruklinin ailə və “Bekhem brendi” ilə bağlı səsləndirdiyi sərt ittihamlara münasibət bildirib.Citypos.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yanvar ayında özünü aşpaz kimi təqdim edən 27 yaşlı Bruklin ailə biznesindən uzaqlaşdığını açıqlamış və valideynləri Viktoriya və Devid Bekhemi ictimai imicə həddindən artıq önəm verməkdə ittiham etmişdi.Viktoriya Bekhem isə “Aspire” podkastında çıxış edərək ailənin heç vaxt şüurlu şəkildə “brend” olaraq formalaşmadığını deyib. O, Devid Bekhemlə tanış olduqları dövrdə hər ikisinin artıq fərqli sahələrdə uğur qazandığını və ictimai imicin sonradan formalaşdığını vurğulayıb.Bekhem həmçinin uşaqlarını medianın təzyiqindən qorumağa çalışdığını bildirib və ailə həyatının çətinliklərinə baxmayaraq, balansı qorumağa çalışdıqlarını qeyd edib.Yeganə...

06 May 2026, 11:23

BMT sülhməramlıları Livanın çətin gedilən ərazilərinə humanitar yardım çatdırıblar

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Missiyasının sülhməramlıları Livanın cənubundakı çətin əli çatan ərazilərə humanitar yardım çatdırıblar. Citypost.az  RİA Novosti-ə istinadən xəbər verir ki, missiyanın yaydığı bəyanata istinadən məlumat yayıb.Tibbi ləvazimatlar və ərzaq Tir, Sidon və Beyrut şəhərlərinin sakinlərinə çatdırıldı.Sülhməramlı missiya bildirir ki, mövcud risk və təhlükələrə baxmayaraq, sülhməramlılar Livanın cənub bölgələrində humanitar xidmətlərini davam etdirirlər. Əli

06 May 2026, 11:15

ABŞ 5 ölkə ilə birgə İrana qarşı hərəkətə keçdi 

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Birləşmiş Ştatlar Bəhreyn və Fars körfəzi üzrə tərəfdaşları - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərlə birlikdə Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasına dair qətnamə layihəsi hazırlayıb.Citypost.az  xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubionun bəyanatında deyilir.Qətnamə layihəsində İrandan yerləşdirdiyi dəniz minalarının sayı və yerləri barədə məlumat verməsi, onların zərərsizləşdirilməsi səylərində əməkdaşlıq etməsi, həmçinin humanitar dəhlizin yaradılmasını dəstəkləməsi tələb olunur.“ABŞ yaxın günlərdə bu qətnamə üzrə səsverməni səbirsizliklə gözləyir və Təhlükəsizlik Şurası üzvlərinin və geniş həmmüəlliflər dairəsinin dəstəyinə ümid edir”, – deyə Rubionun bəyanatında qeyd edilir.“İran İslam Respublikası Hörmüz boğazını bağlamaq cəhdləri, boğazda...

06 May 2026, 09:50

ABŞ Dövlət katibi: Kuba ilə bağlı məsələyə daha sonra baxacağıq 

ABŞ Kuba ilə əməkdaşlığını davam etdirmək niyyətindədir.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.Rubio qeyd edib: “Kubanın iqtisadi modeli iflasa uğrayıb və məsul şəxslər bunu düzəldə bilmirlər”.“Sahilimizdən təxminən 140 kilometr məsafədə bəzi rəqiblərimiz üçün dost əraziyə çevrilmiş uğursuz bir dövlət yerləşir. Bu, qəbuledilməz status-kvodur və biz bunu həll edəcəyik, amma bu gün yox”, - deyə o əlavə edib....

06 May 2026, 09:31