Siyəzəndə maliyyə xidmətləri sahəsində vətəndaşların müraciətləri dinlənilib
Cəmiyyət 19 May 2026, 09:38
359
Azərbaycan Mərkəzi Bankə (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Siyəzən rayonunda növbəti səyyar görüş təşkil edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə baxılaraq onlara qanunvericiliyə uyğun addımlara dair müvafiq izahatlar verilib.
Görüşdə vətəndaşlar tərəfindən əsasən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi, ATM quraşdırılması, kredit tarixçəsi üzrə məlumatların düzgün yerləşdirilməməsi və s. məsələlər ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq icraya götürülüb.
Həmçinin oxuyun
Qeyd edək ki, vətəndaşlar səyyar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədalət Verdiyev: “Sarkis Saturyan qeyri-ciddi fikirlər səsləndirir”
Ədalət Verdiyev Ermənistanla bağlı növbəti paylaşımı ilə diqqət çəkib.Citypost.az xəbər verir ki, hərbi ekspert sosial şəbəkə hesabında müasir Ermənistan ədəbiyyatının nümayəndələrindən biri kimi təqdim etdiyi Sarkis Saturyanın “Erməni Arzusu” adlı kitabına münasibət bildirib. Ədalət Verdiyev qeyd edib ki, kitabın adı qonşu ölkədə fəaliyyət göstərən Gürcü Arzusu partiyasının adını xatırladır.O bildirib ki, müəllif kitabında “ən böyük erməni arzusu”nun “hayların Allah ilə müqavilə bağlaması” olduğunu iddia edir.Paylaşımının sonunda hərbi ekspert Sarkis Saturyanı tənqid edərək ironik fikirlər səsləndirib və onun açıqlamalarını qeyri-ciddi adlandırıb.Əli...
19 May 2026, 10:31
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev görüşün əhəmiyyətindən danışıb, belə tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Akademiya rəisi nəzəri biliklərin praktiki...
19 May 2026, 10:30
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bir sıra görüşlər keçirib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Məlumatda qeyd edilib ki, Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.Emin Əmrullayevin serbiyalı həmkarı Dejan Vuk Stankoviç ilə baş tutan görüşündə də iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.Bundan başqa, Emin Əmrullayev qlobal texnologiya şirkətləri olan "Microsoft" və...
19 May 2026, 10:08
Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir
Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib.Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”....
19 May 2026, 09:53
FHN meşələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.Bu barədə Citypost.az FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonu ərazisində yerləşən Samur-Yalama Milli Parkında “Meşələrin yanğın təhlükəsizliyi” ilə bağlı maarifləndirmə tədbiri keçirib.Aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib. Tədbirdə meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin...
19 May 2026, 09:46
ABŞ-da məscidə hücum: ölənlər var
ABŞ-də San-Dieqo şəhərindəki məsciddə atışma baş verib. Üç nəfər ölüb.Modern.az CNN-ə istinadən məlumat verir ki, insident zamanı 3 nəfər ölüb.San Dieqonun ən böyük məscidində baş verən atışmada bir mühafizəçi də daxil olmaqla üç nəfər ölüb.Hücumda iki yeniyetmə şübhəli bilinir; hadisədən sonra onlar ölü tapılıblar.Polis hücumu nifrət cinayəti kimi araşdırır. Silahlardan birinin üzərində müsəlmanlara qarşı nifrət dolu sözlər yazılıb.
19 May 2026, 09:30